Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Komplekslərdən azad olmağın yolları
Komplekslərdən azad olmağın yolları
Göndərən: Qlamurr
Şərhlər: 8
Baxılıb: 370
Səs ver:
Komplekslər bizim öz beynimizin məhsuludur. Başqa sözlə desək, komplekslərimiz təməli uşaq yaşlarında qoyulur daha sonrakı yaşlarda inkişaf edir. Bəs komplekslərin əsas yaranma səbəbləri nələrdir? Bu səbəblər komplekslərə görə dəyişir. Bəzi insanlar uşaq vaxtlarında ailədə yaşadıqları hadisələrdən, məktəbdə müəllim və ya ətrafındakı insanlar tərəfindən psixoloji travmalara məruz qalırlar. Ailə daxili münaqişələr, zorakılıq, təhqir və.s kimi hadisələr özünə güvənsizlik, inamsızlıq və.s bu kimi komplekslərin yaranmasına gətirib çıxarır. Çünki bu hal heç cürə sizin həyatınızda müsbət bir şəkildə özünü göstərməyəcək. Uşaq yaşlarından həyatımızda dərin izlər buraxan hadisələr daha sonra öz təsirini gələcək həyatımızda biruzə verir. Çünki,insan həyatı boyu yaşadığı hadisələri unutmur, tam əksinə onlar daima yaddaşımızın bir kənarında özünə yer edir. Bu cəhətdən qeyd olunmalıdır ki, kompleksdən azad olmaq insana keçmişini unudaraq müvəffəq olmur. Yalnız özünü olduğu kimi qəbul etmək bizi komplekslərimizdən azad edə bilər. 
Bəs komplekslərdən necə azad olmaq mümkündür?
•Əgər kompleksləriniz həyatınızın gedişinə mənfi təsir göstərirsə, o zaman bu kompleksdən azad olmağa çalışın. Bunun üçün , ilk öncə özünüzdə kompleksdən yaxa qurtarmaq üçün lazım olan enerjini tapın. Çünki, komplekslər illərlə yarandığı üçün onunla mübarizə də müəyyən qədər vaxt ala bilər. Məhz bu səbəbdən təmkinli olmaq əsas şərt hesab olunmalıdır.
•Sizin özünüzə inamınızla bağlı komleksiniz varsa çalışın bu inamsızlığı ilk öncə özünüzü sevmək, özünüzə güvənməklə aradan qaldırın. Atacağınız hər bir cəsarətli addımda qazanacağınız uğur sizi daha da ruhlandıracaq.
•Bəzi nəzəri yanaşmalara görə komplekslər şüurdan sıxışdırılmış meyllərlə birbaşa bağlıdır. Məhz bu səbəbdən onların aradan qaldırılması bu meyilllərin şüura gətirilərək dərki nəticəsində mümkün ola bilər. Başqa sözlə biz kompleksin yarandığı keçmişə qayıdaraq o zaman keçirdiyimiz hissləri dərk etməklə komplekslərimizdə azad ola bilərik.
•Hər hansı bədən üzvü ilə assosiasiya olunan komplekslər birbaşa inamsızlıqdan qaynaqlanır. Bu zaman özünəinamsızlıq səbəbindən şəxslərdə öz xarici görünüşündən narazılıq müşahidə olunur. Bu cür komplekslərdən əziyyət çəkənlər yalnız özünü olduğu kimi qəbul etməklə bu problemdən yaxa qurtara bilər. Sonda qeyd etmək lazımdır ki, əgər daxilimizdə baş verənlər həyatımızı istədiyimiz şəkildə yaşamağımıza mane olursa bu zaman bu problemdən mümkün qədər tez yaxa qurtarmalıyıq. Çünki, həyatımızın hər anı yaşamaq üçün bizə verilən şansdır.


Şərhlər: 8
Baxılıb: 370
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
kompleksim var ondan geleceyden yaxa qurtarmaq isteyirem
18 mart 2016 17:21
# 8
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Fialka
Orta məktəbdə bir kompleksim vardı boyla bağlı aşağı siniflərdə hamı kiçik mən hündür idim sonra hamı hündür oldu mən kiçik qaldım)) beləcə kompleksim yox oldu başqada heçnəyi özümə kompleks etmirəm əksinə çoxlarının kompleks kimi gördüyünü sərbəst şəkildə tətbiq edə bilərəm o dərəcə).
18 mart 2016 15:08
# 7
vipbetul
kompleksli insan deyilem heyatimi komplekslere gorede zeher eden deyilem her saniyenin bir hokmu var neyese gore heyatimdan imtina etmerem
18 mart 2016 14:59
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
narmiwka_15
menim kompleksim var
18 mart 2016 14:35
# 5
Be Happy))
S.Heydarova
Komleksim yoxdur
18 mart 2016 13:48
# 4
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
ɢüмüş
Kecmisim atasiz kecib.indi de sevmediyim biri ile evliyem. Heyatda mene hecne maraqli deyil. Ozume nifret edirem. Komplekslerim coxdur. Eh neyse
18 mart 2016 13:01
# 3
Black_Star
^^Komþleks edeceyim böyük bi þroblemim yohdu 01 Şükür melek
18 mart 2016 12:05
# 2
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
BARBI
Kompleksli insandeyilem. Her zaman ozumle barisiq olmusam
18 mart 2016 11:48
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz