Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düşüncənin gücü ilə sağalmağın sadə üsulları
Düşüncənin gücü ilə sağalmağın sadə üsulları
Göndərən: guler19
Şərhlər: 8
Baxılıb: 285
Səs ver:
Adətən hər hansı kiçik narahatlıq zamanı belə dərhal dərmana əl atır və aptekə qaçırıq... 

Ağrıları azaltmağın başqa yolları barədə az düşünürük. Bəs özünüzü yaxşı hiss etmək üçün düşüncənin gücünü sınaqdan keçirmək heç ağlınıza gəlibmi? 

1. Başağrıları
Rahat bir stula əyləşin və əlinizə keçən il yayda çəkilmiş bir foto götürün. Bu, gözəl mənzərə şəkli ola bilər. Şəkilə diqqətlə baxın, bütün detalları hafizənizdə saxlamağa çalışın, sonra gözlərinizi yumun və özünüzü də bu mənzərəyə daxil edərək gördüklərinizi yenidən xəyalınızda canlandırın. Təsəvvür edin ki, dənizkənarında (ləpədöyəndə) uzanmısınız, gələn dalğalar isə sizin ağrılarınızı yuyaraq dənizin uzaqlıqlarına aparır. 

2. Daxili narahatlıq / gərginlik
Okeanın ortasında kiçik qayalıq ada, özünüzü isə bu adanın zirvəsində hündür, yerini rahatlamış mayak olaraq təsəvvür edin. Mayakın divarları elə qalın və möhkəmdir ki, hətta güclü küləklər də onu silkələyə bilməz. 

Yaxşı və pis havada siz gəmilərə yol göstərərək onlara güclü işıq şüası göndərirsiniz. İndi isə özünüzdə heç vaxt sönməyən daxili işıq mənbəyini hiss etməyə çalışın. 

3. Stress
Siz incimisiniz və hansısa situasiyadan çıxış yolu görmürsünüz? 

Düşünün ki, siz yazıçısınız, sizə rahatlıq verməyən epizod isə sadəcə olaraq ədəbi qəhrəmanın həyatından bir səhifədir. Bunu birinci şəxsin dilindən kiçik hekayə şəklində kağıza yazın. 

Bütün hadisələri ən kiçik xırdalıqlarına kimi təsvir edin və mümkün qədər dəqiqliklə dialoqları qurun. Öz hisslərinizi ifadə edin. Sonra bu hekayəyə uğurlu alınmamış qaralama kimi baxın. 

Onu yenidən, olmasını istədiyiniz kimi yazın. Mənfi obrazların davranışlarının motivlərini anlamağa çalışın, onların halına acıyın və onları bağışlayın. Yeni dialoqlar qurun. 

İndi nə hiss etdiyinizi deyin. 

Sizi təmin edəcək yeni final (sonluq) və hadisələrin həllini düşünün. Depressiya keçib gedəcək. 

4. Yaşla bağlı problemlər
Bədən quruluşunuzun 5-10 il əvvəl çəkilmiş ən uğurlu fotoşəklini tapın. Gözlərinizi yumun və xəyalınızda bu fotoşəklin çəkildiyi anı – belə gənc, incə, gözəl və xoşbəxt olduğunuz anı canlandırın. 

Sizin şüuraltınız bu obrazı qəbul edəcək və orqanizminizi bu obraz altında köklənməyə məcbur edəcək. Beləliklə də yağ hüceyrələri əriyəcək və üzdəki qırışlar azalmağa başlayacaq.

5. Qırışlar
Düşüncənin gücü ilə qırışları hava və günəş işığı vasitəsilə hamarlamağa çalışın, onları dəriyə hopdurun və hər hüceyrənin gəncləşərək və dartılaraq parlaq günəş işığına doğru necə 
meyil etdiyini hiss edin. 

6. Soyuqdəymə
Xəyalınızda parıldayan qar dənəcikləri ilə örtülmüş dağın zirvəsinə çıxdığınızı düşünün, dərindən nəfəs alaraq bütün köksünüzlə təmiz şaxtalı havanı içinizə çəkin. 

Bu psixoloji möhkəmlənmə seansından sonra virusların sizə qalib gəlməsi çətin olacaq. 

Sağlam olun və qoy sizin bütün düşüncələriniz də sağlam olsun!


Şərhlər: 8
Baxılıb: 285
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ülü16
Çox maraqlı idi. Oxuyanda da adam rahatlanır
19 mart 2016 23:54
# 8
sizin 1205
Men realistem
19 mart 2016 23:23
# 7
L
Asya
Men ozumde de his etmiwem bunu heqiqeten eledi.eyer bawin qariwiq olursaa agrini unudursan ,her deyqe fikrin agrida olanda daha pis agriyir adam.dermandan demek olar tez tez istifade etmirem vacib olmasa.bawim agriyanda ya da stessli esebi olanda sadece dincelmek mene bes edir.teeekkurler
19 mart 2016 17:43
# 6
vipbetul
psixologiyayla insan ozune gozel aura bexs ede biler
19 mart 2016 16:43
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aynur00
maraqlı meslehetdi ele medem ağrıdığı üçünde stresden uzaq durmamı istedi.. fikrin ağrı yanında qaldıqda... dahada özün pis hiss edir insan
19 mart 2016 15:44
# 4
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
Fialka
Faydalı məsləhətlərdir hansı ki, insan gərgin və stressli zamanlarda və ya baş ağrısı olan zaman özünü sakitləşdirə, baş ağrısını unutduracaq zehni fəaliyyət göstərəndə bir də görürsən ki, ağrı keçib, eləcədə digər psixoloji vəziyyətlərdə..
19 mart 2016 15:20
# 3
BARBI
Insanin beyni yorgun olanda hec bir sey dusunmur. Evvela beyni rahatlatmaq lazimdir. Yoxsa hec ne elde ede bilmerik
19 mart 2016 15:17
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
S.Heydarova
maraqlıdır)))
19 mart 2016 14:42
# 1
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz