Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Baş gicəllənməsi olanlar diqqət!
Baş gicəllənməsi olanlar diqqət!
Göndərən: Angela7
Şərhlər: 13
Baxılıb: 473
Səs ver:
Tarazlıq pozulması ilə özünü göstərən vertiqo (baş gicəllənməsi) hər yaşda müşahidə edilə bilər. Hətta müalicə edilmədikdə xəstəni yatağa salacaq vəziyyətə gətirib çıxara bilən narahatlıqdır. Gündə bir neçə dəfə başınız gicəllənirsə və gündəlik ritminiz pozulursa, deməli, sizdə başgicəllənməsi problemi var. Aile.lent.az türkiyəli həkim Kenan Bıkıcının baş gicəllənməsi haqqında fikirlərini təqdim edir.
 
Vertiqo ciddi qəbul olunub müalicə edilmədikdə iş və həyat tərzinə görülə biləcək formada mənfi təsir edir. Vertiqoya səbəb olan xəstəliklərin bəzi göstəriciləri var. Bunlar qulaq cingildəməsi, ürək bulanması, qusma, tərləmə, görmə pozuntusu, eşitmə qabiliyyətinin itirilməsidir. Əgər vertiqo hər hansı bir infeksion xəstəliklə əlaqədardırsa, qızdırma, yüksək hərarət və hərarət də müşahidə edilə bilər. Həkim vertiqonun xəstəlik yox, gizlində olan xəstəliyin əlaməti olduğunu deyir: "Başgicəllənməsi insanlar arasında tez-tez rast gəlinən narahatlıqlardan biridir. Vertiqo yüngül baş fırlanması və tarazlığın pozulması ilə başlayıb, çox şiddətli və xəstəni yataqdan qalxa bilməyəcək hala salan klinik göstəriciləri var. Sizdə baş gicəllənməsi olub-olmadığını adi bir testlə yoxlaya bilərsiniz. Ayaq üstə dayanıb öz ətrafınızda 2-3 dəqiqə fırlanın və ya önə doğru əyilərək başınızla dairə çəkin. Qısa müddət sonra ətrafınızda hər şey fırlanmağa, özünüzü pis hiss etməyə başlayırsınızsa, deməli, sizdə vertiqo var”.   
 
Vertiqonun yaranma səbəbləri
1. Benign Paroksismal Pozisiyalı Vertiqo (BPPV): Başgicəllənməsinin ən çox rast gəlinən səbəblərindəndir. Daxili qulağın içində olan yarımdairə kanallarda yerləşən böyrək daşına oxşayan kristallarla izah edilir. Başın mövqeyindən mənfi təsirlənir və xüsusi manevrlərlə qısa müddətdə düzəldilə bilir.
 
2. Meniere xəstəliyi: Daxili qulaqda yer alan yarım dairə kanallarındakı mayedə arzuedilməyən bir zərbəyə bağlı olaraq yaranan başgicəllənməsidir. Qulaq cingildəməsi və gedərək özünü daha çox göstərən eşitmə qabiliyyətinin azalması ilə müşahidə edilir. Bu cür hallar qulaq, burun, boğaz həkimlərinin nəzarətində olmalıdır.
 
3. Vestibulyar neyronit: Əsasən mövsüm keçidlərində müşahidə edilən, bəzi viruslarla əlaqəli olduğu deyilən, az ağrılı, lakin qəfil hücum formasında olan başgicəllənməsi kimi ortaya çıxır. Nevrologiya mütəxəssisləri tərəfindən nəzarət altında saxlanılır.
 
4. Beyinciyin təsirlənməsi ilə bağlı başgicəllənməsi: Beyinciyi qidalandıran damarlarda qəfil ortaya çıxan tıxanıqlıq və ya beyincikdə qəfil yaranan qanamayla özünü göstərir. Tez-tez damar sərtliyi və ya yüksək təzyiqi olan yaşlı xəstələrdə müşahidə edilir. Xəstələrdə anidən başlayan baş fırlanması ilə yanaşı, yerimədə problemlər, məsafə görüntüsündə pozuntu, baş ağrısı, ürək bulanma və qusma müşahidə edilir. Bu hallarla rastlaşdığınız halda mütləq nevroloqa müraciət edin. Çünki həyati təhlükəli vəziyyətə düşə bilərsiniz.
 
5. Vertiqinoz miqren: Əsasən orta yaşlı insanlarda baş ağrısı və baş gicəllənməsi ilə müşahidə edilir. Miqrenə bənzər baş ağrısı ilə ortaya çıxır. Müalicəsi miqren müalicəsinə uyğun aparılsa, hər iki problem aradan qalxa bilər.
 
6. Multipl skleroz: Xüsusən orta və daha gənc yaşlarda başlayan baş gicəllənməsi ilə başlayır. Beyin xəstəlikləri mütəxəssisləri tərəfindən asanlıqla diaqnoz qoyula və müalicə edilə bilər.
 
7. Tarazlıq sinir şişləri: Son illər cib telefonundan istifadə hallarının artması ilə bağlı yayılan beyin şişidir. Əsasən eşitmə və tarazlıq sərhəddinin keçidlərindən qaynaqlanan şişlərdir. Bu diaqnoz qoyulduğu zaman əməliyyata ehtiyac yarana bilər.
 
8. Yaralanma: Kəllədə meydana gələn, daxili qulağı da zədələyən bir qırıqdan sonra vertiqoyla birlikdə ürək bulanması və eşitmə qabiliyyətinin itirilməsi də müşahidə edilir. Bu cür baş gicəllənməsi bir neçə gün davam edir.
 
9. Allergiya: Bəzi insanlar allergiyası olduğu qidaları yedikdə və ya havada yaranan problem onlara təsir etdikdə baş gicəllənməsi yarana bilər. Bunlardan başqa, qocalıq, miqren, depressiya və psixoloji səbəblər də vertiqoya səbəb ola bilər.  
 
Vertiqodan qorunmağın yolları:
Stresdən uzaq olun.
İmmunitet sisteminizi qüvvətləndirin. Sağlam və təbii qidalar yeyin. Günə yumurta ilə başlayın. Gündə bir ovuc qoz, badam, fındıq, fıstıq yeyin. Mütləq süd için. Protein tərkibli qidalar yeyin.
D vitamini qəbul edin. Günəşli havada olun.
Duzu azaldın. Duz daxili qulaqlarda maye artmasına səbəb olur və baş gicəllənməsinə gətirib çıxarır.
Bol su için.
İdman edin.
Başınızı tez-tez və qəfil sağa-sola çevirməyin.
Maşını sürətlə sürməyin.
Lunaparklardakı yelləncəklərdən uzaq durun.


Şərhlər: 13
Baxılıb: 473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
deyen mendede var sebebi ise cox gumanki allergiyadir
14 mart 2016 08:57
# 13
vipbetul
lazimli melumatdir
7 mart 2016 13:18
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Narın Yağış
Əvvəllər olurdu məndə çox.Buda boğazımdan idi.Əməlliyyatdan sonra düzəldim.Əyilib-qalxırdım ya yuxudan duranda gözüm dəhşət qaralırdı.Yerdiyim yerdə başım gicəllənirdi, müalicə aldım, boğazım imunitetimi zəiflətdiyi üçün qanım aşağı olurdu.Hal-hazırda belə bir problemim yoxdur.Sadəcə yuxu rejimim pozulduğuna görə baş ağrılarım olur bəzən.Tşk .
7 mart 2016 03:11
# 11
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
mawa1
Menim qanim 1- menfidi hemiwe qanim asagi olur evden Cole her cixanda basim gicellenir birdeki yuxudan durub ayaga qalxanda hec yeri gormurem 2 defede 2deyqelik gozum kor insanlar Kimi hec yeri gormemiwem ilk defe bu hal baw verende kor oldum sanmiwdim ikinci defe Olanda ise bildimki yene qanim duwub tezyiqimi olcdum 60in 40a idi bedenimdende sel Kimi ter axirdi olum teri gelmisdi ele bil mene goresen neden ola biker?bu
7 mart 2016 02:07
# 10
arzum-aysum
men de arıqlayıb qanim aşağı düşən kimi başım gicellenir, bu aralar cekim normaldi deye bele problem yoxdur hələ ki
7 mart 2016 00:21
# 9
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
SENSİZ
Mendede olur baw gicellenmesi biliremki qanim awaqidi
7 mart 2016 00:02
# 8
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Antikvar
Dünən idman edərkən qaçış zamanı başım dəhşət gicələndi,yanımda bir olduğu üçün tutundum ona ,olur çox zaman baş gicələnmələri ən çoxda buranın havasatındandı düşmür mənə...Məlumat üçün təşəkkürlər.
6 mart 2016 23:55
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fi-Ra
Kesr olandan sonra tez tez təzyiqin ya qalxır ya düşür. Başım yaman gicəllənir
6 mart 2016 23:26
# 6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
YARIM QALMIS XEYALLAR
Mende illerdir var hetta bir nece defe yixilmisam yaralanmisamda. Amma olar tezyiqim dusub deyib aldirmamisam. Tez -tez gicellener basim urek bulanmam olar goz qaralmam
6 mart 2016 22:37
# 5
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
ayka95
iki gun olar bas gicelenmem cox olur mende
6 mart 2016 22:29
# 4
Fialka
Baş gicəllənməsi xəsdəlik həddində deyil sadəcə qan təzyiqim düşən zaman bu baş verir. Amma mütəmadi olaraq yaranan problemdirsə mütləq həkimə müraciət olunmalıdır . Məlumatı az olan insanlar üçündə olduqca maarifləndirici xəbərdir təşəkkür.
6 mart 2016 22:26
# 3
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 mart 2016 22:05
# 2
BARBI
Mende tezyiqim dusende ya acliq zamani bas gicellenmesi bas verir. Ciddi problemdir
6 mart 2016 22:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz