Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dişlərinizi qorumaq istəyirsinizsə, bunları etməyin
Dişlərinizi qorumaq istəyirsinizsə, bunları etməyin
Göndərən: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 357
Səs ver:
iş çürükləri və diş əti xəstəlikləri soyuqdəymədən sonra ən çox rast gəlinən xəstəliklər arasında 2-ci yerdədir. Ağız gigiyenasının aşağı səviyyədə olması və sağlam olmayan  dişlər pis estetik görünüşlə yanaşı, çeynəmə çətinliyinə və həzm problemlərinə səbəb olur. Üstəlik diabet, ürək xəstəlikləri və ağız içi xərçənglər kimi bir çox qarşısı alına biləcək xəstəliyin meydana gəlməsinə da zəmin hazırlayır. Bir çox səbəblərdən isə diş çəkdirmək halları gündən-günə artır. Yaş artdıqca dişlərdəki problemlərin sayı daha çox olur. Belə ki, 60 və yuxarı yaşlı insanlarda çəkilmiş diş sayı 23 faizdir, 65 və yuxarı yaşlı insanlarda total dişsizlik 67 faiz təşkil edir. Ümumiyyətlə, bəzi yanlış vərdişlərimiz diş əti xəstəlikləri, diş çürükləri və diş itkisinə səbəb olur. 

1. Dişlərdən alət kimi istifadə etmək
Şüşə qapaqlarını açmaq, ipi qoparmaq, mismarı saxlamaq, siqaret dişləmək, həddən çox tum çırtlamaq, buz dişləmək və s. bunlar hamısı gündəlik adət etdiyimiz pis vərdişlərdir. Dişləri sərt cisimlərlə davamlı təmasa məcbur etmək əvvəlcə mina təbəqəsində aşınmalara, çatlara, ciddi qırıqlara, hətta diş itkilərinə yol açır. Məsələn, buz dişləmək həm sərt bir cisimlə dişləri zorlamaq, həm də termal şok yaşanmasına səbəb olur. Termal şok isə dişin içindəki sinir və damar toxumalarının həddindən artıq istilik dəyişikliyi səbəbindən həssaslığına və nekrozuna, yəni ölməsinə səbəb olur.
 
2. Dırnaq yemək, qələm dişləmək
Dırnaq yemək dırnaqlarda olduğu qədər dişlərdə də görünüş və forma pozuntularına, hətta aşınmalara səbəb olur.
 
3. Həddən artıq şəkərli və işlənmiş qidalar yemək
Çox şəkərli qidalarla qidalanmaq ağız içindəki turşu səviyyəsini artıraraq çürük riskini olduqca yüksəldir. Şəkərli və bir çox emal mərhələlərindən keçən paketli qidalar diş səthlərinə asanlıqla yapışır və çox çətin təmizlənir. Bunların əvəzinə lifli, şəkər səviyyələri aşağı, çiy və ya az bişmiş meyvə-tərəvəz kimi qidalara üstünlük vermək lazımdır. Çünki bu qidalar daha tez yeyilir və həzm edilir, hətta diş səthlərində funksional təmizliyin reallaşmasını təmin edir. Xüsusilə səhər yeməyində həddən artıq şəkərli qidalar yeyilirsə, sonra mütləq ağzı yaxalamaq, axşam yeməyindən sonra atışdırmalar edilirsə, yatmazdan əvvəl mütləq dişləri fırçalamaq məsləhətdir.
 
4. Spirtli içkilər
Turşulu içkilər mina təbəqəsini yumşaldır və tərkibində artıq miqdarda olan şəkər dişlərdə çürük yaranmasına səbəb olur. Buna görə də spirtli içkilər yerinə turşusuz və şəkər əlavəsi olmayan meyvə suları, süd və süd məhsulları kimi təbii içkilərə üstünlük verin.
 
5. Həddən artıq çay və qəhvə içmək
Həddən çox çay və ya qəhvə içmək diş səthlərində qalıqlara səbəb olduğu üçün tövsiyə edilmir. Diş səthində əmələ gələn sarılıqları və qalıqları təmizləmək üçün dişləri daha sərt fırçalamağa məcbur edir. Bu isə diş səthlərində cızıqlara və korlanmalara səbəb olur. Dişlər ağarsa və təmizlənsə belə, asanlıqla təkrar çirklənir.
 
6. Siqaret və tütün məhsulları
Siqaret çəkmək, içə çəkilən qatı duman ağız içi toxumaların qaynanması təsiri yaradır və toxumaların qalınlaşmasına gətirib çıxarır. Bunun nəticəsində də diş əti xəstəlikləri gizli inkişaf edir. Normalda xəstə toxumalarda müşahidə edilən ödəm, şiş, qızartı və qanamalar siqaret istifadə edən zaman maskalanır. Siqaret çəkən və tütün istifadə edən insanlarda ağız içi yaralar çox gec yaxşılaşır. Diş səthlərində aşınma, sarılıq, pis ağız qoxusu, hətta ağız içi xərçənglərə səbəb olur.
 
7. Diş sıxmaq və ya qıcamaq
Bu cür pis vərdişlər dişlərdə diş əti səviyyəsinə qədər vara bilən ciddi aşınmalara, çənə oynağı narahatlıqlarına və çeynəmə əzələlərində xəstəliklərə səbəb ola bilər. Bundan başqa, aşınan dişlər səbəbindən burun ucu ilə çənə arasındakı məsafənin azalması nəticəsində dişsiz, yaşlı bir görünüş meydana gəlir.


Şərhlər: 5
Baxılıb: 357
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ummuselma
Dizlərim hamiləlik və süd verme dövründə çox həssaslasdi, indi yavaş yavaş düzəlir əlhəmdülillah.
29 may 2016 21:10
# 5
vipbetul
bu yazilanlarin iksinden isdifaade edirik
28 may 2016 23:36
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
diwlermle bagli hele problemim yoxdur
28 may 2016 23:33
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
qanadli melek
Diwlerimi qicamaqdan diwlerim gonuyur ne qeder tergitmek istesemde alinmir
28 may 2016 22:51
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Dislerime xususi qaygi gosterirem. Bu yazilannara emel edirem. Qazli ve spirtli ickiler icmirem
28 may 2016 22:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz