Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sınmış termometr niyə təhlükəlidir?
Sınmış termometr niyə təhlükəlidir?
Göndərən: ulduz
Şərhlər: 10
Baxılıb: 540
Səs ver:
Biz bədən hərarətinin ölçülməsi üçün əksər hallarda civəli termometrdən istifadə edirik. Bu termometrlər çox dəqiq sayılır.

Lakin onların mənfi cəhəti də var - bu termometrlər çox asan sınır. Nəticədə termometrin içərisində olan civə çölə axır. Civə və onun birləşmələri insanın sağlamlığı və həyatı üçün çox ziyanlıdır.

Məhz bu səbəbdən Avropa ölkələrində civəli termometrlərdən çoxdan istifadə olunmur.

Termometrdən tökülmüş civə dərhal buxarlanmağa başlayır. Bu buxar isə insan orqanizmi üçün çox təhlükəlidir. İlk növbədə civə neyritoksik xüsusiyyətlərə malikdir. Bu o deməkdir ki, civə sinir hüceyrələrini dağıdır. Həmçinin civə ağciyərləri, ürəyi, həzm sistemini zədələyir.

Civədən kəskin zəhərlənmə zamanı insanda intoksikasiya əlamətləri meydana çıxır: zəiflik, iştahasızlıq, baş ağrısı. Həmçinin bu kimi simptomlar da inkişaf edir:

- udma zamanı ağrı

- ağızda metal dadı

- ağız suyunun axması

- damaqların şişməsi və qanaması

- ürəkbulanması və qusma

- güclü qarın ağrıları

- ishal (bəzən qanlı ishal).

Ağır hallarda bir neçə gündən sonra insan həlak ola bilər.

Lakin mütəxəssislər vurğulayır ki, belə simptomlar yalnız civənin çoxlu miqdarda orqanizmə daxil olunması zamanı mümkündür.

Civəli termometrin içərisində 2 ml civə var. Bu miqdar insan üçün təhlükəli deyil və kəskin zəhərlənməyə səbəb ola bilməz. Lakin nəzərə almaq lazımdır ki, civə orqanizmdə yığılmaq xüsusiyyətinə malikdir. Bu səbəbdən termometrin sınmasına etinasız yanaşmaq olmaz (xüsusilə evdə kişik yaşlı uşaqlar olduqda).

Dağılmış civəni müəyyən qaydada yığmaq (skotç istifadə olunur), otağın pəncərəsini açmaq, istilik sistemlərini (kondisioner, soba və s.) söndürmək lazımdır (isti otaqda civə daha tez buxarlanır). Ən əsası isə Fövqəladə Hallar nazirliyinin 112 xidmətinə zəng edib civənin dağılması barədə xəbər vermək lazımdır.


Şərhlər: 10
Baxılıb: 540
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cive tehlukeli olduquna gore
31 mart 2016 23:05
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
VIP
Ziyanlı oldugun bilirdim
31 mart 2016 16:23
# 9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Fialka
Bu cür termometrlərin istifadəsi qeyd edilən nüanslara görə təhlükəldir xüsusilədə uşqalı evlərdə..Ən yaxşısı elektron termometrlərdir hansı ki, yarana biləcək bədbəxt hadisələrin qarşısını almaq olur..
Faydalı xəbərdir təşəkkür.
31 mart 2016 15:07
# 8
ulduz
Oğlum olandan dörduncu termometrdir men aliram o qirilir
31 mart 2016 15:04
# 7
Asya
Biz de bu termometrden istifade edirik hemiwe.cox Wukur termometr sinmayib helem.mamam mene hemiwe deyirdi ehtiyatli ol,termometr sinanda icindeki cive ziyanlidi.ama bu qeder ziyanligini bilmirdim.duzdu en esas uwaqlardan qorumaq lazimdi.maraqlixeberdi Tewekkurler.
31 mart 2016 14:05
# 6
Marta
En qorxdugum hadisedir termometrin sinmagi.. bu gune kimi sinmayib cunki ehtiyatla istifade edib tez qabina yerlesdirmisem.
31 mart 2016 12:22
# 5
Немного терпения, и у тебя все получится..
krisa
Bir defe menim elinden düsüb sinmisdi,üc ilin gelini idim.Birinci dondum qaldim yerimde ,men ne edim.Cünki usaqliqdan bilirdim ki,termometrin sinmagi tehlükeludir.Sonra süpürge ile yavas -yavas xekendaza yigdim,aparib atdim.Daha axsamacan,yoldasim gelenecen birteher oldum.Qurbanolum Allaha,sükür hecne olmadi.Amma heqiqeten usaqli evlerde elektronlu termometrler yaxsidir .
31 mart 2016 12:03
# 4
Barbaris
menen bir defe sindi ucu cox qorxdum ama hecne olmadi
31 mart 2016 11:48
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Elektronni termometrdən istifadə edirəm,evdə az yaşlı övladlarımın olduğuna görə bu termometrlərin hamısını atmışam,qorxuludur.Çoxdandı bir Rus qonşumuzun bir yaşlı uşağı bu hadisə ilə qarşılaşdılar,uşağın nənəsi, uşağ ağlamasın sakit qalsın deyə termometri verib bir yaşlı uşağın əlinə ,uşağda termometiri öz dişləri ilə sındırıb üstünə dağıtmışdı,valdeynləri birdə gəlib görür uşağın ağzı qanlıdı yaxşıdı ki,uşaq heçnə udmamışdı şüşəni sındırmaqdan ağzı qanlamışdı ,civəsi yüzdə yüz dağılıb, evin pəncərələrini sırazı açdılar havalandırdılar ,qəribəsi odu uşağda heç pis bir problem olmadı(Allah valdeynlərinin üzünə baxıb)Nə qusmağ,nədə başqa bir əlamətlər yaşanmadı uşaqda.Ehtiyatlı olmaq lazımdı ən yaxşısı elektronni termometrdi.
31 mart 2016 11:18
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Sinmis termometrde cive esl zeherdir. Cox tehlukelidir. Hetta insani oldure biler
31 mart 2016 11:18
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz