Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu 11 vərdişi tərgidin, miqrendən xilas olun
Bu 11 vərdişi tərgidin, miqrendən xilas olun
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 346
Səs ver:

Miqren şiddətli baş ağrısı xəstəliyidir. Olduqca əziyyət verən və yaşından asılı olmayaraq hər kəsin yaşaya biləcəyi miqren ağrıları adi baş ağrılarından fərqlənir. Gün ərzində istənilən saatda meydana gələn bu ağrılar xüsusən səhərlər olduqca kəskinləşir və miqren spazmları keçirən insanın iş qabiliyyəti, demək olar ki, sıfıra enir.

Qadınlar.Biz  publika.az-a istinadən miqrenə təsir edən amillərin siyahısını təqdim edir:

1. Həssaslıq
Bəzi insanlar işığa, səsə, qoxulara qarşı həssas olurlar. Belə insanlar miqrendən daha çox əziyyət çəkir. Lakin həssas olmağın detalları tez görmək, mürəkkəb işləri digərlərindən daha tez qavramaq kimi müsbət tərəfləri də var.
 
2. Köklük
Son aylarda aparılan araşdırmalarda miqren ilə bədən kütlə indeksi arasında əlaqə olduğu məlum olub. Miqren kök insanlarda arıqlarla müqayisədə 35 faiz daha çox müşahidə olunur. Piylənmədən əziyyət çəkən insanlarda isə bu rəqəm 80 faizə çıxır.
 
3. Həddən artıq məşq
Həddən artıq məşq bədəni fiziki olaraq yorur. Bu da miqrenin hücuma başlamasına təkan verir.
 
4. Hərəkətsizlik, passiv həyat
Hərəkətsizlik və passiv həyat miqrenə səbəb olan əsas amillərdəndir. Hər hansı bir işlə məşğul olmaq, faydalı olmaq insanı xoşbəxt edir. Hərəkətsiz həyat isə insanı kütləşdirir, ən pisi miqrenə təkan verir.
 
5. Həftə sonu istirahəti
Şiddətli baş ağrılarından yalnız həftə sonu şikayət edənlər də var. Bunun səbəbi həftə sonları yuxu saatlarının dəyişməsidir. Miqren isə rejim dəyişikliyini sevmir.
 
6. Boya və ətir qoxuları
Miqreni olan insanlar çox həssas olduqları üçün qoxuları başqalarından daha çox hiss edirlər. Xüsusən kəskin qoxular narahatlıq verir. Boyalar, ətir qoxuları başda olmaqla bütün kəskin qoxular miqrenin şiddətlənməsi ilə nəticələnir.
 
7. Susuzluq
Hər kəs çəkisindən asılı olaraq gün ərzində 2 litr su içməlidir. Orqanizmin su ehtiyacı ödənilmədikdə miqrenin yaranmasına səbəb olur.
 
8. Aclıq
Aclıq da miqrenə təkan verən əsas amillərdəndir. Bu baxımdan miqreni olan insan üçün Ramazan ayında oruc tutmaq çox çətin olur.
 
9. Həddindən artıq çay, qəhvə içmək
Həddindən artıq çay, qəhvə istehlakı miqrenə təkan verir. Hətta bəzi həkimlər xəstələrə qəhvəni qadağan edirlər. Lakin araşdırmalar göstərir ki, qəhvə hər insana müxtəlif cür təsir göstərir.
 
10. Yuxunun pozulması
Yuxusuzluq və ya yuxu rejiminin pozulması da baş ağrılarını şiddətləndirir. Lakin unutmayın ki, çox yatmaq da miqren yaradır.
 
11. Xoşbəxtlik, hədsiz həyəcan
Miqren stresslə çox bağlıdır. Hətta xoşbəxtlik duyğusu, eləcə də həddən artıq həyəcanlanma miqrenə səbəb olur. Müsbət olsa da, balans pozulur. Miqren isə nizamı sevir.



Şərhlər: 5
Baxılıb: 346
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Narın Yağış
Bəzi insanlar işığa, səsə, qoxulara qarşı həssas olurlar. Belə insanlar miqrendən daha çox əziyyət çəkir. - Oy hamısı mənə aiddir.Çox səs-küy olsa çox deyəndə adicə evdəkilər azca yüksək səslə danışsın o saat qışqırıram sakit danışın biraz yada bir-bir.Elə bilirəm beynimin içindən gəlir o səslər.İşıq yatdıöım yerdə işığı yandırsalar dəli olacam ondan heç danışmıyım.Ama işıqlı olan yerdə öldürsələrdə yata bilmərəm mən.Belə günün günorta çağı işıq yansa əsəblərimı toxunur. Qoxulardakı vapşe, yediyim-içdiyim hərşeyi ilk öncə qoxluyuram.(adicə suyu belə). Yeni alınmış paltarı ilk öncə qoxluyuram görüm nəyğ iyi verir?) Paltar yeni alınanda qəribə iy gəlir deyə yudurdub sonra geyinirəm.Birincidən qurtulmam imkansız yani.

2 - Köklük məndə yoxdu yaşıma görə normal çəkidəyəm.

Həddən artıq məşq -Həddən artıq məşq etmirəm daha doğrusu heç məşq etmirəm)) onsuz bütün gün qaçaqaçdayam.Çox yoruluram buda miqren tutmalarına səbəb olur.

4. Hərəkətsizlik, passiv həyat - Hərəkətsiz və passiv həyat yaşadığımı sanmıram.Yetirəncə hətda daha artıq hərəkətlidi həyatım)

5. Həftə sonu istirahəti - Yazılanlarla razılaşdım.Doğru qeyd edilibdir, məndədə həftə sonları olur daha çox birdə 2ci günlər.Səbəb də adi günlərdə səhər saat 8də dururkən həmin günlər günirta 3ə zorla oyadırlar)

6. Boya və ətir qoxuları - Yaralı yerim.Yanımdakı sevmədiyim bir ətir istifadə edirsə hansıki heç istifadə etməmişəm o ətirdən o qoxudan başım ağrıyır həmin saat.Çox pis şeydi.Qoxulara qarşı çox həssasam bir neçə gün öncə məktəbi dezinfeksiya məqsədilə dərmanlamışdılar o iy mənə çox pis təsir etdi deyə həmin gün axşama qədər başımın ağrısı nə etsəmdə keçmədiki keçmədi.

7. Susuzluq - Qətiyyən su içmirəm malesef.

8. Aclıq -Aclıq onsuz normal insanında (miqreni olmayan) başını ağrıdır.

9. Həddindən artıq çay, qəhvə içmək - Gündə ən az 2 fincan qəhvə içirəm.Çay isə dəhşət çox içənəm.

10. Yuxunun pozulması - Qyed edilib çox yatmaq da miqren yaradır.Anam bu xəbəri görsə deyərdi görürsən vaxtında sənə deyirdim çox yatma xəstəlik yaradar səndə inanmırdın)) düzdə deyirniş hərçey qədərində gözəldir.Boş yerə deyilmiyibki "Bir incitək saflıq varsada suda artıq içiləndə dərd verir su da" 23 mənimdə bu artıq yatmağım başıma dərd oldu.

11. Xoşbəxtlik, hədsiz həyəcan -Noldu day miqren nizaml sevirmiş deyə indi mən robot olum?)).

Maraqlı xəbər oldu deyı ayrı-ayrılıqda fikrimi bildirdim təşəkkür)
4 aprel 2016 02:12
# 5
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Aybə
Məndə bu sayılanlardan var.
3 aprel 2016 23:01
# 4
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Barbaris
Xebere gore twkler
3 aprel 2016 22:56
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Mende basim soyuqlayanda ya da streskecirdikde miqrenim tutur
3 aprel 2016 22:03
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
miqreni olanlar burda yazilanlari etsede yenede vaxti gelende miqrenleri tutagey
3 aprel 2016 21:56
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz