Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kosmetik məhsulların xarab olduğunu necə anlamaq olar?
Kosmetik məhsulların xarab olduğunu necə anlamaq olar?
Göndərən: ALESSANDRA
Şərhlər: 5
Baxılıb: 387
Səs ver:
Hər məhsulun olduğu kimi, kosmetik vasitələrin də son istifadə tarixi önəmlidir. Ancaq statistikaya əsasən, 4 qadından yalnız 1-i makiyaj məhsullarının son istifadə tarixinə diqqət edir.
 
Araşdırmalara əsasən, qadınların ən uzun müddət istifadə etdiyi kosmetik məhsul göz kölgəsidir. Göz kölgələrinin ömrü 1 il olsa da, bəzən qadınlar ondan 6 il istifadə edirlər.
 
2 il ömrü olan dodaq boyasını 4 il, 1 illik istifadə müddəti olan tonal kremi 3 il istifadə etmək sağlamlığı təhlükəyə atır. Vaxtı keçmiş kosmetik məhsullarda olan bakteriya və toksitlər dəriyə və ümumiyyətlə, səhhətə mənfi təsir edir.
 
Qablaşdırmanı açdıqdan sonra…
Mütəxəssislər bildirir ki, kosmetik məhsulların son istifadə tarixinə baxmaqla yanaşı, qablaşdırmanın üzərində yazılan "PAO” (Period After Opening – yəni, açıldıqdan sonrakı istifadə müddəti) işarəsinə diqqət edin. Qablaşdırma işarəsinin içində rəqəm və "M” hərfi yazılır. Məsələn, işarənin üzərində "3M” yazılıbsa, bu, məhsulun qapağının açıldıqdan sonra 3 ay içində istifadə edilməli olduğunu göstərir.
 
Təmizlik…
Dərinin iltihablanmaması və infeksiyalara yoluxmaması üçün istifadə edilən makiyaj və süngərləri vaxtı-vaxtında təmizləmək lazımdır.
 
*Fırçaları 2 həftədən bir yuyun. Süngərləri isə hər istifadədən sonra mütləq yumalısınız.
*İstifadə etdiyiniz kosmetik məhsulların qapaqlarını yaxşıca bərkidin.
* Fırçaları nəmli yerlərdə saxlamayın.
*Kosmetik məhsulların həddən artıq istiyə məruz qalmamasına diqqət edin. Onları hamam kimi nəm səviyyəsi yüksək olan yerlərdə saxlamayın.
 
*Göz qələmlərini tez-tez qələmyonanla yonun. Beləliklə, qələmi bakteriyalardan təmizləmiş olarsınız.
 
*Makiyajdan öncə mütləq əllərinizi yuyun.
 
*Kosmetik məhsulları başqaları ilə bölüşməyin.
 
*İstifadə etdiyiniz məhsulların rəngində və ya qoxusunda dəyişiklik varsa, onu dərhal atın.
 
Bəzi kosmetik məhsulların ömrü:
 
Dırnaq boyası: 36 ay
Göz kölgəsi: 12 ay
Dodaq boyası: 24 ay
Tuş: 6 ay
Tonal krem: 12 ay
Ənlik: 18 ay
Layner: 6 ay
Göz qələmi: 24 ay
Korrektor: 8 ay
Pudra: 24 ay
Dodaq qələmi: 12 ay
 
Kosmetik məhsulların xarab olduğunu necə anlamalı?
 
Tonal krem: üzdə yığılır, dəriyə hopmur. Rəngində və qoxusunda dəyişiklik hiss edilir.
Tuş: quruyur, çətin çəkilir.
Dodaq boyası: rəngi və qoxusu dəyişir, yumşalır və daha yağlı hala gəlir.
Dırnaq boyası: bərkiyir, rəngi dibə çökür, parlaqlığını itirir.


Şərhlər: 5
Baxılıb: 387
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Teşekkur.........
24 may 2016 15:39
# 5
Her şeye gore şukur
vipbetul
bildiyim dirnaq boyasidirki bu qeder ili o qalmirtez quruyur
24 may 2016 00:05
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Sitat: qanadli melek
Vaxti qurtarana kimi ozu qurtarir atiram))

mendee))
23 may 2016 22:10
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
qanadli melek
Vaxti qurtarana kimi ozu qurtarir atiram))
23 may 2016 19:43
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Mende bilirem bitme muddetlerini.mutleq bele mehsullari atiram.
23 may 2016 18:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz