Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günə gülərək başlayın – inanılmaz faydaları
Günə gülərək başlayın – inanılmaz faydaları
Göndərən: Dj_Vampir
Şərhlər:
Baxılıb: 419
Səs ver:
Mütəxəssislər özünü daha sağlam hiss etmək üçün günə gülərək başlamağı tövsiyə edir.
Bəs siz günə gülərək başlamağın sağlamlıq qaynağı olduğunu bilirdinizmi?

Gülməyin insan fiziologiyası üzərindəki təsirlərini incələyən mütəxəssislər gülən insanların qan axının daha yaxşı olduğunu, immunitetlərinin güclü olduğunu, qan şəkərinin aşağı olduğunu və yuxusuzluq problemi yaşamadıqlarını ortaya çıxarıblar.

Daha sağlam olmaq üçün günə gülərək başlayın və həmişə daha çox gülməyə çalışın!

Qadinlar.biz günə gülərək başlamağın faydalarını təqdim edir.

Qan axınını tənzimləyir: Aparılan araşdırmalar zamanı komediya filmi izləyərək gülən insanların qan damarlarının asanlıqla daralıb genişləndiyi ortaya çıxıb.

İmmunitet sistemini yüksəldir: Artan stress azalan immunitet sistemi ilə əlaqələndirilir. Gülməyin bədəndəki infeksiya ilə mübarizə aparan immunitet hüceyrələrinin səviyyəsini də artıra biləcəyi deyilir.

Qan şəkərini aşağı salır: Yeməkdən sonra sıxıcı bir seminara girən şəkər xəstələrinə sonrakı gün yenə yeməkdən sonra komediya filmi izlədilib. Nəticədə qan şəkərinin tənzimləndiyi ortaya çıxıb.

Yuxusuzluğa çarədir: On dəqiqə gülmək iki saatlıq ağrısız yuxu yatmağa kömək edir. 

Hormonları tənzimləyir: Qəhqəhə atmaq stresslə bağlı olan kortizol, epinerfin və dopac kimi bəzi hormonların səviyyəsini azaldır. Gülmək ağrını azaldır və "endorfin” adlanan pozitiv, yaxşı hiss etmənizə kömək edən hormon ifraz edir.

Yüksək təzyiqi əngəlləyir: Qan təzyiqini normala salmağa yardım edir. Gülmək dərin nəfəs almağa səbəb olur və qan dövranını yaxşılaşdırır.

Masaj kimi təsir edir: Qəhqəhə tənəffüs, qarın, kürək, ayaq və üz əzələləri üçün yaxşı bir idmandır. Bağırsaqları və daxili orqanları çalışdırır. Qarın əzələlərini gücləndirir. Kalori yandırmağa da yardım edir. Diafraqmanı titrədir. Qəhqəhə dərindən nəfəs almağa səbəb olur. Oksigen qəbulu artır və buna görə gülmək ən yaxşı tənəffüs idmanlarından sayılır.

Pozitiv olmağa kömək edir: İnsanın özünə güvənini artırır, çətinliklərlə başa çıxmaq üçün zehni gücləndirir. Depressiyadan çıxmağa yardımçı olur. Stressi azaldır. Sadəcə bir neçə dəqiqəlik də olsa gülmək bütün günün gərginliyini unutmanıza yardım edər


Şərhlər:
Baxılıb: 419
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz