Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhərlər öskürmək nə əlamətidir?
Səhərlər öskürmək nə əlamətidir?
Göndərən: ulduz
Şərhlər: 4
Baxılıb: 369
Səs ver:
Dünyada təxminən 300 milyon insana təsirsiz ötüşmədiyi təxmin edilən astma xəstəliyi müvafiq müalicə və qıcıqlandırıcı faktorlardan uzaq durulması sayəsində xroniki hala keçmədən nəzarət altına alına bilər.
Erkən dövrdə mütəmadi olan astma şikayətləri vaxtında nəzarət altına alınmazsa, həyat boyu davam edən ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Xüsusilə yay aylarında ortaya çıxan astma tutmalarının yaşam keyfiyyətini azaltmaması üçün bəzi tədbirlərin görülməsi tələb olunur. Memorial Ankara Xəstəxanası Sinə Xəstəlikləri Bölməsindən prof. dr. Metin Özkan yay aylarında astma xəstəliyi ilə bağlı diqqət edilməsi lazım olan məqamlar haqqında məlumat verib.
Səhərə yaxın ortaya çıxan öskürəyə diqqət edin!

Astma qəbul edilən havanı hava kisəciklərinə ötürən və hava yolları deyilən kiçik borucuqların daralması nəticəsində ortaya çıxan xəstəlikdir. Xəstəlik hava yollarının tıxanmasının səbəb olduğu öskürək tutmaları şəklində özünü göstərir. Astma xəstələrinin həkimə müraciət etmə səbəbləri əsasən öskürək, nəfəs darlığı, xırıltılı nəfəs alıb-vermə və sinədə sıxılma hissidir.
Bu əlamətlərin astma diaqnozunun qoyulmasına dəlalət edən xüsusiyyətləri isə təkrarlanan olmaları, gecə və səhərə yaxın ortaya çıxmaları, bəzən allergik maddələrə məruz qalınması və ya idman məşqlərindən sonra baş verməsidir. Bu əlamətlər öskürək tutmaları arasındakı intervalda baş vermir, bu müddətdə xəstələr özlərini yaxşı hiss edir. Astmanın diaqnozu xəstənin detallı tarixçəsi, müayinənin nəticələri və tənəffüs yollarının funksiyası testləri ilə qoyulur.
Həddindən artıq sevinmə və kədərlənmə hissi də astmanı qıcıqlandıra bilər

Bəzi qıcıqlandırıcı maddələr və qıcıqlandırıcı hallar astma və digər allergik xəstəliklərin əlamətlərinin ortaya çıxmasına səbəb ola bilər. Xüsusilə yay aylarında astma və allergiya xəstələri bu narahatlığı yarada biləcək, şikayətlərini artıra biləcək bir çox amillə qarşılaşır.
Hər xəstədə fərqli olan bu qıcıqlandırıcı amillər tozcuqlar, allergik maddələr, tənəffüs yolları infeksiyaları, yorucu fiziki aktivlik, hava çirkliliyi kimi sıralana bilər. Bəzi ağrıkəsicilər və ürək-damar xəstəliklərində istifadə olunan beta-blokator deyilən dərmanlar da astmanı yarada biləcək xüsusiyyətlərə malikdir. Emal edilmiş kartof, pivə və şərab kimi sulfid və qoruyucu maddə ehtiva edən bəzi qidalar, reflyu xəstəliyi, həddindən artıq sevinmə və ya kədərlənmə kimi güclü hisslər də astmanı qıcıqlandıra bilər.
Dərmanlarınızı təsadüfi şəkildə qəbul etməyin
Astmanın müalicəsində iki növdə dərman qrupundan istifadə olunur. Bunlar xəstələri müalicə edən və rahatladıcı dərmanlardır. Astmanın müalicəsində hansı dərmanların nə qədər müddət və hansı hallarda istifadə olunacağı mütləq həkim tərəfindən təyin olunmalıdır.

Yay aylarında qıcıqlanan astma və digər allergik xəstəliklərin təsirlərini azaltmaq üçün görülməsi labüd olan tədbirlər isə bunlardır:

- Quru havalarda külək varsa, bayıra çıxmamaq məsləhətdir.
- Allergenlərin havaya qarışmasına səbəb olan otbiçmə, ot təmizləmə kimi bağçılıq işlərindən uzaq durulmalıdır.
- Tətil üçün seçilən otel və ya bağ evi allergenlər baxımından gözdən keçirilməlidir.
- Açıq havada idman hərəkətləri edərkən ifrata varılmamalıdır.
- Bayıra geyilən paltarlar evə qayıdan zaman dəyişdirilməli və duş qəbul edilərək dəridəki və saçlardakı allergenlər təmizlənməlidir.
- Yay aylarında paltarlar, dəsmal və çarşablar tozcuqların yapışmasının qarşısını almaq üçün bayırda qurudulmamalıdır.
- Evdən çıxarkən geniş kənarlı eynəklərdən istifadə olunmalıdır. Çox allergik xüsusiyyətə sahib olan insanlar və astma xəstələri allergiya maskalarından da istifadə edə bilərlər.
- Polenin (zəncirotu tozcuqları) çox olduğu dövrlərdə şikayətlər başlamadan allergiyaya qarşı dərmanlar qəbul edilməlidir.
- Polen sıxlığının çox olduğu saatlarda qapı və pəncərələr qapalı saxlanmalıdır.
- Polen miqdarının çox olduğu günün ilk saatlarında açıq havada fəaliyyətdən uzaq durulmalıdır.
- Evdə və maşında pəncələrin açıldığı hissələrdə texniki xidməti nizamlı olaraq aparılan və polen filtrli kondisionerlərdən istifadə olunmalıdır.
- Yaşayış sahələrinin nəm nisbəti aşağı səviyyədə saxlanmalıdır.
- Ev təmizliyində HEPA filtrinə malik vaakumlu süpürgədən istifadə olunmalıdı


Şərhlər: 4
Baxılıb: 369
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tewekkur ama mene lazımlı deyil
1 may 2016 11:56
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
zezema
offffff bezmishem.. qizim iki gundu yene bashlayib dayanmadan oskurmeye. ushaq ele bil oskurek aparatina cevrilib. vermediyim derman qalmadi.. kesmir oskureyi.
30 aprel 2016 18:24
# 3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
BARBI
Bezen seher mende bu hallar yasanir. Bu da allergiya goredir
30 aprel 2016 16:53
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
kimde bu cur prablemler varsa onlarcin lazimli ola biler
30 aprel 2016 14:42
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz