Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qiymətli daşların həyatımıza təsiri
Qiymətli daşların həyatımıza təsiri
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 353
Səs ver:
Astrologiya da bürclərlə daşların uyğunluğunu təsdiqləyir. Həyatınızda yaranan şanssızlıqları aradan qaldırmaq istəyirsinizsə, bu qədim məlumatlardan istifadə etməyiniz sizə kömək olacaqdır. Öz doğulduğunuz aya və bürcünüzə uyğun olan daşı seçə bilər, vəziyyətinizə uyğun daşı üstünüzdə gəzdirərək işlərinizin yolunda getməsinə nail ola, pis əməllərdən və şanssızlıqlardan yaxa qurtara bilərsiniz.
 
Qranat
Yunanca "granatum” sözündən götürülmüşdür. Mənası "nar toxumu” deməkdir. Əsasən qırmızı rəngdə olur. Qranat daşının taxan insana şans gətirdiyi deyilir. Xüsusilə səyahət edənləri qorumaq kimi faydası vardır. Buna görə də səyahətə çıxarkən bu daşı üstünüzdə gəzdirin. Yanvar ayında doğulanların daşıdır.
 
Ametist
Yunanca "amethystos” sözündən götürülmüşdür. Ayıq və ya çarə mənasına gəlir. Buna görə də sərxoş və ya zəhərlənmiş insanları qorumaq enerjisi var. Qədim zamanlarda şərab ametist daşından düzəldilən stəkanlarda içilirdi. İndi də spirtli içki və digər bu kimi pis vərdişlərə olan aludəçilikdən azad olmaq üçün bu daşdan istifadə olunur. Bundan əlavə depressiya, yuxusuzluq, soyuqdəymə və qızdırma kimi problemlərdə də faydalıdır, immuniteti artırır. Pis gözlərdən qorunmaq üçün də istifadə edilən ametist daşını qədim zamanlarda əsgərlər müharibəyə gedərkən taxardılar. İstiqrar, səmimiyyət və rahatlıq mənası daşıyan bu daş Fevralda doğulanların daşıdır.
 
Akvamarin
Su və dəniz mənasında olub, latıncadan götürülmüşdür. Sağlamlıq problemləri olanların bu daşı üstündə daşımaqla bu problemlərdən azad olduğuna inanılır. Bundan əlavə evliliyində problemlər yaşayanlar və sevgiyə ehtiyac duyanların da bu daşı taxması tövsiyə edilir. Ağıl, inam və cəsarət rəmzidir. Bədəninizin istiliyinə görə mavi, yaşıl və ya dəniz yaşılı rəngində olur. Mart ayında doğulanların istifadə edə biləcəyi daşdır.
 
Almaz
Yunanca "adamas” sözündən yaranmışdır və məğlub edilməz mənasına gəlir. Gizlilik, romantika, güc və sehri təmsil edir. Rəngsiz olan almaz ətrafına parlaqlıq və işıq saçır. Sonsuza qədər birlikdə olmaq, istiqrar və məsumiyyət mənası da daşıyır. Uzun müddət birlikdə olmaq istəyənlərin bir-birinə hədiyyə etdiyi daşdır. Aprel ayında doğulanların daşıdır.
 
Zümrüd
Yunanca "emerald” sözündən götürülüb, dəyərli daş mənası verir. Parlaq yaşıl rəngdədir. Eşq, ağıl,sədaqət, sakitlik və sağlamlıq gətirdiyinə, yaddaşı gücləndirdiyinə inanılır. Doğurqanlıq gücü verdiyindən hamilə qalmağa çalışanların istifadə etməsi tövsiyə edilir. Bundan əlavə eşqin və sevginin artması üçün də istifadə edilir. May ayında doğulanlar bu daşdan istifadə edə bilərlər.
 
Mirvari
Latınca "pirium” sözündən yaranmışdır. Armud mənasındadır. Rəngi süd ağı, forması yuvarlaq və düzdür. Dəniz və göllərin dərinliklərindən çıxarılır. 6-8 illik bir vaxtda əmələ gəlirlər. Yüzillər boyu kral ailələri tərəfindən çox dəyərli qəbul edilmişdir. Sehrli gücləri olduğuna inanırdılar. Zənginlik, saflıq və iffət mənası da daşıyır. Bundan başqa, yaxşılaşdırıcı gücləri də var. Mədə və ürək xəstəliyi, qısırlıq kimi problemlərin müalicəsində istifadə olunur. İyun ayında doğulanlar üçün uyğundur.
 
Yaqut
Latınca "ruber” sözündən yaranmışdır. Almazdan sonra ikinci sərt daşdır. Pis əməllərdən uzaq durmaq, yaxşı şans yaratmaq üçün uzun illər boyu yaqutdan istifadə edilmişdir. Saf qırmızı yaqut əsl və sonsuz sevginin simvoludur. Azadlıq, bütünlük, mərdlik və sevinc mənası da daşıyır. İyul ayında doğulanlar istifadə edə bilərlər.
 
Peridot
Ərəbcə "faridat” sözündən götürülmüşdür. Pislikdən qoruduğuna və onu taxanların münasibətlərində yaxşılaşma olduğuna da inanılır. Təbiətə yaxın olmaq, həyatda uğur qazanmaq, yaxşı münasibətlər qurmaq və dostluqları gücləndirmək üçün bu daşdan istifadə edilir. Avqust ayında doğulanlar bu daşı üstlərində gəzdirə bilərlər.
 
Safir
Yunanca mavi mənasına gələn "sapphirus” sözündən yaranmışdır. Rəngi tünd mavidir. Sülh və müdriklik mənası daşıyan safirin taxanları qısqanclıq və pis düşüncələrdən qoruduğuna inanılır. Hədiyyə edilməsi dostluq və ya eşq münasibətinə başlamaq üçün addım atmaq və sədaqət mənası daşıyır. Həmçinin səmimiyyət və bağlılıq da deməkdir. Sentyabr ayında doğulanların istifadə edə biləcəyi daşdır.
 
Opal
Latıncada qiymətli daş mənasına gələn ”opalus” sözündən yaranmışdır. Yumşaq və tez qırılan bir daşdır. Dəyişik rəngləri var. Taxanlara gözəllik və xoşbətlik gətirir. Məsumiyyət, saflıq, ümid, inam, yaxşılıq, bacarıqların zirvəyə daşınması, ruhun coşğusunun artması və yaradıcılığın artması kimi mənalar daşıyır. Oktyabrda doğulanlar taxa bilər.
 
Topaz
Sanskrit dilində "od" mənası verən "tapas” sözündən əmələ gəlmişdir. Müxtəlif rəngləri vardır, lakin əsasən sarı rəngli topaz Noyabr ayında doğulanların bürc daşı olaraq qəbul edilir. Topaz istifadə edənə sağlamlıq və sərvət gətirir, sakitlik və xoşbəxtlik verir, müsbət dəyişikliklər yaradır. Həmçinin zehni gücü və cəsarəti artırır.
 
Firuzə
Fars diində "Pirus” sözündən götürülmüşdür. "Qalib gəlmək” deməkdir. Həmçinin Firuzə farscadan "xoşbəxtlik daşı” kimi də tərcümə olunur. Göy mavisi, dəniz mavisi və dəniz yaşılı kimi rəngləri var. Xəstəlikdən və pis əməllərdən qoruduğuna inanılır. Firuzə taxana xoşbəxtlik, güc və şans gətirir. Uğur, zənginlik və sevinc mənası daşıyır. Daha açıq və dəqiq fikirli olmağı təmin edir. Dekabrda doğulanların uğurlu daşıdır.


Şərhlər: 4
Baxılıb: 353
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Marta
Akvamarin menim dasimdir.
2 iyun 2016 17:29
# 4
Немного терпения, и у тебя все получится..
vipbetul
daslarin heyatimiza tesirine inanmiram yenede maraqliydi
2 iyun 2016 12:44
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Daslarin tesirine cox inaniram. Yazilan her nov dasi sevirem. Heyatimda da istifade edirem
2 iyun 2016 09:00
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Firuzə
Fars diində "Pirus” sözündən götürülmüşdür. "Qalib gəlmək” deməkdir. Həmçinin Firuzə farscadan "xoşbəxtlik daşı” kimi də tərcümə olunur. Göy mavisi, dəniz mavisi və dəniz yaşılı kimi rəngləri var. Xəstəlikdən və pis əməllərdən qoruduğuna inanılır. Firuzə taxana xoşbəxtlik, güc və şans gətirir. Uğur, zənginlik və sevinc mənası daşıyır. Daha açıq və dəqiq fikirli olmağı təmin edir. Dekabrda doğulanların uğurlu daşıdır.


Baxmayaraq ki, dekabr qeyd edilib amma ən çox sevdiyim daşlardan biridir)..
2 iyun 2016 08:10
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz