Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çox oturmaq nə üçün ziyandır?
Çox oturmaq nə üçün ziyandır?
Göndərən: Catwoman666
Şərhlər: 4
Baxılıb: 265
Səs ver:
Müasir insanların əksər hissəsi oturaq həyat tərzi keçirir. Xüsusilə bu böyük şəhərlərdə yaşayanlara aiddir.
Şəhərlərdə yaşayan insanların işi bir çox hallarda kompüterlə bağlıdır ki, insan günün bir çox hissəsini kompüterin arxasında oturmağa məcburdur.

Bu yaxınlarda İngiltərə alimləri günün bir çox hissəsini oturaq vəziyyətdə olan (ofis, bank işçiləri, sürücülər və s.) insanların sağlamlığı ilə bağlı geniş araşdırmalar aparıblar. Araşdırmaların nəticələri alimləri çox məyus edib.
Həkimlərin fikirinə görə, oturaq həyat tərzi insanın həyatını 20%-ə qədər qısaldır. Bunun səbəbi isə oturaq həyat tərzi nəticəsində inkişaf edən müxtəlif xəstəliklər və pozulmalardır.
Belə ki, insan uzun müddət ərzində oturanda onun bədəninin aşağı hissəsində əzələlər və damarlar sıxılır və nəticədə qan dövranı kəskin pozulur. Qanın orqanizmdə normal dövr etməsi sağlamlıq üçün çox vacibdir. Qan orqan və sistemlərə qidalı maddələri və oksigeni daşıyır. Qan dövranı pozulduqda orqanlar daha az oksigen və qida alır ki, bu onlarda pozulmaların inkişafına yol açır. Bundan əlavə orqanlarda durğunluq yaranır. Durğunluq isə iltihabların əsas səbəbidir.
Kişilərdə prostatit və cinsi zəfliyi, qadınlarda cinsiyyət sistemi pozulmaları və iltihablar, mədə-baöırsaq sistemi pozulmaları və xəstəlikləri (həzm problemləri, qəbizlik, hətta yoğun bağırsağı xərçəngi), babasil, varikoz və s. - bütün bunlar oturaq həyat tərzinin acı nəticələridir.
Oturaq həyat tərzi bədən çəkisinin artmasına səbəb olur. Bədən çəkisinin artması isə ürək-damar, maddələr mübadiləsi, endokrin və s. xəstəliklərinə yol açır.
Uzun müddət ərzində oturaq vəziyyətdə olan insanın onurğa sütunu çox güclü yükləmələrə məruz qalır ki, onurğada pozulmalar yaranır. Bu isə osteoxondrozun inkişafına səbəb olur.
Müasir insanlarda boyun, bel, baş ağrılarının səbəbi bir çox hallarda məhz uzun müddət ərzində oturmaq olur.
Həkimlər oturaq işlə məşğul olan insanlara daha tez-tez (hər 1 saatdan bir 5-10 dəqiqə ərzində) durmağı, bir qədər gəzməyi, sadə fiziki hərəkətlər etməyi tövsiyə edirlər.


Şərhlər: 4
Baxılıb: 265
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Cox oturanda bel ayaq agriyir
8 avqust 2016 16:00
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Teşekkürler.
16 may 2016 15:47
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
bel aqrilarina boyun aqrilarina ziyandir hemde piylenme yaradir
16 may 2016 12:32
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Isim oturaqdir. Bu da bel ve boyun agrilarina sebeb olur. Yaxsi deyil oturaq veziyyetde islemek
16 may 2016 11:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz