Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın
Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 598
Səs ver:
Mütəxəssislər bildirir ki, pendirin ləzzətini və qida dəyərini itirmədən saxlanması ilk növbədə satın alınması ilə başlayır. Hər pendirin saxlanma şərtləri fərqlidir. Pendir mütləq +2/4 C-də, işıqsız mühitdə soyuducuda saxlanmalıdır.
 
Kalsium, protein, A, B, D, E vitaminləri baxımından zəngin qida qaynağı olan pendiri düzgün şərtlər altında saxlamaq vitamin və qida dəyəri baxımından böyük önəmlidir.
 
Mütəxəssislər pendiri alan zaman ilk növbədə son qidalanma tarixinə diqqət etməyi tapşırır. Son qidalanma tarixi keçmiş heç bir qidanı yemək olmaz. Əgər alacağınız pendirin qidalanma tarixi yaxın vaxtlardırsa, onu almaq fikrindən daşının. Çünki alan kimi yeməyəcəksiniz və son qidalanma tarixi yaxınlaşan məhsulları uzun müddət saxlamaq mümkün olmur. Qablaşdırılmasına fikir verin. Cızılmış, əzilmiş, korlanmış və ya deformasiyaya uğramış qablaşmadakı məhsulları almayın. Pendirin rənginin dəyişib-dəyişməməsinə fikir verin.
 
Soyuducuda saxlayın
Pendi tez bir zamanda yeyilməyəcəksə, öz qabında soyuducuda saxlanmalıdır. Qabından çıxarıldıqdan sonra mütləq başqa qabda saxlanmalı və qablaşdırılma vasitələrinə bükülərək qorunmalıdır. Əks təqdirdə pendir nəmini itirər, ətri və ləzzəti azalar. Otaq temperaturunda, süfrədə, piştaxtada saxlanılan pendir qablaşdırılmış pendirin içərisinə qatılmamalıdır. Başqa bir qapalı qabda duzlu su əlavə edilərək saxlanmalıdır.
 
Ağ pendiri öz suyunda saxlayın
Ağ pendir qablaşdırılması açıldıqdan sonra içməli suyun içinə duz qatılaraq hazırlanmış mayenin içərisində saxlanmalıdır. Bu, pendirin uzun müddət qida dəyəri və ləzzətini itirməmək üçün ən yaxşı vasitədir. Beləliklə, pendirin özünü daha yaxşı tutma müddəti də yaxşılaşacaqdır. Pendir və pendir növləri oksigendən uzaq saxlanmalıdır. Ağ pendiri doğrayan zaman bıçağı islatsanız, daha yaxşı dilimlənəcək. Qızardılmış pendirlər yeyilməzdən əvvəl 15-20 dəqiqə suda saxlanılarsa, tərkibindəki duz sovrular və həqiqi dadı ortaya çıxar. Ağ pendirdən başqa digər pendirlər yuyulmamalıdır. Su ilə təmas pendirin ləzzət və qoxusunun itməsinə səbəb olar. Pendir dondurucuda və otaq temperaturunda saxlanmamalıdır.   
 
Holland pendiri isə dilimlərə bölünmədən saxlanmalıdır. Ehtiyacınız olan qədər kəsdikdən sonra pendiri öz qabında mühafizə etməniz məsləhətdir. Beləliklə, məhsul su itirmədən qurumayacaq və pendirin qalan hissəsi xarab olmayacaq.


Şərhlər:
Baxılıb: 598
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz