Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Asanlıqla hazırlaya biləcəyiniz otaq ətirləri
Asanlıqla hazırlaya biləcəyiniz otaq ətirləri
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 301
Səs ver:
Otaq ətirləri hər evdə istifadə edilir, hava təmizləyici spreylər, qoxulu dekorativ şamlar demək olar ki, hamının evində var. Evin havasını dəyişmək, gözəl qoxu bəxş etmək üçün alınan belə ətirlərin tərkibində sözsüz ki, tərkibini heç bilmədiyimiz kimyəvi maddələr istifadə olunur. Və belə olduğu halda onlardan istifadə etdikdə özümüz də hiss etmədən zəhərlənirik. Bəs evimizdən gözəl qoxu gəlsin deyə belə ətirləri özümüz hazırlasaq necə, yaxşı olmazmı? Əlbəttə ki, bu həm sağlamlığımıza, həm də, cibimizə faydalı olar. O zaman gəlin birlikdə asanlıqla başa gələn faydalı ev ətirlərimizi birlikdə hazırlayaq.

Limon, bibəriyə və vanil ətr
Lazım olanlar
Limon – 1 ədəd
Bibəriyə - 5-6 budaq
Vanil – 1 ç.q.

Hazırlanması
Bir qaba 1 lt su əlavə edin, limonu dilimləyib qaba atın, sonra bibəriyələri və ən sonda vanili əlavə edib az odda qaz sobasında qaynadın. Hazırladığınız bu təbii ev üsulu otaq ətri 2 gün müddətində evinizə xoş ətir bəxş edəcək.

Təbii çiçək qoxuları
Çiçəklərin xoş ətirlərini gün boyu evinizdə hiss etmək üçün sevdiyiniz qurumuş çiçəkləri asanlıqla təbii ev ətrinə çevirə bilərsiniz. Bunun üçün sizə qoxusunu sevdiyiniz quru çiçəklər, efir yağı orqanik hidrosol, zövqə görə ədviyyat və digər bitkilər lazımdır.

Hazırlanması
Təbii otaq ətri edəcəyiniz çiçəklərin quru olmasına diqqət edin. Sonra bir kasanın içinə çiçəkləri qoyub üzərinə efir yağından bir neçə damcıladın. Hazırlanan bu qarışımın ən az 7 gün bağlı şəkildə qalması lazımdır. Bu müddətdə çiçəklər efir yağını özünə çəkəcək. Bir həftə sonra qabın qapağını açın və kiçik qablara tökün, üzərinə bir damla da yağ əlavə edin, sonra xoşunuza gələn ədviyyat və ya bitkiləri də əlavə edib otağınızın istənilən guşəsinə qoya bilərsiniz. Evinizdən bahar ətri gələcək.

Darçınlı şamlar
Darçın qoxusunu xoşlayanlar üçün əla seçimdir. Bunun üçün sizə silindir formasında aromasız şam, zövqə görə 10-15 ədəd darçın çubuğu, gül budayan qayçı və silikon tapança (yapışqan) lazımdır. 

Hazırlanması
Şama darçın çubuqlarını yapışdırmaq lazımdır. Bunun üçün çubuqları şam uzunluğunda kəsin. Sonra çubuqları bir-bir şamın üzərinə yapışdırın. Proses bitdikdən sonra şamı qurumağa qoyun. Hazır olan şam təbii otaq ətriniz olacaq.


Şərhlər: 5
Baxılıb: 301
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
KRALİCEM
Hazirindan isdifade edirem birde pencereni hergun aciram ehtiyac duyulmur heyrtimizdeki ciceklerin iyi dolur eve
2 iyun 2016 13:32
# 5
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Bele etirleri sevirem. Hazirlamaga sebrim catmir. Daha cox hazir qoxular aliram
1 iyun 2016 23:12
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
hazir almaqa daha ustunluk verirem
1 iyun 2016 23:05
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
qanadli melek
Cox gozel qoxusu olan otaq etirleri satilir onlardan almaq daha asandi)
1 iyun 2016 22:54
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
hazir almaq daha yaxsidir
1 iyun 2016 22:21
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz