Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kompyuterlərinizin ömrünü azaldan...
Kompyuterlərinizin ömrünü azaldan...
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 286
Səs ver:
Hər bir elektron cihaz kimi kompüterlərimizin da ömrü var. Bu ömrün azaldığını sürətlərini yavaşlayaraq, normaldan yüksək səs çıxararaq və ya səhv mesajları vasitəsilə müntəzəm olaraq xatırladırlar. Ancaq, bu anın vaxtından daha əvvəl baş verməməsi üçün bəzi addımları atmalı və  diqqətsizlik etməyərək, kompüterinizə düzgün qulluq etməlisiniz.
Tez-tez edilən və kompüterin xarab olmasına səbəb olan 7 əsas faktoru sizə təqdim edirik:
 
1. Səhv havalandırma
Bütün kompüterlər işlədikləri müddət ərzində yaranan istiliyi çölə atmağa yönəlmiş havalandırma sistemlərinə və hava dəliklərinə malikdir. Ancaq bu dəliklər asanlıqla bağlana bilər. Məsələn, kompüterinizi masanın altına, divarın bitişiyində yerləşdirmək hava cərəyanını yavaşlada bilər. Laptop’ların hava dəlikləri isə altlıqlarında yerləşir. Buna görə də laptop’unuzu qucağınızda və ya yastıq kimi yumşaq səthlərdə istifadə edirsinizsə, havanın daxil olmasına mane olursunuz.
 
2. Toz yığılması
Bu bir çox kompüterin ömrünün azalmasına səbəb olan əsas faktorlardan biridir. Kompüterinizi tez-tez təmizləməyə və tozlu yerlərdən uzaq tutmağa çalışın.
 
3. Çıxan kabellər
Xüsusilə çöldəki kabellər asanlıqla boşalıb, çıxa bilərlər. PC problemlərinin əhəmiyyətli bir qismi bundan qaynaqlanır. Təchizat problemləri yaşayırsınızsa, korpus içərisindəki kabellərin ana plataya düzgün şəkildə bağlanıb-bağlanmadığına da nəzarət edin.
 
4. Elektrik dalğalanmaları
Elektrik dalğalanmalarının bir neçə nəticəsi ola bilər. Bu hal bəzən elektron avadanlıqlarınızın ziyan görməsinə, ən pisi isə kompüterinizin platasının yanmasına səbəb ola bilər. Buna qarşı cihazınızı qoruyan Stabilizator (Surge Protector) kimi qurğulardan istifadə edə bilərsiniz.

5. İşığın sönməsi
İşığın sönməsii həm də məlumatlarınızın itkisinə səbəb ola bilər. Bəzi hallarda sərt disk və SSD-lər də bu səbəbdən zərər görə bilər. Həlli isə kəsintisiz elektrik enerjisi istifadə etməkdən keçir -UPS kimi. Bu cihazlar bir neçə dəqiqəlik əlavə güc təmin edir və siz PC-nizi rahatlıqla söndürə bilirsiniz.
 
6. Fiziki zərər
PC-nizə fiziki zərər yetirməyin yaxşı bir şey olmadığını deməyə ehtiyac yoxdur. Xüsusilə laptopun harasa dəyməsi sərt diskə zərər vura bilər. Laptop üzərinə su töksəniz məlumatı itirməyə bilərsiniz, həm də nəm vaxt keçdikcə paslanmaya səbəb olaraq, diskinizi xarab edə bilər.
 
7. Lazımsız proqramlar
Kompüterinizi lazımsız proqramlardan təmizləmək, onu ilk günkü sürətinə qovuşdura bilər. Əvvəla istifadə etdiyiniz əməliyyat sistemi üçün təklif edilən son yenilənmələri yükləyin. Daha sonra isə istifadə etmədiyiniz bütün əlavələri və proqramları silin.


Şərhlər:
Baxılıb: 286
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz