Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Siqaret haqda daha bir təhlükəli fakt
Siqaret haqda daha bir təhlükəli fakt
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 166
Səs ver:
Tütün çəkənlərdə vərəmin gizli formasının yaranma ehtimalı tütün çəkməyənlərə nisbətən 3 dəfə çoxdur. Xəstəliyə yoluxma riski isə tütün çəkmənin müddətindən və miqdarından da asılıdır.
 
Həkim Süleyman Quliyev deyib. Onun sözlərinə görə, tütün çəkmə vərəmin gizli formasının aktiv formaya keçməsini tütün çəkməyənlərlə müqayisədə 2-3 dəfə, vərəmli xəstələr arasında ölüm riskini isə 6 dəfəyədək artırır. Hətta vərəm xəstəliyindən sağalan və tütün çəkən insanlarda vərəmin aktiv formasının təkrar yaranma riski 3 dəfə yüksəkdir.
 
Həkim bildirib ki, həm aktiv, həm də passiv tütün çəkmə nəinki vərəmin inkişafına şərait yaradır, həm də vərəmli xəstələrin müalicəsini çətinləşdirir, vərəmin təkrar əmələ gəlməsi riskini artırır, eləcə də vərəm xəstəliyinin gedişatını ağırlaşdırır.
 
Vərəmin xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçdiyini deyən həkimin sözlərinə görə, ətrafa yayılan ikinci tütün tüstüsünün təsirinə məruz qalma uşaqlar və böyüklər arasında vərəmə yoluxma riskini və aktiv vərəm formasının inkişaf riskini yüksəldir. Mənzildə siqaret çəkən vərəmli insanlar öz sağlamlıqlarını təhlükə altına qoymaqdan əlavə, ailələrini də vərəmə yoluxma riskinə məruz qoyurlar. Ona görə də mənzilin tütün tüstüsündən azad olması vacibdir.
 
Vərəmlə xəstələnmə riskini azaltmaq üçün tütün çəkmədən imtinanı zəruri sayan S.Quliyevin sözlərinə görə, tütün çəkmədən imtina etmək vərəmin aktiv formasının yaranmasından qorunmaq üçün ən yaxşı üsullardan biridir. Tütün çəkməni tərgitmək nəinki vərəm xəstəliyinin yaranma riskini azaldır, həm də vərəmin gizli formasının müalicəsinə kömək edir: "Tütün çəkmə insanın immun sistemini zəiflədir. Buna görə də tütün çəkənlərin orqanizmi vərəm infeksiyası ilə mübarizə apara bilmir. Tütün çəkmə ağciyərləri də zədələyir və tütün çəkənləri vərəm infeksiyasına qarşı daha həssas edir. Tütün çəkmə vərəm əleyhinə müalicənin effektivliyini azaldır, bununla da vərəmin uzun müddət davam etməsinə və daha ağır formalarının yaranmasına səbəb olur”.
 
Tütün çəkmənin dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindən biri olduğunu xatırladan həkim əlavə edib ki, dünyada 1 milyarddan çox insan tütün çəkir. Tütün istehlakı səbəbindən hər il 6 milyon insan dünyasını dəyişir. Əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilədək tütün epidemiyası hər il 8 milyon insanın həyatına son qoyacaq.


Şərhlər: 6
Baxılıb: 166
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fira Deniz
Siqaretin iyinden xoşum gelmir.onun tustusude bele ziyandi.bir sozle insalar ozlerini bile-bile olume hazir edirler.
2 sentyabr 2016 22:57
# 6
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
vipbetul
siqaret cox ziyanlidir ona orgeshense onu terk ede bvilmire iradesi zeyif olanlar vabse ondan el cekmirler
2 sentyabr 2016 17:12
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lilit
Cekmey asadi atmaq cetin herwey zererdi indi
2 sentyabr 2016 16:48
# 4
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
YalniZ-ArZu
Nifret edirem siqarete,en cox da siqaret ceken qadinlara qizlara.
2 sentyabr 2016 13:21
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
MODABAZ
Sıqaretden zererlı bır wey yoxduuu hec qoymur ınsan nefes ala
2 sentyabr 2016 11:59
# 2
Heyata daim gulmek lazimdii
BARBI
Siqaret insani olume aparir. Cox zererlidir. Mumkun qeder az istifade edilmelidir
2 sentyabr 2016 11:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz