Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stəkana çıxan çayın rənginin səhhətimizə təsiri
Stəkana çıxan çayın rənginin səhhətimizə təsiri
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 349
Səs ver:
Hər bir azərbaycanlı ailəsində ən çox istifadə olunan içki çaydır.

Uzunömürlülüyün daşıyıcısı sayılan çay XIX əsrin əsas içkisi hesab edilir. Qədim adət-ənənələrə malik xalqımızın ta qədimdən formalaşan çay-süfrə mədəniyyəti var. Elə bir ailə yoxdur ki, evinə təşrif buyuran qonağı çaysız qarşılasın
Çay susuzluğu aradan qaldırmaqla yanaşı, müalicəvi əhəmiyyətə malikdir. Lakin, indiki məqamda insanları dəmlənən çayın stəkanda qoyduğu ləkələr narahat edir.
Terapevt Arzu Hüseynova: "indi bəzi çaylar var tökən kimi qıpqırmızı olur. Əslində, çay müəyyən müddət dəmlənməlidir. Əvvəla, çay dəmləndikdən maksimum 1 saat ərzində içib qurtarmalıdır. Əgər, çay uzun müddət qalırsa, necə çay fincanın divarında bir qat əmələ gəlirsə, bu cür qat insanın qaraciyərində də yaranır".
Ekspertlər deyir ki,hazırda təmiz, qatqısız və təbii çay tapmaq müşkülə çevrilib. Bəzi işbazlar saman çöplərini boyayıb, təbii məhsula qataraq, satışa çıxarır.
Təbii çay əslində 15-20 dəqiqə ərzində dəm almalıdır. Təəssüf ki, istifadə etdiyimiz çay cəmi 3 dəqiqəyə dəmlənir. Bu da əlbəttə ki, çayın tərkibinə əlavə edilən müxtəlif kimyəvi maddələr sayəsində.
Kənd Təsərrüfatı üzrə fəlsəfə doktoru Fərman Abdullayev: "Təbii çaylar həm iyinə, həm dadına, həm də rəng almasına görə fərqlənir. Təbii çay həm tərkib, həm də müalicə baxımdan yüksəkdir. Çayın tərkibi maddələrlə qiymətləndirilir. Kimyəvi maddə qatılmış çaylardan fərqli olaraq, təbii çaylarda büzüşdürücü acılıq olur".
Hazırda ölkəmiz çaya olan tələbatının 95 faizini xarici məhsullar hesabına ödəyir. Respublikada hər il 16 min ton çay istifadə edilir ki, onun cəmi 320 tonu yerlidir. Mütəxəssislər çayçılığın inkişafı üçün bu sahəyə uzunmüddətli kreditlərin verilməsinə ehtiyac  duyur. Çünki, çay kolu əkildikdən 7 il sonra ilk, 10 il sonra isə daha yaxşı məhsul verir.
Qeyd edək ki, dövlət proqramına uyğun olaraq, bu il nəzərdə tutulan 2000 hektar yeni çay plantasiyasında işlər artıq yekunlaşıb.


Şərhlər: 9
Baxılıb: 349
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
men oz temiz yerli mehsulumuz olan caylarimizdan ice bilmirem gerek renglenmis cay ola
4 mart 2016 18:03
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aysegul-93
Cayla aram yaxwi deyil
4 mart 2016 01:27
# 8
rəmsə
Əgər açıq çay ziyanlıdısa,poşet çaylar iki qat daha ziyanlıdır.Bu yaxınlar da oxudum sən demə sallama poşet çayların poşetlərinin suya dəyən kimi əriməməsi üçün xüsusi maddə vururlarki,bu da daha da ziyanlı olmağına gətirib çıxardır.
3 mart 2016 17:07
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
adsiz-a
Cayi coxdan icmirem,zererli oldugunuda bilirem
3 mart 2016 15:38
# 6
ayka95
bizim bolge cayi ile zengin olan yerdi, biz de hemise yerli cay alib istifade edirik
3 mart 2016 15:23
# 5
BARBI
Indiki caylarin hamisina reng qatilir. Her biri zererlidir. Temiz qarisiqsiz cay yarim saata demlenir
3 mart 2016 15:06
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
Çox duzdu cay soymamış fincanin ici ərp olur. Bizdə deyirki gec dəm alır pis caydı. Hə ən yaxşısı kraskalı caydı
3 mart 2016 15:04
# 3
___Jasmin___
cayi cox icmirem
3 mart 2016 14:43
# 2
I remained behind now the mother of 14 spring -Big

Fialka
Keyfiyyəti bütün çaylara şamil etmək olmur təəssüf ki, amma sınaqdan keçirdikcə bilmək olur hansı növ çaylar daha keyfiyyətlidir.
3 mart 2016 14:34
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz