Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öskürəyi kəsməyin ən təsirli yolları
Öskürəyi kəsməyin ən təsirli yolları
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 461
Səs ver:
Qış mövsümündə həkimə müraciət etməyimizin əsas səbəbləri öskürək, sinusit, faringit, laringit, soyuqdəymə və üst tənəffüs yolu infeksiyalarıdır.
 
Üst tənəffüs yolu infeksiyaları nəticəsində yaranmış zəhlətökən öskürək həftələrlə, bəzən aylarla davam edə bilir. Bu proses çox vaxt gecələr yuxusuz qalmağımıza, ertəsi gün də özümüzü yorğun hiss etməyimizə səbəb olur. Türkiyəli həkim Ceyda Dəmir öskürəyi kəsməyin ən təsirli yollarını izah edib.  
 
Qurtum-qurtum su için
Su içmək hava yollarının nəmli qalmasını təmin edir. Selikli qişa varsa, onun asanlıqla çıxmasına kömək edir. Bütün öskürək siropları arasında  ən güclüsü sudur. Bu səbəblə mövsümdən asılı olmayaraq, gündə 2 litr su için.
 
Cökə və ya itburnu çayı
Öskürək şiddətlənəndə ilk növbədə bol bitki çayları içmək tövsiyə olunur. Çünki bitki çayları boğazı yumşaldır öskürəyi yüngülləşdirir. Tərkibindəki vitamin və minerallar immunitet sistemini gücləndirir. Cökə ilə itburnu kimi bitki çayları sayəsində quru öskürək də azalır. İçinə bal və limon əlavə edərək bu çayları gündə üç-dörd fincan için.
 
Sarıkök və zəncəfil
Sarıkök yalnız mətbəxdə deyil, artıq tibbdə də istifadə olunur. Sarıkök orqanizmdə iltihab inkişafının qarşısını alır, pisxassəli hüceyrələri məhv edir. Zəncəfil isə virus və mikroblarla savaşan ərzaqdır. Bunları yeməklərə əlavə etməklə yanaşı, çaylarını da içə bilərsiniz. Ancaq gündə ən çox iki stəkan içməyiniz məsləhət görülür.
İsti duş qəbul edin
Xüsusilə, burun tıxanması və boğaz quruluğu kimi hallarda bədənə yüngüllük gətirir. Həmçinin, nəfəs yollarının nəmini artıraraq öskürəyə qarşı təsirli olur.
 
Siqaretdən uzaq durun
Nəfəs alıb verdikcə tənəffüs yolları da tozlanır. Tənəffüs yollarında çirki süpürən tüklü hüceyrələr mövcuddur. Tüklü hüceyrələr yuxarı doğru qalxaraq ağciyərə yad cisimlərin daxil olmasına mane olur. Hər bir siqaret isə bu tüklü hüceyrələrin ayaqlarını bir saat ərzində iflic edir. Yəni ciyərlərimiz müdafiəsiz qalır, təmizlənmir. Təkcə siqaret çəkmək deyil, passiv olaraq siqaretə məruz qalmaq da tənəffüs yollarının sağalmasını gecikdirir.
 
Evin havası quru olmalı deyil
Qış aylarında evlərin qızdırılması otağın nəmini azaldır. Evin ideal temperaturu 22 dərəcədir.
 
Süd məhsullarının istehlakını azaldın
Yeniyetmələrdə hədsiz inək südü və pendir yemək selikli qişa istehsalını artırır. Bu səbəbdən, süd məhsullarını azaltmaqda fayda var.
 
Yediyiniz ərzaqlara diqqət edin
İmmun sistemimizin qüvvətli olması üçün hər bir ərzaqdan lazım olduğu qədər qəbul etmək lazımdır. Mümkün olduqca hazır, tərkibində kimyəvi maddə olan qidalardan uzaq olun. Bunlar allergiyası olan adamlarda astma və bağırsaq funksiyalarında pozğunluğa səbəb olur. İmmunitet sisteminizin güclü olması üçün D vitamini qəbul edin. Təzə meyvə və tərəvəzlərlə vitamin ehtiyacını qarşılamağa çalışın. Son illərdə sinkin də immunitet üzərində təsirli olduğu bildirilir.

Kəskin qoxulardan qaçın
Kəskin qoxular bronxların yığılmasına səbəb olur və öskürəyə təkan verir. Ətir, dezodorant və otaq ətirləri də öskürəyə təkan verən amillərdəndir. Bundan başqa, təmizlikdə istifadə edilən yuyucular astmaya səbəb olur. Bu səbəbdən, yuyucu vasitələrdən ehtiyatla istifadə etmək lazımdır.
 
3 həftəni keçibsə, DİQQƏT!
Öskürək, adətən yuxarı tənəffüs yollarında yaranmış infeksiyalardan dolayı əmələ gəlir. Ancaq öskürək 3 həftədən çox davam edirsə, öskürəklə birlikdə  qan və ya bəlğəm gəlirsə, ya da döş ağrısı varsa, mütləq həkiminə müraciət etmək lazımdır. Çünki öskürək pnevmoniya, vərəm, ürək xəstəlikləri, ağciyər xərçəngi, boğaz xərçəngi ilə yemək borusu xərçəngi kimi əhəmiyyətli xəstəliklərinin də əlaməti ola bilər.


Şərhlər: 8
Baxılıb: 461
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
təshəkkurlər. sarikoku sude qatib verirdim qizima. caya qatila bileceyini bilmirdim.
30 aprel 2016 18:27
# 8
Bir hissimi itirmishem - TEECCUBLENMEK
vipbetul
lazimli melumatdir

lazimli melumatdir
25 aprel 2016 23:55
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
en yaxsi heyva tumudur
25 aprel 2016 21:34
# 6
YalniZ-ArZu
Mene de deyesen tesiri gelir,bogazim agriyir(((
25 aprel 2016 19:41
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Kölge
Hamile vaxti pis öskururdum.guc duşdu qarnima aciliş oldu.xestexanada yatdim.şukur ki körpemi itirmedim.adi öskurek uşagimi ala bileedi mennen
25 aprel 2016 19:41
# 4
Her şeye gore şukur
Aybə
Düzdü öskürən zamanisti su içmək lazımdır onda öskürək azalır.1də mənim uşaqlarım çox öskürəndə yarim stakan südə 1çay qaşığı bal və 1çiy yumurta sarısı qarışdırıb vermək lazımdır.Öskürəyi tez kəsir eləmişəm mən
25 aprel 2016 19:20
# 3
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
evli.mutlu.cocuklu
Mende sukurki bu vaxta kimi oskurek olmayib
25 aprel 2016 18:47
# 2
BARBI
Nadir hallarda oskuren insanam. Her zzaman diqqet yetirirem. Caylar ve coxlu maye qebul edirem
25 aprel 2016 18:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz