Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orqanizmdə D vitamini çatışmayanda nə baş verir?
Orqanizmdə D vitamini çatışmayanda nə baş verir?
Göndərən: adsiz-a
Şərhlər: 5
Baxılıb: 594
Səs ver:
D vitamini immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur. Bədəndəki bütün hüceyrələr üçün faydalı olan D vitaminini qəbul etməyin ən asan yolu günəş altında dayanmaqdır. Türkiyəli travmatoloq Yavuz Yalçın D vitamini çatışmazlığı zamanı gərəkli olan tədbirlər haqqında məlumat verib.
Həkim bildirir ki, sümük və əzələlərin sağlamlığı üçün lazım olan D vitamini immunitet sistemini də gücləndirir. Bunlarla yanaşı, hipertoniya, ürək xəstəlikləri və bəzi xərçəng xəstəliklərindən müdafiə edir.

O, hamiləlik dövründə ana namizədi ilə birlikdə körpənin də sağlamlığı üçün D vitaminin vacib olduğunu vurğulayıb:

"Hamilə qadınlarda D vitamini az olarsa, sümük əriməsi müşahidə olunur. Hamiləlik zamanı D vitamini çatışmazlığı kalsiumun azalmasına da səbəb olur. Dolayısı ilə yetərsiz çəki amili, halsızlıq, yorğunluq, əzələ və sümük ağrıları kimi şikayətlərin yaranmasına yol açır. Bu hallarda həkimlər hamilə qadınlara D vitamini qəbul etməyi tövsiyə edir. D vitamini qəbulunu süd dövrünün 6-ci ayına qədər davam etdirmək vacibdir. Həkimin sözlərinə görə, D vitamininin səviyyəsi aşağı olan hamilə qadınlarda doğuş çox vaxt qeysəriyyə yolu ilə həyata keçir.

Ana bətnindəki körpə kalsium ehtiyacını anadan alır. D vitamini çatışmazlığı zamanı körpə zəif doğulur. Bunlarla bərabər, uşağın əzələlərində zəiflik, gec diş çıxarma halları müşahidə olunur. Hamiləlikdə D vitamini çatışmazlığının yeni doğulan körpə üzərindəki təsirləri hətta qalıcı ola bilər. Bu təsirlər doğumdan sonra veriləcək D vitamini dəstəyilə tam olaraq sağalmaya bilər. Bu, uşağın immunitet sisteminin zəif olmasına gətirib çıxarır.

D vitaminini günəş vasitəsilə qəbul etmək həm asan, həm də ucuz başa gəlir. Günəşli bir gündə ən az 15-20 dəqiqə qədər gəzmək belə gündəlik D vitamini çatışmazlığını aradan qaldırmaq üçün kifayətdir. Lazımi günəş işığı miqdarı insanın yaşı, dəri rəngi və ya qaralma müddətinə görə dəyişir. Dəri rəngi tünd olan insanlar yetərli qədər D vitamini qəbul etmək üçün, xüsusən qış aylarında uzun müddət gün işığında gəzməlidir.

Günəşin az olduğu qış aylarında D vitamini çatışmazlığı yaşamamaq üçün qidalanma rejiminə diqqət göstərilməlidir. Yağ baxımından zəngin olan alabalıq, sardana, skumbriya və ton balığı istehlak edilməli, habelə süd, süd məhsulları və yumurtanın da qidalanma rejiminə əlavə olunması lazımdır. Bitkilərdən cəfəri, gicitkən və yoncada D vitamini bol olur.

Unutmayın ki, D vitamini ehtiyacının 20 faizini qidalar ödəyir. Qış aylarında mümkün qədər günəş vannası qəbul etmək, yetərsiz olduğu hallarda həkim nəzarəti ilə qəbul etmək lazımdır.


Şərhlər: 5
Baxılıb: 594
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fi-Ra
Bizdə uşaq qışda doğulduğuna görə günəşə çox az çıxarərdıq ona gğrə də d vitamini verirəm
5 mart 2016 16:59
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Ekizlerin mamasi
Hamilə vaxtıda yetərincə qəbul etmişəm. Sonradan usaqlarada 1 yadına qədər qidalardan əlavə hər gün d vitamini vermisem.sukur dişlər sümük ümumilikdə hər şey qaydasindadi
5 mart 2016 12:37
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
BARBI
D vitamini catismazligi cox boyuk fesadlara yol acir. Ona gore hamilelikde qida rasionumuza diqqet yetirmeliyik
5 mart 2016 11:26
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
insan orqanizmasinda butun vitaminleri qebul etmek vagibdir
5 mart 2016 11:21
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
D vitaminini esasen kalsium ile birge qəbul edirlər. çünki kalsium D vitamininin sorulmasinda esas rola malikdir
en cox da xəbərde de qeyd edildiyi kimi, günəş şüaları D vitamininin esaa menbeyidir.
5 mart 2016 09:19
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz