Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çəkmələrinizdən qoxu gəlməsin
Çəkmələrinizdən qoxu gəlməsin
Göndərən: ulduz
Şərhlər: 8
Baxılıb: 390
Səs ver:
Qaşındıran və tüklü xəz və paltolar, iyi gələn uzunboğaz çəkmələr, ilməsi qaçan corablar, qalın kofta və ətəklər... Bunlar hamısı qışda istifadə etdiyimiz geyimlərdir. Qış qarderobunu səliqəli və təmiz saxlamaq bu geyimlər üçün çox vacibdir.

Corablarınızdakı qaçan ilmə çox böyüməsin deyə süzülən hissəyə saç lakı vura bilərsiniz.

Qalın corab və lasinlərinizi istifadə etməzdən əvvəl yuyun, yaxşıca sıxın və sellofanın içərisinə qoyaraq soyuducunun buzxanasında bir gecə saxlayın. Buzxanada onun lifləri güclənəcək və daha uzunömürlü olacaq.

Koftanızın tüklü hissəsini daban daşı ilə təmizləyin. Elə edin ki, koftaya dəyməsin. Yavaş-yavaş sürtərək toplanmış hissəcikləri bir yerə toplayın.

Paltarlarınızda qalan saç telləri və kofta tüklərini makiyaj fırçası ilə təmizləyin.

Bədəninizi qaşındıran koftalarınızı bir neçə qaşıq sirkə qatılan soyuq suda 15 dəqiqə saxlayın. Sonra isə yumşaq formada saç kremi ilə üzərinə əl gəzdirin və yarım saat bu cür saxladıqdan sonra durulayın.

Geyiminizin corabınıza yapışmasını istəmirsinizsə, elektriklənmənin qarşısını almaq üçün içərisinə sancaq taxın

Çiyinlərində asqı izi qalmasın deyə koftalarınızı şəklildə göstərilən formada asın və ya qatlayın.

Dəri şalvarınız qırışmasın deyə onu asın. Asqı izinin qalmaması üçün isə asılqanın arasına kağız və ya salfet qoyun.

Geyimlərinizdə rəngi solan və təravətini itirən zamj hissəni diş fırçası ilə yenidən canlandırın.

Çəkmələrinizdən iyi gəlməsin deyə içərisinə karbonat və ya paket çay qoya bilərsiniz.

Qışda paltarlarınızı geyməzdən əvvəl fenlə isidə bilərsiniz.

İslanan dəri ayaqqabılarınızı istidən uzaq tutun. Bunun yerinə içərisinə kağız doldurun və cərəyanlı yerə qoyaraq gözləyin.


Şərhlər: 8
Baxılıb: 390
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
HAPPY_EYES
Maraqlıdır twkler
5 mart 2016 11:19
# 8
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
vipbetul
yaxsi meslehetlerdir
5 mart 2016 10:39
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
lazimli və faydali məsləhətlerdi
5 mart 2016 09:51
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
qanadli melek
Cox lazimli melumatlardi coxunu hec bilmirdim
5 mart 2016 07:53
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nur_Naz
dogurdanda faydali xeber oldu neyse oyrendim faydalanacam
5 mart 2016 01:34
# 4
Fi-Ra
Faydalı məlumatlardı təşəkkürlər
5 mart 2016 01:24
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ayka95
lazimli melumatdi
5 mart 2016 00:28
# 2
BARBI
Calisdiqca yazilannara emel edirem. Her biri lazimli melumatlardi
5 mart 2016 00:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz