Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Küləkdə göz yaşarması normal haldır?
Küləkdə göz yaşarması normal haldır?
Göndərən: Fialka
Şərhlər: 5
Baxılıb: 199
Səs ver:
Daim dəyişən hava şərtləri bədənin müqavimətini zəiflətməklə yanaşı, görmə qabiliyyətinə də pis təsir edir. Göz xəstəlikləri mütəxəssisi professor Banu Coşarın sözlərinə görə, soyuq və quru havalar gözlərdə qaşınma, yaşarma, qızartıya səbəb olur. Bu da mikrobların yaranması ilə nəticələnir. İş yerləri, məktəb, kinoteatr, alış-veriş mərkəzləri, ictimai nəqliyyat kimi qapalı və izdiham olan məkanlarda gözdə infeksiya riski artır.  Xüsusilə, öskürərkən mütləq dəsmaldan istifadə etməli, əlləri tez-tez yumalı, otaqların havasını dəyişdirməli, kondensionerlərin filtrlərini təmizləməli, müqaviməti aşağı olan insanlar qidalanma rejiminə fikir verməlidir.
 Banu Coşarın göz problemlərinin səbəbi barədə fikirlərini və onlardan qorunmaq məqsədilə məsləhətlərini təqdim edirik
 
- Gözdə qızartı nəyin əlamətidir?
- Gözün qızarması gözə mikrob düşməsinin əlamətidir. Bu zaman gözlərdə batma, işığa həssaslıq kimi əlamətlər nəzərə çarpır.
 
- Hava çirkliliyindən necə qorunmalı?
- Xüsusilə yanvar-fevral aylarında artan hava çirklənməsi göz sağlamlığına mənfi təsir göstərir. Havadakı kimyəvi maddələr göz yaşında əriyir və göz səthinin qurumasına yol açır. Ona görə də qış aylarında göz yanmasına tez-tez rast gəlinir.
 
- Küləkdə göz yaşarması normal haldır?
- Qış aylarında ən çox rast gəlinən göz şikayəti soyuq və küləyin yol açdığı göz yaşarmasıdır. Təzadlı görünsə də, gözdən yaş axmasının səbəbi də göz quruluğudur. Külək göz səthini qurudur. Nəticədə göz yaşı vəziləri daha çox göz yaşı istehsal edərək reaksiya verir. Buna refleks yaşarma deyilir. Həmin refleks gözün normal bir müdafiə mexanizmidir.
 
- Qışda eynəkdən istifadə etmək lazımdır?
- Qış idman növləri ilə məşğul olanda eynəkdən istifadə mütləqdir. Xizəkdə sürüşən zaman qoruyucu eynəkdən istifadə etməmək  qar korluğuna səbəb olur. Qar korluğunun əsas səbəbi günəşin ultrabənövşəyi şüalarıdır. Həmin şüalar yüksək enerjiyə sahibdir. O, gözün şəffaf təbəqəsinin səthindəki hüceyrələri məhv edir. Nəticədə gözdə şiddətli ağrı, işığa qarşı həssaslıq və görmə bulanıqlığı meydana gəlir. Qar korluğu müvəqqəti haldır, müalicə ilə 24-48 saatda yaxşılaşır. Hava çirklənməsinin göz səthində yaratdığı mənfi təsirlərinə qarşı süni göz yaşı damcıları istifadə edilməlidir. Həmçinin xizək sürərkən qəzalarda göz və göz ətrafını qorumaq üçün  xizək eynəyindən istifadə mütləqdir.
Göz xəstəlikləri mütəxəssisi qış mövsümündə göz sağlamlığını qorumaq üçün 5 məsləhət verib:
 
Gözləri qorumağın 5 qaydası
 
1. Küləkdən qorunun: Küləkli havalarda geniş çərçivəli eynəklər istifadə edərək gözlərinizi tozdan qoruyun.
 
2. Çoxlu su için: Bədənimizin 60 faizini təşkil edən su, göz sağlamlığı üçün də çox əhəmiyyətlidir. Kifayət qədər su içmədikdə göz yaşı istehsalı azalır. Ona gprə də, gözün nəmli olması üçün bədənin su ehtiyacı yetərli səviyyədə olmalıdır.
 
3. Qapalı mühitlərdə otağın nəmini nizamlayın: Qışda otaqlar qızdırıcı sistemlə qızdırılır. Bu da havadakı rütubətin azalmasına, bunun nəticəsində də göz quruluğuna səbəb olur.
 
4. Günəş və ya xizək eynəyi istifadə edin: Xüsusilə, qarlı havalarda ehtiyatlı olun. Çünki ağ qar günəş şüalarını əks etdirdiyi üçün gözə pis təsir edir. Günəş eynəyi həm külək, həm də toza qarşı mexaniki maneədir. Həmçinin göz ətrafındakı nazik dəri toxumalarını da qoruyur. Ancaq eynəyin mütləq keyfiyyətli olmasına diqqət edin.
5. Gözlərə istirahət verin. Kompüterdən istifadə edərkən gözü normadan daha az qırpırıq. Belə ki, dəqiqədə 10-15 qırpma sayı, kompüter qarşısında 5-6-ya düşür. Bu da göz səthinin buxarlanmasını artırır. Bunu kondensioner və quru hava müşayiət etdikdə gözdə quruluq problemi artır. Saatda 3 dəfə ekrandan uzaqlaşaraq  20 saniyə uzaq bir nöqtəyə  baxın.


Şərhlər: 5
Baxılıb: 199
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tatyana
Goz yasarma mendede var,sadece yasarma deyil colde gezerken gozumden yash axir,suzulur sanki aglayiram,hekime getmisem deyir sap saglamdi gozun
14 iyul 2016 11:19
# 5
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Totu
Maraqli xeberdir tesekkurler
14 iyul 2016 10:40
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Mende yayda da qisda da bu problem var. gozlerim yasarir. Daim eynekden istifade edirem
22 iyun 2016 12:01
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
gozde allergiya olduqda goz xesdelikleri olduqda o cur gozlerden yas gir kulekli havalarda o cur insanlar havaya cixmamali yadaki achqi taxmalidirlar
22 iyun 2016 11:09
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Yoldaşımda küləkli, qış aylarında yaranan problemlərdən biri, mənədə hər zaman maraqlı olmuşdu bu barədə ətraflı bilməyim yaxşı oldu, həyətə düşsün bir saniyə qalsın gözlərinin yaşları axacaq) İlk evləndiyimiz vaxtlar birlikdə gəzdiyimizdə gözlərinin yaşardığını görmüşdüm soyuq marozlu havaydı) Görüb ağladığını sanmışdım)) Məndə özümü bildirmirəm guyada)) öz aləmimdə deyirəm ola bilsin nəysəyə pis olub üzünə baxmadan danışıram ki, ağladığı fikirlərdən yayındırım))) Sən demə kişinin gözləri maroza görə yaşarıbmış, hələ bir səhəri sualda verirəm dünən nəyi fikirləşib ağlayırdın)))) Yazıq kişi qalıb baxır sifətimə görəsən bu qız nədən danışır)) Sonda havaya qarşı gözlərinin yaşardığını deyib üstünə bir qəşəngdə güldü, məndə hədər yerə boğazımı qurudub özüm üçün danışmışam oğlanın dərdi havayla gözlərinin təması uyğun gəlmədiyindənmiş)) Mətni oxuduqca bir an yadıma düşdü o anlar)
Məndə göz yaşarma olmur amma göz qızarmaları olur, indidə gözlərimin içi qırmızıdı allergiyam olduğuna görə. Məlumat üçün təşəklürlər.
22 iyun 2016 10:46
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz