Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qışda metabolizmanı sürətləndirən 9 üsul
Qışda metabolizmanı sürətləndirən 9 üsul
Göndərən: Antikvar
Şərhlər: 5
Baxılıb: 245
Səs ver:
Qış aylarında metabolizmanın sürəti zəifləyir. Bu dövrdə zəifləyən metabolizmanı sürətləndirmək, qışı artıq çəki yığmadan keçirmək üçün kifayət qədər və nizamlı qidalanmaq vacibdir. Aile.lent.az qışda metabolizmanı sürətləndirmək üçün bəzi məsləhətlər təqdim edir.
 
Günə səhər yeməyi ilə başlayın
Yağ əriməsini təmin etmək və sürətləndirmək üçün metabolizmanın ən yaxşı fəaliyyət göstərdiyi səhər saatlarında kifayət qədər və davamlı olaraq səhər yeməyi yemək şərtdir. Qatıq, meyvə və yulaf əzməsi ilə başlayan davamlı səhər yeməyi özünüzü daha yaxşı hiss etməyinizi təmin edəcək.

Yağsız protein qəbulu
Əzələ toxumanızı artırmaq üçün yağsız protein qaynaqları üzərində çox durun. Protein nizamlı olaraq etdiyiniz məşqlərlə birlikdə əzələ inkişafınıza kömək edəcək və metabolizmanı sürətləndirəcək. Məsələn, hinduşka əti aşağı səviyyəli yağ və yüksək keyfiyyətli protein tərkibi ilə sizin üçün çox yaxşı seçimdir.
 
Süd və süd məhsulları qəbulunu çoxaldın
Yağsız qatıq və pendir arıqlamaq, metabolizmanı sürətləndirmək üçün ən təsirli qidalardır. Aparılan araşdırmalar sübut edib ki, pəhrizdə kifayət qədər kalsium qəbulu yağ itkisini sürətləndirir. Pendir enerji verir, əzələlər üçün protein təmin edir və kalsiumun ən yaxşı qaynağıdır. Gündə 2 qab qatıq və 4-5 dilim pendir yeməyiniz məsləhətdir.
 
Tez-tez yeyin
Hər 2-3 saatdan bir ara qidalanması metabolizmanızın aclığa qarşı siqnallar almasının qarşısını alır. Tez-tez yemək və ara qidalanması heç də mütəmadi olaraq əlinə nə keçdi yemək demək deyil. Ara qidalanmasında meyvə və tərəvəz yesəniz, daha yaxşı olar. Xiyar, bibər növləri, mövsüm meyvə-tərəvəzi və s.
 
Qreypfrut süfrənizdən əskik olmasın
Qreypfrut insulin səviyyəsini aşağı salaraq, yağ yığılmasının qarşısını alır. Mövsümü zamanı gündə 1 ədəd qreypfrut yemək metabolizmanın sürətlənməsinə kömək edəcək.
 
Omega3 baxımından zəngin qidalar yeyin
Omega3 yağ turşuları qan şəkərini nizamlayır və metabolizmanı sürətləndirir. Toxluq hormonu olan leptin müqavimətinin qırılmasına kömək edərək, arıqlamağınızı təmin edir. Yağlı balıqlar Omega3–ün ən yaxşı qaynağıdır. Həftədə 3 dəfə buxara verilmiş və sobada qızardılmış balıq yeyin.
 
Gündə iki fincan yaşıl çay
Yaşıl çayda olan kateşinlər metabolizmanı sürətləndirir və yağın əriməsi ilə bərabər arıqlama kömək edir. Gündə ən azı iki fincan yaşıl çay içmək metabolizmanızı sürətləndirəcək.
 
Susuz qalmayın
Qışda əsasən su içməyə meylli olmuruq. Lakin metabolizmanı nizama salmaq üçün gündə ən azı 10-12 stəkan su içmək lazımdır.
 
Əzələ toxumanızı artırın
Əzələlər bədəninizin enerji xərcləyən fabrikidir. Nə qədər çoxdursa, o qədər sürətli fəaliyyət göstərər. Buna görə də həftədə ən azı 3 dəfə məşq edin.


Şərhlər: 5
Baxılıb: 245
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fi-Ra
Qışda suyu az içirəm ina görə də yaya nisbəyəm kilom artır
5 mart 2016 17:08
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Fialka
Faydalı məsləhətlərdir çalışdığım qədər dadlı olsada zərərli ola biləcək qidalardan uzaq dururam daha çox sağlam şəkildə qidalanmaya üstünlük verirəm.
5 mart 2016 12:19
# 4
vipbetul
yaxsi meslehetlerdir
5 mart 2016 11:16
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
Sitat: BARBI
Men her zaman 3 saatdan bir yemek yeyirem. Bu da meni formada saxliyir

menim adamimsan, men de tez tez yeyirəm, teze aile quranda utanirdim tez tez yeməyə, acından olurdum, oturub gözləyirdik ki, hami ne vaxt yese onda yeyim. indi gözləmirəm, acdim oturub yeyirəm
5 mart 2016 09:22
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Men her zaman 3 saatdan bir yemek yeyirem. Bu da meni formada saxliyir
5 mart 2016 09:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz