Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ürəyinizi qorumaq istəyirsizsə aşiq olun
Ürəyinizi qorumaq istəyirsizsə aşiq olun
Göndərən: Barbaris
Şərhlər: 10
Baxılıb: 297
Səs ver:
Türkiyəli psixoloq Mustafa Varol Yorulmaz ürək sağlamlığını qorumaq istəyənlərə "aşiq olun" məsləhətini verib. 
Psixoloqun məsləhətlərini təqdim edirik.

Həkim bildirir ki, aşiq olmaq zövq və xoşbəxtlik bəxş edən endorfin hormonunun ifraz olunmasına kömək edir: "Daimi eşq həyatı insanın həyat keyfiyyətini artırır. Bütün dünyada ölüm səbəblərinin ilk sırasında ürək və damar xəstəlikləri gəlir. Ürək sağlamlığını qorumaq istəyənlər mütləq aşiq olmalıdırlar. Aşiq olmaq ürəyə yaxşı təsir edir. Çünki zövq və xoşbəxtlik verən endorfin hormonunun ifrazına kömək olur. Bunun sayəsində həm ürəyiniz, həm ruhunuz xoşhal olur”.

Ürək həyat fəaliyyətlərinin ən əhəmiyyətli açarıdır. M. Yorulmaz ürəyimizə sahib çıxmadığımızı və diqqətsiz yanaşdığımızı təəssüflə qeyd edir: "Daha sağlam və daha uzun ömür yaşmaq üçün hər kəs ürəyinə diqqət göstərməlidir. Beynimizə bunu həkk etməliyik - ürəyinə sahib çıx!”

Psixoloq insanlara ürək sağlamlığını qorumaq üçün tövsiyələr də verib: "Mən artıq ürəyimə xəyanət etməyəcəyəm!" – buna qəti qərar verin. Və bu zamana qədər ürəyinizi sıxan, sizi incidən nə etdisinizsə, nə baş veribsə, hamısını geridə qoyun. Siqareti atın, artıq çəkiniz varsa, arıqlamağa çalışın, idman etməyə başlayın, təzyiq və şəkəriniz varsa, nizama salın. Sağlam və yaxşı qidalanın. Ürəyinizin sağlamlığının öhdəsindən tək gələ bilmirsinizsə və buna gücünüzün çatmayacağını düşünürsünüzsə, mütləq mütəxəssisə müraciət edin, dietoloqla əlaqə yaradın”.

Həkim aktiv həyat tərzi sürməyi, daim hərəkətdə olmağı da tövsiyə edir. Enerjinizi xərcləyə biləcəyiniz bütün hərəkətləri həyatınıza daxil edin: "Piyada yeriyin, evdəki işləri belə rəqs edərək edin. Bol su içmək vacibdir. Xüsusilə ürək narahatlığı olanların bol su içmələri onların həyatını qurtaracaq. Həyata qarşı optimist davranın və aşiq olun! Aşiq olmaq ürəyə yaxşı təsir edir”.


Şərhlər: 10
Baxılıb: 297
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Birinci qeyd olunan məsləhəti deyə bilmərəm amma digərləri faydalı məsləhətlər idi .Sağlam həyat tərzi sürmək və stress , depressiyadan uzaq olmaq ürək sağlamlığına müsbət təsir edər nəinki əksi)..
3 aprel 2016 18:45
# 10
ayka95
Sitat: BARBI
Hec de asiq insanin ureyi saglam deyil. Bu insanlar daha da xeste olur. Bu da cekdiyi acilara goredir

dogru qeyd etmisiniz heqiqetende eledi
3 aprel 2016 15:24
# 9
lale.veliyeva19
stress və həyəcandan xoşbəxtlik,sağlamlıq olmur ancaq xəstəxanalıq olur adam
3 aprel 2016 15:19
# 8
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

vipbetul
sevinmek xosbext olmaq lazimdir gozel heyat sen heyat yasamaq lazimdir
3 aprel 2016 14:42
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Bəs yaşlı nəsil ürəyində problem yaşayırsa onlar nə etsinlər?))O yaşda kimə aşiq olsunlar))Gənc nəsillər üçün verilmiş məsləhətlərdi amma mən faydalı olacağından çox zərərli olduğunu düşünürəm,səbəb?Qoy açıqlamasını verim:Bir oğlan varıydı bu aşıq olmuşdu o dərəcədə ki,artıq dözə bilmirdi gedib xalasının evinə mənim halım pisdi nəfəs ala bilmirəm ürəyim ağrıyır deyə halının pisləşdiyini görüblər sırazı təcili yardıma zəmg ediblər onlarda gəlib bu oğlana baxırlar deyirlər heçnəyi yoxdu oğlan kiməsə yəqin aşıq olub bu səbəbdəndi belə özünü pis hiss eləmələr,həqiqətəndə eləymiş oğlan özü etiraf etmişdi daha sonra gözü o qızdan başqasını görmədiyini ,onu fikirləşdikcə həyacanlandığını deyirdi,zəif xarakterli oğlanda deyildi ki, deyəsən belə birilərinə tez qapılıb ...yəni aşıq olmaq insanı təcili yardımlıq edir ))Bəzilərində əksidə ola bilər xoşbəxtlikdən sevincdən ruhu canlandıqca qan dövranı yaxşı inkşaf edir buda digər orqanlara xeyri daha çox olur.Təşəkkürlər.
3 aprel 2016 11:53
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
qanadli melek
Menim fikrimcede insan sevende ureyi xeste duwur o qeder stres kecirirki
3 aprel 2016 11:47
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
sizin 1205
Aşiq olmaq ureyi xeste geceleri yuxusuz heyati alt ust edir.
3 aprel 2016 11:31
# 4
L
BARBI
Hec de asiq insanin ureyi saglam deyil. Bu insanlar daha da xeste olur. Bu da cekdiyi acilara goredir
3 aprel 2016 09:52
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
Sevenin ureyi xeste dusur neinki saglam ede
3 aprel 2016 09:32
# 2
emis
Bu haqda esitmisdim duzdu asiq olmaq urek saglamligi ucun cox xeyirlidi,duz yazilib ki asiq olmaq ureye xosbextlik ve zovq verir, urek xestelerinin en cox su icmeleri meslehet gorulur ureyin ritmini artirir qan dovranini yaxsilasdirir tezyiqi normal saxlayir seher seher ac qarina bir st iliq su da cox xeyirdi hemde ariqladir axsamnan yediyimiz qidalarin artgini temizleyir seher yediyimiz yemek ise temiz medeye gedir belece saglam qidalanmis oluruq hemde ariqlayiriq:)
3 aprel 2016 08:30
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz