Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu?
Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu?
Göndərən: zezema
Şərhlər: 9
Baxılıb: 345
Səs ver:
Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu ???
Bəzən, özümüz də bilmədən bir çox xəstəliklərdən əziyyət çəkirik. Günlük yaşam tərzi hesab etdiyimiz bir çox hallar müəyyən xəstəliklərin, psixoloji pozuntuların xəbərçisi ola bilər.
Bəzilərimiz, əsasən də, xanımlar günlük yaşamlarında həddən artıq təmizliyə, səliqəyə vaxt ayırır və bu işlərdən əl çəkə bilmirlər. Hətta "evin işi bitmir” kimi ifadələrə də tez-tez rast gəlirik.  Pəncərələri silmək üçün yağan yağışın tez bir zamanda bitməsini səbrsizliklə gözləmək.. Tez-tez çirklənən balkonları şaxtalı qarlı havada silmək.. Evin içini hər gün general təmizlik etmək.. İki gün əvvəl yuyulmuş pərdələrin artıq kirli olduğunu düşünmək.. Paltarları 2-3 dəfə yumaq.. Hər görülən təmizlik işindən son dərəcə xoşbəxt olmaq... Və bu kimi yüz cür hal... Bunlar müəyyən dərəcədə OKP ilə əlaqədar ola bilər...
 
Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi,onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz
Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir.
Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir?
-Təmizlik -Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər.Saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə
-Simmetriya -Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər.
-Təkrar etmə yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə.
-Cinsi -Doğmalarına qarşı cinsi obssesiyalar.
-Ehtiyat -Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq. Dəfələrlə qapını , suyu, qazı bağladığını yoxlama.
-Sayma -binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma.

OKP-nin konkret bir yaranma səbəbi yoxdur.


Şərhlər: 9
Baxılıb: 345
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Mən də belə xəstəliyə tutulmuşam
29 aprel 2016 23:44
# 9
ayka95
Mende de var bele xestelik
26 aprel 2016 14:33
# 8
Fialka
Simmetriya və ehtiyat kimi psixi sindromlar bilmirəm nədən yaranır amma çoxlarında bu cür hallar baş verir . Düzdür təmizlik olmazsa olmazdır amma ifrata varıb psixləşmək doğru deyil. Faydalı məlumat idi təşəkkür.
26 aprel 2016 13:08
# 7
rəmsə
Simmetriya xəstəliyi məndə də var.Tez-tez pərdələrin,süfrənin və s.düzgün olmağına fikir verirəm.Uzandığım yerdən durub pərdəni və s. düzəldib uzanıram.Daha sonra ehtiyat xəstəliyi də var məndə.Deməli evdən çıxanda qapını yoxlamaq,yatanda qapını,qazı və s.yoxlayıb yatmaq.Loru dildə desək ''vasvasılıq''isə oğlumda var əlin gün ərzində saysız sayda sabunlayır.Adi kompyuterdə olanda nəsə şirniyyat filan versən ya durub əlini yuyacaq,ya da salfetkayla tutacaq.Qışda əllərini o qədər sabunlayır soyuq havaya çıxır ki,əlləri qabıq verir.
26 aprel 2016 12:59
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
bu cox pis xesdlikdir psixoloji cehetcen
26 aprel 2016 12:53
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
mende hal hazirda ehtiyat var.evden cixanda elli defe yoxlayiram.esasda qapini bagladimmi ya yox hetta geri de qayidiram.bir nece il evvel ise sayma var idi.bezirdim.addimlarimi sayirdim,nomrelerde reqemleri toplayirdim (bu indi de herden olur),reklamlari oxuyurdum.bu bezdirici idi.sonra oz ozune kecdi.yol gedende birde ayilirdim ki addimlarimi sayiram uje iki mini kecmiwem.hele de bilmirem o hallar mende neden yaranmiwdi.neyse ya wukur indi yoxdu.
26 aprel 2016 12:28
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Kölge
Mende de olub subay vaxti pillekeni yasmaq.indi uşaq qucagimda hec ayagimin altini gormurem neinki saymaq
26 aprel 2016 11:36
# 3
Her şeye gore şukur
Asya
Men de var bele bir xarakter.Iw gorende bele her weyin cox xirdaligina gedirem.Caliwdigim qeder tergidirem bu xarakterimi.Men de evden cixanda tez tez qapiya baxiram,bilirem baglamiwam ama yenede gedib birde baxiram) Bu yazilanlar cox ciddi problemlere getirib cixara biler.Psixoloqda vacibdi ama gerek en 1ci insan ozuyle mubarize apara bilsin,iradeli olsunn..Tewekkurler,lazimli movzuydu..
26 aprel 2016 11:28
# 2
BARBI
Mende de var simmetriya xesteliyi. Bele xesteliklerde psixoloqa getmek mutleqdir
26 aprel 2016 10:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz