Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Beynimizi gücləndirəcək
Beynimizi gücləndirəcək
Göndərən: Angela7
Şərhlər: 7
Baxılıb: 353
Səs ver:
Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş
Bəzən olur ki, hansısa vacib qərar qəbul etməli oluruq, lakin ağlımıza heç nə gəlmir. Saatlarla yerimizdə oturub qala, bu problemə bir həll yolu fikirləşib tapmaya bilərik. Təşvişə düşməyə gərək yoxdur. Hər şeyi nəzarət altına götürmək öz əlinizdədir.

Robert Susa İnventHelp adlı panent bürosunun direktorudur. Kompaniyanın əsas məqsədi işə yeni başlayan tədqiqatçı, kəşfiyyatçı, rəssam və digər peşələrdən olanlara lazımlı köməkləri etməkdir. Bunun üçün də, Robert beyni inkişaf etdirmək mövzusunda xeyli düşünüb, axı beynimizin nə qədər çox şeyə qadir olduğu bir çoxumuza məlumdur. Susa bəzi üsullardan istifadə etməklə ilhamı artırmağın mümkün olduğuna inanır.

1. Daha Çox Gəzin
Bütün fiziki məşğələlərin öz müsbət tərəfləri var. Lakin ən yaxşı tərəfdən bizə məlum olanları, uzun qaçışlar və velosiped sürməkdir. Məsələ bundadır ki, bu fəaliyyətlər zamanı beyində neyroplastik adlanın xüsusiyyət işə düşür ki, bu da bir çox itirilmiş fiziki qabiliyyətlərinizin bərpasına kömək edir. Bu fəaliyyətlər yaddaşın gücləndirilməsi, beyində hər hansı bir zədədən sonra bərpanın getməsi və s. kimi çox vacib faydalarla məşhurdurlar. Mütəmadi fiziki işlər sizin şüurunuzu və yaddaşınızı gücləndirəcək, beyninizi sakitləşdirməyə və yeni ideyalar üçün əlverişli şərait yaratmağa kömək edəcəkdir. Mütləq sınayın
 
2. Özünüzə Məşğuliyyət Tapın
Beynimiz daima axtarışdadır. O, müxtəlif yaradıcı həllər tapmağa çalışaraq, əsas funksiyasını yerinə yetirmək üçün yollar axtarır. Bu işdə beyninizə kömək etmək üçün müxtəlif yeni kəşflərə açıq olun. Xarici dil öyrənmək, rəqsə getmək və ya gitara dərsləri almaq buna misal ola bilər. Həftədə ən azı bir neçə saatınızı yaradıcı və sizdən yeni qabiliyyətlər tələb edən fəaliyyətlərə həsr edin. Sizin yeni hobbi əldə etdiyiniz gün, beyniniz üçün əsl bayrama çevriləcək.

3. Beyniniz üçün qidalanın
Beyninizə də bədəninizdə olduğu kimi müxtəlif faydalı qidalar lazımdır. Bu xüsusilə Omega-3 ilə zəngin olan məhsullar olmalıdır. Bu məhsullar sizin yaddaşınızı möhkəmləndirməyə və beyin funksiyalarınızın daha yaxşı işləməsinə xidmət edir. Omega-3 tərkibli vitaminləri istənilən əczaxanadan əldə edə bilərsiniz. Bundan əlavə yumurta, balıq, göyərtilər, quru meyvələr və ləbləbi sizə  bu işdə kömək edə bilər. Bu məhsullar siz sevimli işinizlə məşğul olarkən, beyninizin daha yaxşı və məhsuldar olmasına səbəb olacaqdır
 
4. Zehni istirahət üçün zaman ayırın
Mütləq müxtəlif meditasiya texnikaları öyrənin. Meditasiya və yoqa sizə gün ərzində beyninizə bir neçə dəqiqəlik də olsa fasilə verməyə kömək edəcək. Unudulmaz Stiv Cobs da uzun illər meditasiya ilə məşğul olub. O deyirdi ki, bu məşğələlər sayəsində sakitləşməyi, intuasiyasını gücləndirməyi, baxışlarını müəyyənləşdirməyi, özünü indiki zamanda və olduğu yerdə hiss etməyi öyrənib.


Şərhlər: 7
Baxılıb: 353
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
HAPPY_EYES
su da lazimdir
10 mart 2016 09:02
# 7
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
vipbetul
beyin inkisafi ucun lazimli melumatdir
9 mart 2016 23:41
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Gəzib dincəlirəm vaxt olduqca.
9 mart 2016 12:15
# 5
Azəri_Ledi
Faydalı məsləhətlərdir təşəkkürlər ♡♥♡
9 mart 2016 12:14
# 4
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
BARBI
Beyni istirahet etdirmek lazimdir. Her zaman mutleq bir iki saat beynimi dinceldirem.
9 mart 2016 12:06
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ɢüмüş
Yumurta yox qalan ne yazilibsa yeyirem . her gun 2-3 saat aciq havada gezirem.mesguliyyetim var.her gun nese tapiram ozume mesgul olmaq ucun.
9 mart 2016 11:31
# 2
Fi-Ra
Məlumatları bilmirdim öyrənmiş oldum təşəkkürlər
9 mart 2016 11:27
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz