Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boyun əyriliyindən qurtulmağın yolları
Boyun əyriliyindən qurtulmağın yolları
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 252
Səs ver:
Uşağınızı kürəyi üstə qoyduqda boynu bir tərəfə əyilirsə, mövqeyini dəyişdiyiniz halda bu əyrilik davam edirsə və ən əhəmiyyətlisi, düzəltməyə çalışdıqda düzəlmirsə, deməli problem çox ciddidir. 

Yeni doğulan uşaqlarda bu cür hallarla tez-tez rastlaşdığımız üçün daha dərindən araşdırmağa çalışdıq. 

Boyun əyriliyi (Tortikollis) nədir və necə başa düşülür?
\"Tortikollis\" sözü \"əyriboyun\" mənasını verir və bir çox səbəbə bağlı olaraq, kəskinləşə bilər. Boyun əyriliyi doğuşdan yaranır. Bu doğuş zamanı və ya doğuşdan sonra özünü biruzə verir. Buna adi danışıq dilində doğuşdan yaranan əzələ mənşəli boyun əyriliyi deyilir. Boyunda onurğa sütununun hər iki yanında cütbaşlı əzələ Sternocleidomastoid (SCM) bir tərəfdə gərgin və qısadır. Adətən əzələyə toxunduqda \"zeytun\" deyilən lifli bir şiş ələ gəlir. 
Baş əzələnin gərgin olduğu tərəfdə yana doğru əyilir və üz qarşı tərəfə baxırmış kimi görülür. Boyunu əyriliyin əks tərəfinə qaytarmağa və ya yana əyməyə çalışdıqda hərəkət məhdudiyyəti yaranır. 

Boyun əyriliyinə nə səbəb olur?
Əzələ mənəli doğuşdan gələn boyun əyriliyinin səbəbini ilk dəfə 1893-cü ildə Cheselden araşdırıb. Onun araşdırmasına görə, bu xəstəlik əzələ daxilindəki qansızma ilə yaranan fibroz düyün və uşağın tərs gəldiyi hallarda doğum aktı travması nəticəsində yarana bilər. Xüsusilə bud çıxığı, əyrilik və skeletin doğuşdan gələn deformasiyası genetik köklərlə bağlıdır. Ancaq bu problemi yaradan əsas səbəb hələ də tibb elminə dəqiq məlum deyil. 

Uşaqlarda görülən hər bir boyun əyriliyi əzələ mənşəlidir?
Xeyr. Əvvəla bu xəstəliklə bağlı mütləq tramatoloqa müraciət etmək lazımdır. \"Eh, filankəsdə də belədir\"-deyib üstündən keçməyin. Bu xəstəlik uşaq üçün ciddi təhlükəyə çevrilə bilər. Boyunda bu cür halların baş verməsi qulaq iltihabına, boğazda badamcıq iltihabına, göz probleminə, limfa şişlərinə gətirib çıxarır. Həmçinin ciddi əsəb pozuntuları yaradır. 

Boynu əri körpəsi olan valideyn nə etməlidir?
Mütləq Ortoped Travmatologiya mütəxəssisinə üz tutmalıdır. Doğuşdan dərhal sonra hiss olunsa, 6-cı aya qədər ananın edəcəyi məşqlər tamamilə dayandırılmalıdır. Uşağın yatağı bərk, mütləq əyriliyin əks istiqamətinə başını döndərməsini təmin edəcək şəkildə nizamlanmalıdır. Küncüt və balqabaq yağı D vitamini yağı ilə qarışdırılmalı, 1 ay massaj olunmalıdır. Ana uşağa süd verirsə, bolluca kalsiumla zəngin olan təbii meyvə- tərəvəz yeməlidir. Bütün bunlar nəticə verməsə, 1-4 yaş arasında əməliyyat etdirilməsi lazımdır. Bu problem uşağın 2-3 yaşında üzə çıxıbsa, massaj, üzgü, gimnastik hərəkətlərlə müalicə edilməlidir. Həmçinin qidaya xüsusi diqqət olunmalıdır. 

Müalicə edilməsə nələr ola bilər?
Müalicələr edilməzsə, uşağın üzündə, gözündə simmetriya zamanla pozulacaq. Hətta 7 yaşında əməliyyat olunsa belə yenə də fəsad aradan qalxmayacaq.


Şərhlər: 5
Baxılıb: 252
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
mawa1
ALLAH qorusun..
2 aprel 2016 12:03
# 5
vipbetul
vaxtinda mualige eletdirmek lazimdir
1 aprel 2016 12:29
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Cox ciddi problemdir. Usaqlarda vaxtinda ustnue dusulmezse ciddi fesadlar torede biler
1 aprel 2016 12:13
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Məlumatım var bu barədə yenədə təkrarlamış oldum.
Doğuş zamanı çətinlik çəkirsə boyuna qan sızmaları olduğu zamanlar olur,başa qan sızmaları zamanda uşaq ciddi müalicələr aparılır hətta başa sistem belə qoşurlar ,mütəmadi olaraq uşaq bir neçə yaşına qədər müalicə alsın yoxsa dillərində kəkələmələr olur.
Boyunda əyrilik olub olmadığını altı aya qədər bilmək olur ,uşaqlarımızı hər həkim qəbuluna apardıqda onsuz bu haqqda həkim məlumat verməlidir əyər verməsə biz özümüz soruşub bilməliyik,ən yaxşı üsul masajdı ,çox uşaqlarda masaj olunaraq boyun əyriliyi keçib gedir.Sükür övladlarımda belə problem olmayıb ən çox ayaqlarında tonus olub onuda bir neçə ay masaj edərək sağaldı.Təşəkkürlər faydalı məlumatdı yenicə uşaqlarını dünyaya gətirən analar üçün.
1 aprel 2016 11:14
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
Allah qorusun,InwAllah travmasiz,problemsiz dunyaya getirerem.
1 aprel 2016 11:10
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz