Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saxta balı necə ayırd edək?
Saxta balı necə ayırd edək?
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 249
Səs ver:
Bir çox dərdin dərmanı olan balın faydalarını saymaqla bitməz. Ancaq bu fayda, bal təbiidirsə, öz təsirini göstərir. Bəs balın təbii və ya saxta olduğunu necə anlamaq olar? Bunu anlamaq mümkündür.
Təbii məhsullar kimyası üzrə mütəxəssis Sevil Gülsoy balın bilinməyən xüsusiyyətləri haqqında fikirlərini bildirib.

Kristallaşan ballar
Kristallaşan balın şəkərli olduğu ilə bağlı cəmiyyət arasında yanlış fikir formalaşıb. Halbuki şəkər qatılmış ballar çox uzun müddət kristallaşmadan qala bilər. Təmiz və təbii ballar isə balın əldə edildiyi çiçəklərin növündən asılıq olaraq fərqli olmaqla yanaşı xüsusilə də qış aylarında və soyuqda saxlanıldığı tədqirdə bir neçə ay kimi qısa müddətdə kristallaşa bilər. Bu tamamilə təbii bir proses olub baldan istifadəni əngəlləyəcək bir problem deyil.
Bal kristallaşmış şəkildə də yeyilə bilər. Eyni zamanda su vannası üsulu ilə isitmə proseduru vasitəsilə (isti su dolu bir qabın içərisində balın isidilməsi) kristallar əridilərək də istifadə edilə bilər. Kristallaşmış balın istifadəsində sağlamlıq baxımından heç bir problem yoxdur.

Bal və şəkərin fərqi
Balı şəkərdən fərqləndirən çok əhəmiyyətli bir amil var. Şəkər ancaq həzm sistemində dəyişikliyə məruz qaldıqdan sonra qana qarışdığı halda, bal həzmə ehtiyac olmadan çox sürətli şəkildə qana qarışır. Beləliklə də bal insan bədəninin ən yüksək dərəcədə və ən sürətli şəkildə faydalana biləcəyi bir qidadır. İlıq su ilə qarışdırılan balın bir neçə dəqiqə ərzində bədənə enerji verdiyi müəyyən olunub.

Tarixin bioloji silahı
Tarixin ilk bioloji silahının bal olduğunu qeyd edən Gülsoy ədəbiyyatda adı "Rhododendron pontica” olan və xalq arasında "dağ gülü, meşə gülü” olaraq tanınan bitkinin rəngli çiçəklərinin arılar tərəfindən bal əldə etmək üçün istifadə olunduğunu qeyd edib. Bu bitkidən əldə edilən bal da dəli bal adlandırılır. Bu çiçəyin tərkibində olan grayanotoksin birbaşa ürəyə təsir edən zəhərdir. Huşun itirilməsi, əzələlərdə gərilmələrə səbəb olur. İnsanda təzyiq şiddətli şəkildə aşağı düşərsə, hətta ölümə də yol açan nəticələr doğura bilər. Buna görə də dəli balın çox yeyilməsi və ya yaşlı insanlar tərəfindən yeyilməsi ölüm hallarına da gətirib çıxara bilər. Sadəcə insanlar deyil, heyvanların belə bu səbəbdən öldüyü müşahidə olunub. Bir çay qaşığından artıq yeyilməsi zəhərlənməyə səbəb ola bilər.

Dəli bal az yeyilməlidir
Dünyanın ən yaxşı bal növü olaraq göstərilən dəli bal bir çox xəstəliklərin müalicəsində istifadə olunur və acı və büzücü dadı vardır. Çox az yeyildiyi təqdirdə bir çox xəstəliyə dərmandır.

Şabalıd balı dəli bal deyil
Ən çox qarışdırılan məsələlərdən biri də şabalıd balının dəli bal olduğu düşüncəsidir. Dəli bal şabalıd balından fərqlidir. Meşə güllərinin çiçəklənmə dövrləri fərqli olmaqla yanaşı şabalıd ağacları meşə güllərindən sonra çiçək açır. Eyni bölgədən yığılan bu iki bal ayrı-ayrılıqda yığılarsa, bu anlaşılmazlıq da aradan qalxmış olar.

Saxta balı anlamaq çox çətindir
Ən yaxşı bal istifadəçisi olsanız belə, saxta balı təbii baldan fərqləndirmək olduqca çətindir. Təbii bal ən doğru şəkildə laboratoriya analizlərindən sonra məlum olur. Bu səbəbdən də balı mütləq etibar etdiyiniz yerdən əldə edin.

Mütəxəssislər balın təbii olub-olmadığının bu şəkildə anlaşıldığnı bildirirlər:
– Bal soyuducuda kristallaşırsa, təbiidir.
– Təbii bal qaşıqla götürüldüyü zaman kəsintisiz gəlməlidir.
– Soyuducuda təxminən bir ay qalan balın krem və ya kərəyağı qatılığına gəlməsi balın təbii olduğunu göstərir.
– Soyuq havada donmayan bal təbii bal deyil. Zeytun yağı donduğu kimi, qabın alt qisimləri donarsa, bu, təbii baldır.
– Saxta balın rəngi biraz daha açıqdır.
– Təbii balın qoxusu yoxdur.
– Təbii bal daha qatıdır.
– Təbii bal şəkərlə hazırlanan bala nisbətən daha kəskindir. Artıq yeyildiyi zaman burunda yanğı hissi yaradır.
– Balda az da olsa şəkərdən qaynaqlanan alkoqol olması səbəbilə kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanır.


Şərhlər: 7
Baxılıb: 249
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tesekkurlər melumat üçün
7 sentyabr 2016 20:21
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
deliw
bilmirdim......
7 sentyabr 2016 17:19
# 6
YalniZ-ArZu
Tewekkurler......
7 sentyabr 2016 14:10
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnci
Sitat: Kölge
Etri olmurmuş tebii balin.bilmrdm
7 sentyabr 2016 13:03
# 4
Her gulusun arxasında bır keder vardır
BARBI
Men tebii balla saxta bali ayird ede bilirem.
7 sentyabr 2016 12:08
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Kölge
Etri olmurmuş tebii balin.bilmrdm
7 sentyabr 2016 10:52
# 2
Her şeye gore şukur
vipbetul
tebii bal uzuden renginden dadindan o deq bilinir
7 sentyabr 2016 10:37
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz