Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu sadə üsullarla varikozun qarşısını alın
Bu sadə üsullarla varikozun qarşısını alın
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 519
Səs ver:
Varikoz Damar Cərrahı Müzəffər Bahçivan dar geyimlərin bədəni sıxaraq varikoza təkan verdiyini deyib. 

Həkim bunu ayaqları sıxan dar geyimlərin qan dövranını zəiflətməsi ilə izah edib. Bədəni çox sıxan paltarlar isə qol altında tərləməyə səbəb olmaqla müxtəlif infeksiyalara yol açır. 
O, \"Dar geyimlərin bədəndəki qan dövranını pozaraq ayaqlarda varikoz artımına yol açdığını bildirib. Lakin çoxları dar paltarların həddindən artıq tərlədərək göbələk və başqa infeksion xəstəliklərə yol aça biləcəyini bilmir. Ona görə də dar paltarlarda uzun müddət qalmağı tövsiyə etmirəm”. 

Varikozdan əziyyət çəkənlərin dərman müalicəsi ilə yanaşı, müxtəlif cərrahi üsullarla bu problemdən xilas olmasının mümkünlüyünü deyən cərrah deyib: "Ümumiyyətlə, varikozun müalicəsi damarların formasından asılı olaraq, dəyişir. İri damar genişlənməsi varsa, lazer əməliyyatı, xırda damarlar "skleroterapiya” adlandırılan xüsusi iynə üsulu ilə aradan qaldırılır”. 
Həkim həmçinin onu da bildirib ki, varikoz daha çox uzun müddət ayaq üstdə dayanan insanlarda və hamilə qadınlarda müşahidə olunur. 

Müzəffər Bahçivan varikozun qarşısını alan asan üsullardan da danışıb: "Varikoz corablar damarlara təzyiq göstərərək qanın ürəyə doğru hərəkətinə kömək edir. Əgər xəstələrin ciddi problemləri varsa, şişi azaldan dərmanlar təklif edirik. Hər axşam, ya da gün ərzində xəstə, vaxt olanda ayaqlarını yuxarı qaldıraraq şikayətlərini azalda bilər. Hərəkətsiz qalmaq, ya da ayaq üstündə durmaq bu şikayətlərin artmasına səbəb olur. Bunun üçün hər gün piyada yeriyərək əzələləri işlətmək varikozun mənfi təsirlərini minimuma endirər\". 

Soyuq su masajının da varikozun təsirini azaltdığını deyən həkim xəstələrinə dikdabanda gəzməməklə bağlı xəbərdarlıq edib.


Şərhlər: 7
Baxılıb: 519
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
savior angel
menim anamda da son vaxtlar damarlar cixir onun iwi ile elaqedardi ayaq usde cox oldugundan bele olur
14 aprel 2016 15:50
# 7
I choose to be happy
vipbetul
asand yolla cerahi usullada saxaltmaq olur
14 aprel 2016 00:42
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
sükür mende ele problem yoxdu
13 aprel 2016 22:35
# 5
Kölge
Hamile vaxti damarim var idi....kecdi şukur
13 aprel 2016 22:04
# 4
Her şeye gore şukur
Tomris Müslümova
Mənim anamda və bacımda var.İkisidə hamiləlikdən sonra yaranıb.Mənim dünyaya gəlməyim anam üçün çox riskli olub.Əməliyyat isə heçdə həmişə uğurlu olmur.Elətdirənlərin bir çoxu deyir ki,bilsəydim elə helə yaşayardım.Görünür həkimlik problemdir.Evdə isə alma sirkəsini ayaqlara çəkib,yerindən səhər durmamış o damar corablarını geyinmək,15 gün belə davam etmək çox irəliləyiş verir.
13 aprel 2016 20:32
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Varikoz ucu yalniz emeliyat lazimdir. Tebii usullar fayda vermir
13 aprel 2016 18:13
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Məndə hamiləlikdə belə izlər əmələ gəlmişdi. Hər gün soyuq su ilə masaj edirdim. Sonra həkimə getdim dedi varikoz deyil. Dərin elastik deyil deyə hamiləliyin ağırlığından çatlayıb. Təşəkkürlər
13 aprel 2016 17:35
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz