Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zeytun yağı alanda bunlara diqqət yetirin
Zeytun yağı alanda bunlara diqqət yetirin
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 321
Səs ver:
Zeytun yağı sağlam qida məhsulu kimi bütün dünyada geniş istifadə olunur. Bu yağın faydalarından bəhrələnmək üçün ən əsas şərtlərdən biri onu alarkən seçimi düzgün etməkdir.
Hazırda satışda müxtəlif növlərdə zeytun yağları təqdim olunur. Bəs zeytun yağı alarkən nələrə diqqət yetirilməlidir?
Üzərinə "Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.
Üzərinə "Extra virgin” yazılan zeytun yağı "Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür.
Üzərinə "Refinado” yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır,  ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.
Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə "Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir.
Hər iki halda zeytun yağının orqanizm üçün faydaları saysız-hesabsızdır. Bu yağın cəmisi 10 faydasını saymaq kifayətdir: 

1. Zeytun yağı insanı orqnizmdə müxtəlif xəstəliklər yarada biləcək zərərli maddələrdən xilas edir.
2. Öz zəngin tərkibinə görə zeytun yağı güşlü antioksidantdır.
3. Ürək, qan-damar xəstəlikləri üçün olduqca faydalı sayılan zeytun yağı, həm də qan təzyiqini normallaşdırır. Məlum olduğu kimi xolestrol ürək, qan-damar xəstəliklərinin yaranmasına səbəb olur. Zeytun yağındakı yağ turşuları doymamış yağ olduğuna görə onda xolestrol olmur. Buna görə o qandakı xolestrolu artırmamaqla yanaşı həm də onu tənzimləyir.
4. Cinsi fəallığın artırılmasında zeytun yağı ən yaxşı təbii vasitədir
5. Xərçəng xəstəliklərinin profilaktikası üçün zeytun yağı xeyirlidir.
6. Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına müsbət təsir göstərir.
7. Böyrəklərdə yaranan xırda daşlardan qurtulmaq üçün zeytun yağı olduqca faydalıdır. Bunun üçün zeytun yağını isti su ilə qarışdırıb qəbul etmək lazımdır.
8. Zeytun yağı həzm prosesini yaxşılaşdırır, mədə və bağırsaqların fəaliyyətini gücləndirir, mədə turşuluğunu azaldır.
9. E vitamini ilə zəngin olduğuna görə dərini təravətli saxlayır, vaxtsız qırışların yaranmasına mane olur.
10. Zeytun yağının ən faydalı xüsusiyyətlərindən biri qaraciyərin fəaliyyətinə müsbət təsiridir.

Zeytun yağı alarkən istifadənizə uyğun seçiminizi doğru edin və sağlamlığınızı bu faydalı qida məhsuluna etibar etməkdən çəkinməyin.


Şərhlər: 5
Baxılıb: 321
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 may 2016 22:06
# 5
efsane..
heqiqetende cox xeyirlidi ozum xeyirlerini gorurem

heqiqetende cox xeyirlidi ozum xeyirlerini gorurem
2 may 2016 22:05
# 4
vipbetul
cox gozel lazimli meliumat oldu
1 may 2016 12:47
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Men de zeytun yagli yemekleri xoslayiram. Cox faydalidir. Yemeklerde istifade edirem
1 may 2016 11:19
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Melumata göre tesekkurler
1 may 2016 10:56
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz