Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Novruz yumurtalarının kreativ boyama üsulları
Novruz yumurtalarının kreativ boyama üsulları
Göndərən: Tomris Müslümova
Şərhlər: 12
Baxılıb: 546
Səs ver:
Novruza artıq sayılı günlər qalıb. Şirniyyatlar bişirilib, bayram tədarükü görülüb, müxtəlif Novruz ornamentlərilə xonçalar bəzədilir. Novruzun ən sevilən simvollarından biri də boyanmış yumurtalardır. Xüsusilə də, uşaqlar arasında.  Müxtəlif cür bəzədilmiş yumurtalar Novruz xonçasına yaraşıq verir. Fürsətdən istifadə edib ayram qabağı xonçanızı daha da gözəl etmək üçün evdə yumurta bəzədilməsi üsullarını təqdim edirik.

Lazım olanlar
12 ədəd ağ yumurta
12 ədəd kök, 1 sm qalınlığında dilimlər halında doğranmış
5 ədəd çuğundur, 1 sm qalınlığında kub şəklində doğranmış
1 ədəd qırmızı kələm, doğranmış
1 dəstə ispanaq, doğranmış
5 x.q. pulbibər
2 x.q. bitki yağı
1 və ½ stəkan ağ üzüm sirkəsi
Duz

¼ saplaq cəfəri, keşniş, nanə kimi göyərtilərin yarpaqları
2 cüt neylon corab, 6 sm boyunda kəsilir (təxminən 6 ədəd belə corab hissəsi alınır)

Yumurtanı geniş qabda bişirmək lazımdır, çünki boyayərkən problem yaranmasın, hamısı tam halda boyansın. Geniş qab daha çox su tutur, yumurtaların üstünü tam şəkildə örtür. Hər bir boya üçün də ayrıca geniş qab lazımdır. Boyanı əlavə edərkən daha çox duz səpin.

Narıncı boya əldə etmək üçün 5 stəkan su ilə dolu olan geniş qazana 1 sm qalınlığında dilimlər halında doğranmış kök əlavə edilir. 1 ç.q. pulbibər və duz da əlavə olunub yaxşıca qarışdırılır. Orta istilikdə 1 saat bişirilir. 
Göy rəngli boya əldə etmək üçün 5 stəkan su ilə dolu olan geniş qazana kələm və 1 ç.q. duz əlavə edilir. Orta istilikdə 1 saat bişirilir.

Çəhrayı boya üçün isə 5 stəkan su ilə dolu geniş qazana kub formasında doğranmış çuğundurları və 1 ç.q. duzu əlavə etmək lazımdır. Yaxşıca qarışdırıb, qazanın qapağını kip bağlayıb orta istilikdə 1 saat bişirmək lazımdır.
Yaşıl boya əldə etmək üçün də 5 stəkan su ilə dolu geniş qazana doğranmış ispanaqları və 1 ç.q. duzu əlavə edib 1 saat yaxşıca bişirilir.

Daha sonra alınan boyalı suları başqa kasalara süzün. Tərəvəzləri tullayın. Sonra kasalardakı sulu boyaları yenidən qazanlara sayaraq tökün. Hər boyalı qazana da 3 ç.q. ağ üzüm sirkəsi əlavə edin. 30 dəqiqə boyaların soyumasını gözləyin. 
Sonra bir parça dəsmal və salfetlə yumurtaların hamsının qabıqlarına sirkə çəkin. Yumurtaların üzərində bəzəkli formalar olsun deyə keşniş, nanə yarpaqlarından hansını istəsəniz yumurtanın üzərinə qoyun, sonra bitki yağından həmin qoyduğunuz yarpaqların üzərinə çəkin. Hazır yumurtaları əvvəlcədən kəsilmiş corab hissəsələrinin içərisinə yerləşdirin. Əlinizlə bitki əzilərsə düzəldin. Sonra corabların baş hissələrini bağlayın ki, yumurta içindən çıxmasın. Bu prosesi bütün yumurtalarda təkrar edin. 

Bu proses bitdikdən sonra hər boya qazanına 3 ədəd yumurta qoyun və diqqət edin ki, sulu boya yumurtaların hər tərəfini əhatə etsin. 10 dəqiqə orta istilikdə bişirin və 15 dəqiqə soyuduqdan sonra yumurtaları boyadan çıxarın. Çuğundur boyasından başqa digər tərəvəzlərlə boyanmış yumurtaları bir gecə saxlayın ki, boyalar tam tutsun. Çuğundurla boyanmış yumurtanı isə 1 saat buzxanada saxlamaq lazımdır. Onların daha parlaq və tünd çəhrayı olmasını istəsəniz bir gecə də, digər yumurtalarla saxlaya bilərsiniz. Qeyd edək ki, əgər səhər tezdən yumurtalarınızı boyayacaqsınızsa 6 və ya 8 saat sonra onların tam boyanmasını yoxlaya bilərsiniz. 

Yumurtaları corablardan çıxardın, ehtiyyatla göyərti yarpaqlarını götürün və quru bezin üzərində 1 saat qurumağa qoyun. Quruduqdan sonra yumurtaları xonçaya qoyarkən onların daha parlaq və tünd rəngli olması üçün üstlərinə nazik qat salfetlə bitki yağı çəkin.

Qeyd: Bu yumurtaları soyuducuda saxlamaq olmaz.


Şərhlər: 12
Baxılıb: 546
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
_TəHLuKə_
Profil şəklində olan nümunədən İngilis dili müəllimiz düzəldib sinifə gətirmişdi o bizə baş saldı..
20 mart 2016 21:48
# 12
Özün ol!Qəti özənmə özgələrinə!
sizin 1205
Boyamişam ujeeee
18 mart 2016 15:15
# 11
L
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
18 mart 2016 13:10
# 10
vipbetul
cetin oldu bunlar

cetin oldu bunlar
18 mart 2016 12:56
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bunlar biraz qelizdir. Yazir naxislar alib istifade edirem. Cox gozel gorsenir
18 mart 2016 09:00
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Bəzilərini məndə edirəm, çalışıram bir çox rəngdə olsun qızkarın yumurtası.
18 mart 2016 08:45
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ɢüмüş
Yumurta boyamiram. Heves yoxdu.
18 mart 2016 08:17
# 6
qanadli melek
Hazir bezekler satilir en asan usul onan alib etmekdi
18 mart 2016 08:13
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
savior angel
bizde bele edirik.Hazir boyalar cox vaxt yaxwi tutmure.Bizde qirmizi rengli boya var coxdan qalib onun rengi cooox gozeldide bu teze cixanlardan ne qeder aliriq edirik onun yerin vermir
18 mart 2016 07:45
# 4
I choose to be happy
aziz a
Ağır oldu bu qeder ısın arasında..teşekkür
18 mart 2016 06:53
# 3
Qelbim doludu !!!!
Balacam
Ayyy sebrim çatmır menim hazir boyalar varda ele.yenede Teşekkürler
18 mart 2016 03:36
# 2
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Narın Yağış
Uzun məsələ oldu nəsə)Rayonda olanda nənəmin çuğundurla yumurta boyamasını görmüşdüm maraqlı göz oxşayan rəng alınır) Ama biz adi yumurta üçün nakleyka deyirəm mən ona)) ondan istifadə edirik, yaxudda hazır yumurta boyası.Ama o boyadan istənilən nəticəni əldə etmək olmur, rəng solğun olur sevmirəm.
18 mart 2016 02:52
# 1
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz