Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni alınan paltarı geyinmədən öncə niyə yumaq lazımdır?
Yeni alınan paltarı geyinmədən öncə niyə yumaq lazımdır?
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 266
Səs ver:
Dünyanın müxtəlif ölkələrində aparılan statistikalar göstərir ki, insanların 90 faizi yeni aldıqları paltarları yumadan geyinir. Halbuki bu, sağlamlıq üçün olduqca təhlükəlidir. Çünki mağazadakı geyimlər zərərli kimyəvi maddələrlə və mikroorqanizmlərlə dolu olur.
 
Nyu-York Universitetinin professoru Filip Tierno yeni alınan geyimləri birbaşa geyinməyin təhlükəli dəri xəstəliklərinə səbəb ola biləcəyini sübuta yetirib.
 
O bildirib ki, müxtəlif geyim mağazalarından aldığı şalvar, kofta, pencək və alt paltarları kimi geyimləri laboratoriyada bir sıra testlərdən keçirib və onlarda bakteriya, göbələk, dəri qalıntısına rast gəlib. Professor xüsusilə, alt paltarları, çimərlik geyimləri və dəsmalları yumadan istifadə etməyin çox təhlükəli olduğunu vurğulayıb.
 
Həkimin sözlərinə görə, bir çox insanın geyinib yoxladığı paltarlar mikrob yuvasıdır. Belə geyimlər üzündən aşağıdakı problemlərlə üzləşə bilərsiniz:
*İshal
*Salmonella bakteriyası
*Noro virusu
*Göbələk infeksiyaları
*Beta mikrobu
*Bit və birə
 
Yeni geyimlərdəki digər təhlükə də kimyəvi maddələrdir. Bu cür maddələrin təhlükəlilik səviyyyəsi geyimin istehsal edildiyi ölkədən asılı olaraq, dəyişir. İnkişaf etməmiş ölkələrdə istehsal edilən geyimlərdə daha təhlükəli kimyəvi maddələrdən istifadə edilir.
 
Məsələn, geniş şəkildə istifadə edilən "azo‐anilin” boyası dəriyə zərər verir. Həssas dəri bu maddənin olduğu geyimlə təmas etdikdə boyun, bilək, qoltuq altı kimi nahiyələrdə qızartı və qaşıntı müşahidə edilə bilər. Hətta bu vəziyyət tez-tez təkrarlandıqda eqzemaya yaxalanmaq riski artır.
 
"Triklosan” adlı kimyəvi maddə də olduqca təhlükəlidir. Onun xərçəngə səbəb olduğu deyilir.
 
Sağlamlıq üçün heç bir zərəri olmadığı düşünülən pambıqdan hazırlanmış geyimlər isə gizli təhlükədir. Çünki dünyada ən çox həşərat dərmanlarına məruz qalan bitki pambıqdır. Pambıqdan parça əldə edilərkən ağartma, boyama zamanı istifadə olunan kimyəvi maddələr paltarlar bir neçə dəfə yuyulduqdan sonra belə getmir. Ona görə də, pambıq geyimləri belə keyfiyyətinə inandığınız brendlərdən əldə etməyiniz məsləhətdir.


Şərhlər: 6
Baxılıb: 266
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 may 2016 15:01
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
en azindan ona gore yuyulmalidirki kimse aldiqda eynine geyinib baxir yaxuddaki toz olur vitrinde qalib
12 may 2016 11:29
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Mən də yuyuram alanda bir dəfə geyinirəm sonra yenə yuyuram
12 may 2016 10:05
# 4
BARBI
Mende her geyim aldigimda onu yuyuram. Magazada aylarca qalir, yuz insan eli deyir. Esl infeksiya menbeyidir. Mutleq yuyulmalidir
12 may 2016 08:22
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Bu adet mende lap uwaqliqdan var aldigim her ne olursa olsun mutleq yumaliyam
Yumasam hetta bir corabi bele geyine bilmerem
12 may 2016 08:20
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
14MsM
Men ele biz ailelikce aldigimiz geym ne olursa olsun mutleq birinci yuyulur tebii ki sonra utlenir sonra geynilir ..
12 may 2016 05:54
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz