Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saqqız xeyirlidir yoxsa zərərli?
Saqqız xeyirlidir yoxsa zərərli?
Göndərən: guler19
Şərhlər: 11
Baxılıb: 344
Səs ver:
Reklam roliklərindəki stomatoloqlar bizi saqqız çeynəməyə çağırır: "Hər dəfə yeməkdən sonra saqqız çeynəməyi unutmayın!”. Bəs həqiqətdə necə? Gəlin aydınlaşdıraq, saqqız doğrudanda kariyesin qarşısını alıb, dişləri ağartmağa və hətta möhkəmlətməyə kömək edir? 

Həkimlər iddia edir ki, saqqız çeynəmək alt çənə oynağını möhkəmləndirir. Hamımızın sevdiyi yumşaq qida fəal çeynənməyi tələb etmir, çənə əzələləri isə daim məşq tələb edir. Lakin saqqız – çənə əzələlərini tonusda saxlamağın yeganə üsulu deyil, onu alma və ya yer kökü də asanlıqla əvəz edə bilər. 

Bir çoxları hesab edir ki, yeməkdən sonra saqqız çeynəmək kariyesin qarşısını alır. Bu, doğrudur: saqqız seliyin ifrazatına səbəb olur, deməli, ağız boşluğunu xəstəliyi törədən qida qalıqlarından təmizləyir. Lakin əgər kariyes artıq yaranıbsa, saqqızın mikroçata düşməsi diş toxumalarının dağılma prosesini daha da sürətləndirir. 

Reklam bizi inandırır ki, xüsusi saqqızlar dişləri ağartmağa kömək edir. Əlbəttə ki, bəyaz təbəssüm arzusunda olan hər birimiz qəhvə, qırmızı şərab, çay qəbul etdikdən sonra yarana biləcək sarı təbəqənin qarşısını almaq üçün saqqız çeynəməyə çalışır. Əslində isə dişlərimizi bu sarı təbəqədən qurtarmağa bizə yalnız diş fırçası kömək edə bilər. Məsələ ondadır ki, ağardıcı saqqız inadcıl sarı təbəqəni təmizləməyə qadir deyil. 

Bəs saqqızın zərəri nədən ibarətdir? Mütəxəssislər saqqızı gün boyu çeynəməyi məsləhət görmürlər. Məsələ ondadır ki, çeynəmə zamanı çoxlu miqdarda mədə şirəsi ifraz olunsa da, mədəyə qida daxil olmur, mədə şirəsi mədənin selikli qişasını dağıtmağa başlayır, bu da qastrit və xora kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliklərdən əziyyət çəkın insanlar isə ümumiyyətlə saqqız çeynəməməlidirlər. 

Beləliklə, əgər dişlərimizi fırçalamağa imkanımız yoxdursa, saqqız həqiqətən də faydalı ola bilər. Lakin saqqızı yalnız yeməkdən sonra çeynəmək olar. Unutmayın ki, saqqızı 10-15 dəqiqədən artıq çeynəmək olmaz. 

İldə iki dəfə stimatoloq kabinetini ziyarət edin – adətən bu tədbir diş sağlamlığı üçün istənilən saqqızdan daha faydalıdır.


Şərhlər: 11
Baxılıb: 344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Elədə sevmirəm saqqızı, sonuncu dəfə nə zaman çeynəmişəm yadıma gəlmir, xoşlamıram bəzi qızlar elə çeynəyir ki, insan əsəb olur, hələ yolda, küçədə, mağazada da bir şişirirlər, onda lap əsəb oluram.
13 mart 2016 18:53
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
cox saqqiz ceynemek ziyanlidir yemekden sonra 10 deq kimi ceynemekse yaxsidir
12 mart 2016 19:50
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
NURANE
Men hele indi saqqiz ceynirem lap usaq vaxtindan 5 yasimdan ceynirem zererini gormemisem saqqizida 10 15 deqiqeden artiq ceynememeliyik bunu indi bildim twk
12 mart 2016 17:17
# 9
zalimin zulmu varsa seveninde Allahi var
ulduz
Xeyli muddetdi dişim qirildi deyə ceynəmirəm. Amma naneli saqqizim hemise ehtiyata məndə olur.
12 mart 2016 13:58
# 8
tatyana
Saqqizin hecneyede ziyani yoxdur
12 mart 2016 12:58
# 7
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
lale.veliyeva19
məndə çox istifadə edirəm saqqızı zərəri olsa belə sevirəm dirol_mini
12 mart 2016 12:36
# 6
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Zinyet
Vallah deyim ki men hemiwe saggizsiz agzim olmayib hetta hamile vaxdi bele sagizi atmamiwam ziyanida odur ki indi uwagimin agiz suyu dayanmir geynanamda deyir ki ay gelin men sene vaxdinda deyirdim ki saggiz ceynemek ziyandir olmaz
12 mart 2016 12:10
# 5
Barbaris
men cox sevirem saqqizii
12 mart 2016 12:06
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Leylas
Sitat: BARBI
Men dieta etdiyim zamanlar saqqiz ceyneyirem. Insani tox tutur

Raziyam..
12 mart 2016 11:57
# 3
BARBI
Men dieta etdiyim zamanlar saqqiz ceyneyirem. Insani tox tutur
12 mart 2016 11:18
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Cindrella
Melumata görə təşəkkürlər.Elede saqqiz çeyneyen deyilem.
12 mart 2016 11:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz