Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Souslar haqqında
Souslar haqqında
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 333
Səs ver:
Sous fransızca "sauce" - əsas yeməklərə və/(və ya) qarnirlərə vurulan maye ədviyyata deyilir. Souslar yeməklərin mayeliyini və kaloriyasını dahada artirir. Bəzi sousların tərkibinə xüsusi ədviyyatların qatıldığı üçün, onlar insanların həzm orqanlarında bir qədər oyanıqlıq yaradır, həmçinin sousların parlaq rəngləri əsas yeməkləri insana sərfəli şəkildə kölgəyə salır. 

Sousları yalnız hazır yeməklərlə vermirlər, onları həmçinin yeməklərin hazırlanmasında istifadə edirlər: əksər ərzaqları souslarda bişirir və ya qızardırlar. Sousların saxlanması və rahat istifadəsi üçün xüsusi qablar mövcuddur.
Ən çox yayılmış souslar bunlardır: ketçup, mayonez,beşamel (fransızca béchamel), tkemali (gürcücətqemlis sac’ebela), salsa (ispanca salsa), balıq sousu, sarımsaq sousu, göbələk sousu, tartar, qatıq və s.
Beləliklə sous sözünun kökü qədim latın sözü olan salsus — «duzlanmış» mənasına gəlir. Hazırda tanınan və Qədim Roma dövrünə aid olan souslardan biridə balıq sousu — qarum adlanır.
Sousların təsnifatı
Hər bir sous 2 hissədən ibarət olur — maye hissəsi və əlavələr, hansına ki daxildi ədviyyatlar və digər ərzaqlar. Hər hansı mayedən ibarət olan və tərkibində əlavələrin sayı minimum olan sous, əsas sous adlanır. O souslar ki hazırlanmasında bir əsas ərzaq və çox sayda fərqli ərzaqlar, ədviyyatlar istifadə edilib, törəmə souslar adlanır.
Əlavə tərkib hissəsinin xarakterinə görə, sousları iki əsas qrupa bölürlər: unla hazır olanlar və tərkibində un olmayan souslar. Tərkibində un olan sousların rəngi qırmızıdan (qəhvəyi rəngdən qəhvəyi-qırmızı) və ağ (ağdan açıq boz) rənginə qədər ola bilirlər.

Tərkibi unlu Tərkibi unsuz (yalnız ağ rəngdə) Sulu yeməklərdə (qırmızı və ağ):
- ətli sulu yeməklərdə
- balıqlı sulu yeməklərdə
- göbələkli sulu yeməklərdə
Dietik qidalarda:
- suda
- tərəvəzli həlimlərdə
- yarmalı həlimlərdə
Xama tərkibli (ağ)
Südlü (ağ)
 
Kərə yağında
Bitki yağında
Yumurtalı-yağlı
Sirkəli
Əlavə olaraq, temperatur baxımına görə də souslar fərqlənir, isti souslar — isti yeməklərlə verilir, soyuq souslar — soyuq yeməklərlə.
Digər qrupa şirin souslar aiddir. Onları müxtəlif meyvə və giləmeyvəli həlimlərdən, şirələrdən, süddən, qırmızı çaxırdan hazırlayırlar. Əlavə tərkib hissəsi rolunda isə şəkər tozu, vanilin, şokolad, kakao istifadə olunur. Qatılaşdırıcı məhsullar bu souslarda kartof kraxmalı, bəzilərdə isə un olur.
Sousların növləri
 Əsas fransız souslarına aiddilər: 
- espaniol (qəhvəyi rəngdə sous), tərkibində qırmızı ru (sous hazırlanmasında istifadə edilən, un və yagdan ibarət olan qatılaşdırıcı məhlul) və bərk ətli bulyondan (sulu yeməkdən).
- velute (ağ rəngli sous), qızılı rəngdə ru və açıq rəngdə toyuq/mal və ya baliq bulyonundan hazırlanır.
- beşamel (südlü sousdur), ağ ru və süddən hazırlanır.
- holland sousu
XX-ci əsrin əvvəllərində Eskofye əsas sousların sıralarına tomat və mayonezi əlavə etmişdir.

Törəmə sousları adətən əsas sousların tərkibinə müxtəlif ədviyyatlar və ərzaqlar qatmaqla hazırlayırlar. Onlardan bəzilərinin siyahısını gətiririk:
- bearn sousu
- şoron
- dijon sousu
- subiz
- avrora
- morney
 
Bu sousları əsasən balıq və ya bifşteks (ingiliscə steak) ilə hazırlanan yeməklərdə istifadə edirlər. 
Acılı souslar:adjika, tabasko, barbekyu-sous, çili-sous, sambal, xarissa, xren sousu, vasabi sousu

- sambal sousu.

- vasabi sousu (wasabi sauce).
Şirin souslar:şokoladlı sous, karamelli sous, vanilli sous, ingilis kremi, meyvəli souslar.

- karamelli sous.
  Beləliklə, dünyada minlərlə cürbəcür souslar var. Bəzi insanlar onları xoşlayır və daima yeməkərdə istifadə edir, bəziləri isə onlar haqqında düşünəndə belə iştahları qaçır. Lakin hər zaman bilmək gərəkdir ki, hər bir yeməyin öz yaranma tarixi var, ilk olaraq onu bişirən insan, dadan insan və yeməyin düzgün adı. Məhz buna görə də gəlin bizim ətli kartoflu sulu yeməklərimizin adlarını düzgün deyək, sous isə sous kimi tanınsın :)


Şərhlər:
Baxılıb: 333
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz