Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səsim tutulub - Nə edim?
Səsim tutulub - Nə edim?
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 267
Səs ver:
Bu çox yayılmış pozulmadır, xüsusilə soyuq fəsillərdə. Səs telləri iltihablaşır və insanın səsi tam və ya qismən batır. Bunun səbəbi boğaz və udlaq iltihabı (əsasən laringit), qışqırıq və ya uzunsürən danışıq ola bilər. Bu pozulma tez-tez müəllimlərdə, diktorlarda, aktyorlarda, müğənnilərdə inkişaf edir. Bunun səbəbi səs tellərinin həddindən artıq yüklənməsidir. 
Bəzən insanın səsi güclü stress nəticəsində də tutula bilər. 
Əgər səsiniz səbəbsiz olaraq, qəfildən tutulub və ya dəyişilibsə, buna ciddi fikir verin. Bu boğazda olan bədxassəli şişin və ya polipin simptomu ola bilər. Dərhal LOR həkiminə müraciət edin. 
Səsin tutulması xəstəni çox narahat edir, onun gündəlik həyatına mənfi təsir edir. 
Bu vəziyyətdə nə etmək lazımdır ki, səs daha tez bərpa olunsun?
- Həkimlərin ilk tövsiyəsi susmaqdır. Səs tellərinə istirahət vermək lazımdır. Bəzən səsi tutulan insan pıçıltıya keçir. Bunu etmək olmaz! Pıçıltı zamanı səs tellərimiz güclü qışqırıq zamanı olduğu kimi yüklənir və bu da xəstənin vəziyyətini daha da ağırlaşdırır, səsin bərpa olunmasını ləngidir. 
- Səsin tutulmasının səbəbi boğaz və ya udlağın iltihabı olarsa, həkimə müraciət edib lazım olan müalicə alın. 
- Qəbul etdiyiniz qidalar soyuq və ya çox isti olmamalıdır. Yumşaq, duru qidaları qəbul edin, qidalara ədviyyatları əlavə etməyin. 
Xalq təbabətində səs tutulması zamanı müxtəlif vasitələrdən istifadə olunur:
- Axşam yatmazdan əvvəl 1 stəkan isti südə 1 çay qaşığı kərə yağı və 1 çay qaşığı bal əlavə edin, yağ əriyənə qədər yaxşı qarışdırın və için. Bu müalicəvi qarışıq boğaz ağrısını azaldır, boğazı çox yaxşı yumşaldır.  
- Kiçik termosa 2 dənə mixək qoyun və üzərinə 1 stəkan qaynar su tökün. 30 dəqiqədən sonra suyu fincana tökün, soyudun və 1 çay qaşığı bal əlavə edib için. Su ilıq olmalıdır. İsti su boğazı daha da qıcıqlandıracaq. 
Bu vasitə də boğazda iltihabı azaldır, boğazı yumşaldır, səsin bərpasına kömək edir.  
- Gündə bir neçə dəfə boğazınızı çobanyastığı, kalendula, adaçayı dəmləməsi ilə qarqara edin. 1 xörək qaşığı quru ot 1 stəkan qaynar suda 15 dəqiqə ərzində dəmlənilir, süzülür və ilıq halda qarqara üçün istifadə olunur. 
- Yatmazdan əvvəl boğazınıza az miqdarda kamfora yağı çəkin və isti yun şərflə bağlayın.  
- Enli ləyənə isti su töküb 2-3 damcı evkalipt və ya nanə efir yağını əlavə edin və suyun buxarından nəfəs alın. Su çox isti, qaynar olmamaldır.  
- Yatmazdan əvvəl ayaqlarınıza xardal əlavə olunmuş isti vanna edin və isti yun corab geyinin.


Şərhlər:
Baxılıb: 267
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz