Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təzyiq nə üçün qalxa bilər?
Təzyiq nə üçün qalxa bilər?
Göndərən: Lola_Maya_
Şərhlər: 5
Baxılıb: 325
Səs ver:
Arterial təzyiqin qalxması çox yayılmış pozulmadır. Bir çox insanlar təzyiqin qalxmasına qeyri-ciddi yanaşır.
Lakin nəzərə almaq lazımdır ki, arterial təzyiqin tez-tez qalxması çox ciddi simptomdur.
Arterial təzyiqin qalxması ürəyə olan gərginliyi artırır, damarların vəziyyətinə çox mənfi təsir edir. Yüksək təzyiq əsasən ürəyə, beyinə, böyrəklərə, gözlərə, aşağı ətraflara "vurur", bu orqanlarda müxtəlif və çox ağır pozulmalara səbəb olur. Yüksək təzyiq insult və infarktın əsas səbəbidir.
Beləliklə, özünüzdə təzyiqin tez-tez qalxmasını müşahidə edirsinizsə, buna etinasız yanaşmayın, həkimə müraciət edin. İlk növbədə təzyiqin qalxmasının səbəbi təyin olunmalıdır. Bu səbəbdən asılı olaraq xəstəyə müalicə, pəhriz və s. təyin oluna bilər.
Arterial təzyiqin qalxması müxtəlif səbəblərə görə baş verə bilər. Bu səbəblər arasında:
- Ürək-damar sistemi xəstəlikləri.
- Xroniki streslər, nevroz.
- Xroniki yorğunluq, yuxunun az olması.
- Azhərəkətli həyat tərzi.
- Düzgün olmayan qidalanma. Qidalanmada çoxlu duzlu, yağlı qidaların olması.
- Spirtli içkilərin qəbulu, siqaret çəkmək.
- Artıq çəki, piylənmə.
- Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).
- Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzilərin, qalxanvari vəzinin xəstəlikləri).
Aterial təzyiqlə olan problemlər irsiyyətlə bağlı ola bilər. Bu səbəbdən əgər sizin yaxın qohumlarınız arasında bu pozulmadan əziyyət çəkənlər varsa, öz sağlamlığınıza qarşı daha diqqətli olun.
Nəzərə almaq lazımdır ki, bir çox hallarda yüksək təzyiq özünü heç bir simptomla büruzə vermir və insan uzun müddət ərzində onda olan pozulmadam bixəbər olur. Bu müddət ərzində təzyiq artıq "öz işini görür". Bu səbəbdən hər bir evdə mütləq tonometr (təzyiq ölçmək üçün cihaz) olmalıdır və hər bir ailə üzvünün təzyiqi vaxtaşırı olaraq ölçülməlidir. Bu sadə qayda problemi vaxtında aşkar etməyə kömək edəcək.
















Şərhlər: 5
Baxılıb: 325
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
tezyiqi olan insanlar daima derman atmalidirar mualige kimi
2 iyun 2016 13:45
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Qadinlarda esasen klimaks dovrunde olur tezyiqin yuxari olmasi.her ne qeder hereketli heyat yawasan da xeyri yoxdur.oz qohumlarimda gorurem.hamisi iwde gucde olan,hereketli heyat terzi keciren insanlardi hamisi da klimaksa kecenden sonra yuksek tezyiq tapdilar.
31 may 2016 15:38
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Mende cox nadir hallarda tezyiq qalxir 120/80 nisbetinde olur. Umumiyetle asagi tezyiqli insanam
31 may 2016 08:56
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Ara sira her bir insanda tezyiq qalxa biler bu muxtelif sebeblerden baw vere biler esas odurki vaxtinda mudaxile olunsun ona gorede her bir evde tanometr mutleq olmalidir
31 may 2016 07:59
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
qanadli melek
Mamam nervlenen kimi teziqi qalxir ondada ozunu cox pis hiss edir,her defe tecili yardim cagiririq
31 may 2016 07:51
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz