Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yox deməyi öyrənməyin 5 qızıl qaydası
Yox deməyi öyrənməyin 5 qızıl qaydası
Göndərən: my_angel
Şərhlər: 6
Baxılıb: 375
Səs ver:
"Yox” bir söz olaraq nə qədər bəsit səslənsə də, olduqca güclü kəlmədir. Yox deyə bilməmək isə, bir çox insanın ortaq problemidir.
Yox deyə bilmək vaxtınızı və enerjinizi səmərəli şəkildə istifadə etməyə imkan verir. Çünki istəmədiyiniz şeylərə "xeyr” deyə bildiyinizdə, enerjinizi sizin üçün daha əhəmiyyətli olan şeylər üçün istifadə edə bilərsiniz. Bu gün biz də məhz bu problemin həllində sizə kömək etməyə çalışacağıq. Beləliklə, yox deməyi öyrənmək vaxtıdır.

1. İlk əvvəl qarşınızdakı insanı yumşaldın, daha sonra istəyinizi bildirin.
Xeyr demək istədiyinizdə, qarşınızdakı insanın bu sözünüz qəbul etməsi üçün abu-havanı yumşaltmağınız tələb oluna bilər. Bu cür vəziyyətlərdə aldığınız təklifin sizi nə qədər qürurlandırdığını və məmnun etdiyini demək  kifayət olacaq və yerinə düşəcəkdir. Daha sonra isə, "vaxtım yoxdur” kimi təklifi və ya tövsiyəni qəbul etməmək səbəbinizi dilə gətirmək, xeyr demək üçün ehtiyacınız olan yolu açacaq.

2. Mövzuyla əlaqədar hisslərinizi dilə gətirin.
Əgər inadçı biriylə qarşı-qarşıyasınızsa, qarşınızdakının sizin səbəblərinizi görməzlikdən gəlməsi halları yaşana bilər. Bu halda etməli olduğunuz şey səbəblərinizlə birlikdə, yox deməyinizə səbəb olan hisslərinizi də dilə gətirməkdir. Məsələn, "çox məşğulam və hə desəm, özümü günahkar hiss edəcəyəm” kimi cümlələr sizin köməyinizə çata bilər. Hisslərinizi ifadə etməyiniz qarşınızdakının məsələyə sizin tərəfinizdən baxmasını və sizi başa düşməsini təmin edəcək.

3. Özünüzə inanın.
Əgər özünüzə kifayət qədər dəyər vermirsinizsə, vaxtınız da o qədər dəyərli deyil. Ancaq özünüzə olan güvən və hörmət hissi artdıqca, yox demək də asanlaşacaq. Çünki bu halda, vaxtınız və enerjiniz hər hansı bir şeyə hə deyərək, xərcləməyəcəyiniz qədər dəyərli olacaqdır. Özünə inamın yüksək olması, özünüzü başqalarının sizi təkid etmək üçün istifadə etdiyi, günahkarlıq hissi və sair neqativ yollardan qorumağınızı təmin edəcək.

4. Niyə yox dediyinizi yadda saxlayın.
Yox deməyə qərar verdiyinizdə, niyə xeyr dediyinizi düşünün və özünüzə xatırladın. Məsələn, yox dediyiniz halda, sizə qalacaq vaxt və enerjiylə nə edəcəyinizi düşünün, özünüzə və ailənizə ayıra biləcəyinin zamanı fikirləşin. Daha faydalı seçimlərin olduğunu düşünərək, özünüzü bu yöndə motivasiya etmək də xeyr deməyin çətinliyini azaldacaqdır.

5. Motivasiyanızı yüksək tutun. 
Hansı yolu seçirsinizsə seçin, özünüzə necə motivasiya verirsinizsə verin, bəzən yox demək mümkün olmayacaq. Lakin yox deməyi öyrənmək istəyirsinizsə, bu halların sizi ruhdan salmasına icazə verməməlisiniz. Əks təqdirdə, xeyr deməyi bacardığınızda da özünüzə inam və motivasiyanı itirmiş olacaqsınız. Bunun əvəzinə nail olduqlarınıza fokuslanın. Normal hallarda yox deməyəcəyiniz bir şeyə də demiş olsanız, bu artıq nailiyyətdir. Çünki yox demək, şəxsi inkişafınızın göstəricisidir.


Şərhlər: 6
Baxılıb: 375
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
yox demeyi bagariram
6 aprel 2016 00:19
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Men elede cox bacarmiram yox demeyi .Ancaq her bir sexs bunu ede bilmelidir
5 aprel 2016 13:32
# 5
Fialka
Bir dəfə yox deyildisə ikinci dəfə təkrar etmək və ya eşitmək yersiz və mənasız olardı..Sadəcə sözün deyiliş qaydasından və hansı formada deyilməsindən çox şey asılıdır))..
5 aprel 2016 12:17
# 4
Antikvar
"yox"dedimsə yoxdu)Sonrakı dəfə bezdirici olub hər dəfə təkrar -təkrar fikrimdən döndərməyə çalışmamaları üçün sözümün üstündə qalıram)
5 aprel 2016 10:42
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Gulka❀
Cox pis xasiyyetim var. Ne qeder istesemde yox deye bilmirem. Ureyim cox yumsaqdi. İstemesemde he deyirem.
5 aprel 2016 09:23
# 2
BARBI
Insan yox demeyi bacarmalidir. Her zaman olumlu cavab vermek olmaz
5 aprel 2016 09:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz