Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhər durmaqda çətinlik çəkənlərə faydalı tövsiyələr
Səhər durmaqda çətinlik çəkənlərə faydalı tövsiyələr
Göndərən: Tomris Müslümova
Şərhlər: 11
Baxılıb: 467
Səs ver:
Soyuqda oyanmaq onsuz da səhərlər çətin oyananlar üçün əməlli-başlı əzaba çevrilir. Bunun üçün də sizə səhər durmaqda kömək olacaq bəzi tövsiyələr hazırlamışıq. Ayıq-sayıq olun!
– Nahar fasiləsində gəzintiyə çıxın. Ümumiyyətlə təmiz havada mümkün qədər çox gəzin. Bununla siz sağlam yuxu və asan oyanmağınız üçün zəmin yaratmış olursunuz.
– Qaçışı və ya fitnesi axşama keçirin. Səhər qaçışlarını bahara qədər dayandırın. Qışda bununla axşamlar məşğul olmağa çalışın.
– Saat 20:00-dan sonra televizora baxmamağa çalışın. Elektron ekranlardan çıxan mavi işığın təsiri melatonin hormonunun yaranmasının qaşısını alır. Bu isə yaxşı yuxu üçün çox vacib olan hormondur.
– Yatmamışdan əvvəl şam və ya aromalampa yandırın. Düzgün seçilmiş yağlar sizdə yaxşı yuxu yarada vilər. Lakin yatmamışdan əvvəl şamı söndürməyi unutmayın.
– Yatmamışdan qabaq özünüzə səhər yeməyində nəsə dadlı bir şey yeyəcəyinizlə bağlı söz verin. Gecələr isə yeməyin. Səhər siz yüngül aclıq hissiylə oyanacaqsınız. Nəsə dadlı bir şey yemək düşüncəsi də tez yerinizdən qalxmağınıza səbəb olacaq.
– Yatmaq istəyirsinizsə yatmağa çalışın. Hətta çox tez olduğunu düşünsəniz də, bunu edin. Bir-iki saat əlavə yuxu sizi səhər daha gümrah hiss etdirə bilər.
– Pəncərəni açıq qoyaraq yatmağa çalışın. Bunu etdikdən sonra, daha rahat və gümrah yuxunuz olacaq.
– Zəngli saatı çarpayınızdan uzağa qoyun. Qapının arxasına və ya otağın uzaq küncünə qoyun ki, zəng çalan kimi onu tezbazar söndürüb, yenidən yatmaq imkanınız olmasın.
– Xoş musiqi sədaları altında oyanın. Qıcıqlandıran və qulaqbatıran melodiyalarla oyanmaq məcburiyyətində deyilsiniz.
– Səhər duran kimi bir neçə dəfə dərindən nəfəs alıb-verin.
– Qarşınıza böyük hədəflər qoyun. Belə olduqda, səhərlər durmaq üçün böyük motivasiya hiss etmiş olacaqsınız.
– Duran kimi bacardığınız qədər tez işığı yandırın. Bu sizi yuxu hiss etdirən melotoninin yaranmasının qarşısını alır. İşıq oyanmağınıza kömək olacaq.
– Səhər yeməyindən əvvəl mütləq su için. Bu çox sadə, lakin olduqca effektiv metoddur. Bu sadəcə oyanmağınıza deyil, həm də maddələr mübadilənizin yaxşılaşmasına kömək edəcəkdir.


Şərhlər: 11
Baxılıb: 467
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
___Jasmin___
Men axsam 10da yatib seher 8-in yarsida cox rahat dururam
14 may 2016 14:38
# 11
I remained behind now the mother of 14 spring -Big

_TəHLuKə_
Səhər durmaq və mən....Məktəb həyatım boyunca bir dəfə özümün yuxudan oyandığım yadıma gəlmir.Pəncərəni açıq qoyub yata bilmərəm)Yuxudan ən gec 18:00-da durmuşam.
13 may 2016 18:41
# 10
Özün ol!Qəti özənmə özgələrinə!
Kölge
Uşaqlarin ve ev işlerimin elinnen ne vaxt imkan tapsam onda yatiram ferq etmez
13 may 2016 16:25
# 9
Her şeye gore şukur
Gultekin.A
Ayy menin en yarali yerim))13 il eynu vaxtda durmagima baxmayaraq.yene her gun dura bilmirem
13 may 2016 16:03
# 8
..
Fialka
Eyni vaxtda yuxudan oyanmaq vərdiş halına gəlirsə artıq elədə çətinlik olmur. Amma arada hansısa səbəbə görəsə gec oyanırsa insan və bundan narahatdırsa o zaman bu kimi xəbərlərdən fayalana bilər, təşəkkür.
13 may 2016 15:17
# 7
Totu
Booy bu xeber mene hazirlayibsan tomris:) 09 seher cox çetinlikle dururam yuxudan axşam yata bilmirem seherde durmaq olmur:))
13 may 2016 14:02
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
rəmsə
Çox faydalı məsləhətlərdi,ama bəzilərini əməl etmirik,məsələn saat 10 nədi 1-ə,2-yə kimi telefon,kompyuter əlimizdən düşmür.Ona görə də səhərlər güclə dururam.Saat 7.də durub uşaqlarımı məktəbə,yoldaşımı işə yola salan kimi yatıram)),bir də 11.də dururam.Sonra da şikayət edirəm işlərimi çatdıra bilmirəm.Mama da deyir gec duran arvadın işi bitməz23Həqiqətən də elədir,ama neyniyim yuxusuz olanda iş görməyə həvəsim də olmur...
13 may 2016 13:00
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Miss_Oxatan
men burdan yazilanlari etsemde xeyri yoxdu ewi,dururame nolsun,ama zulmle)))ezelden eleyem,mektebe gedende mamam yaziq bezirdi elimden )))seher durmaq ele bilirem en cetin bir iwdir ama mecbur qalxiram,hem kocam iwe gedir hem ozum normada qidalanmaliyam deye.
13 may 2016 12:49
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
qanadli melek
Seher oyanmag menim ucun en cetin iwdi oyana bilmirem.ele bu gun saat 7de iwe qaldirmaliydim yatmiwam telde calib oyana bilmemiwem saat 9da qaldirdim iwe gecikdi 2saat))
13 may 2016 11:59
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
seherler tez dururam uje oyresmisem
13 may 2016 11:24
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Seherler isime gore erken oyaniram. Seher 8 de qalxiram. Cox gumrah oyaniram
13 may 2016 11:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz