Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Paltarları güvәdәn qorumaq üçün 10 məsləhət
Paltarları güvәdәn qorumaq üçün 10 məsləhət
Göndərən: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 318
Səs ver:
Güvәnin 30­a yaxın növü var. Onların bәzilәri yun, digәrlәri yarmalar, un, quru meyvәlәri, tәrәvәzlәri vә s. yeyir.
urada biz paltar yeyәn güvәdәn danışacayıq.
İnsanların әksәr hissәsi elә bilir ki, paltarlarımızı uçan güvә yeyir. Bu belә deyil. Yaxından  tanıdığımız güvә­kәpәnәk paltarlara yumurtalarını qoyur, daha sonra oradan qurdlar çıxır. Mәhz bu qurdaların böyümәsi üçün qida (yәni bizim paltarlarımız) lazımdır.

Güvәnin bu növü yun, xәz, tәbii mәxmәr, tük vә s. yeyir. Paltarlarımızı güvәdәn necә qoruyaq?
 
1. Güvә (daha dәqiq desәk, onun qurdları) gün şüalarını vә tәmiz havanı sevmir. Mәhz bu sәbәbdәn tez­tez geyinilәn paltarları güvәdәn qorumağa ehtiyac yoxdur. Lakin uzun müddәt әrzindә şkaflarda, dolablarda qalan, geyinilmәyәn paltarlar vә s. ev әşyaları (yastıqlar, yorğanlar, döşәklәr, yun xalçalar vә s.) tәhlükә altındadır. Bu sәbәbdәn belә paltarları vә ev әşyaları tez­tez günә vermәk, havaya çıxartmaq lazımdır.
 
2. Paltarları şkaflara yığmamışdan әvvәl onları mütlәq yumaq vә ütülәmәk, mümkün olduqda isә yaxşı tәmizlәmәk lazımdır. Güvә çirkli, tәrli paltarları daha çox xoşlayır.
 
3. Naftalindәn istifadә etmәyin. Bu vasitә insan orqanizminә kanserogen (xәrçәng әmәlә gәtirәn) tәsir edir. Naftalin xüsusilә uşaqlar üçün ziyanlıdır.
 
4. Paltarları vә s. ev әşyaları güvәdәn qorumaq üçün xüsusi müasir güvә әleyhinә vasitәlәrdәn istifadә edin. Bu vasitәlәr sağlamlığa mәnfi tәsir etmir vә paltarları qoruyur.
 
5. Lavanda vә şam ağacının efir yağları güvәni qovur. Bu yağlarda pambıq disklәri isladın vә şkafların vә dolabların künclәrinә qoyun. Vaxtaşırı olaraq disklәri dәyişin.
 
6. Nәnәlәrimiz güvәdәn qorunmaq üçün tütündәn istifadә edirdi. Bu sınanmış vasitәdir. Tütünü şkafların künclәrinә, xәzlәrә, yun paltarların, yun ev әşyaların arasına tökün.
 
7. Güvә әtirşah bitkisinin iyini sevmir. Әturşahın tәzә yarpaqlarını paltarların arasına, şkaflara qoyun vә vaxtaşırı olaraq qurumuş yarpaqları tәzәlәri ilә әvәz edin.
 
8. İstiotun, sitrus meyvәlәrin iyi dә güvәni qovur. Şkaflara quru portağal vә ya limon qabıqları qoymaq, künclәrә istiot tökmәk olar.
 
9. Şkafların vә dolabların qapılarını vaxtaşırı olaraq açın vә bir müddәt açıq vәziyyәtdә saxlayın. Tәmiz hava güvәni qovur.
 
10. Onu da nәzәrә alın ki, bütün sadaladığımız vasitәlәr güvәni qovur, onu öldürmür. Әgәr güvә artıq şkaflarınızda, dolablarınızda mәskәn salıbsa, tütün, lavanda, әtirşah vә s. bu kimi vasitәlәr kömәk etmәyәcәk. Paltarları xüsusi vasitәlәrlә işlәmәk lazımdır. 


Şərhlər: 5
Baxılıb: 318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 may 2016 23:04
# 5
vipbetul
o cur prablemimiz yoxdur
2 may 2016 20:14
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Hansısa vasitədən istifadə etmirəm evdə lazım olduqda sadəcə qoz yarpağı qoyurlar bu üsullarıda sınamaq olar, təşəkkür.
2 may 2016 18:24
# 3
qanadli melek
Guve ucun qoz agacinin yarpagini qoyurduq
2 may 2016 17:59
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Guve olan here keskin etirli bitkiler qoyulmalidir. Bu usullardan istifade etmek olar
2 may 2016 17:42
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz