Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balın sağlamlığınız üçün 10 faydası
Balın sağlamlığınız üçün 10 faydası
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 509
Səs ver:
Bal bəşəriyyət tarixi boyunca dadlandırıcı və qoruyucu kimi istifadə edilmiş bir maddədir. Şirininin ruh halına yaxşı gəldiyi məlumdur amma balın bundan daha çox faydası var.
Vitamin və mineral mənbəyidir
İmmunitet sistemini gücləndirmək də daxil bədəninizə bir çox faydası olan C vitamini baxımından zəngindir. Eyni zamanda sümükləri gücləndirən kalsium baxımından da.
 
Qırmızı qan hüceyrələrinin sayını artırır
Ballı su içmək bədəndəki qırmızı qan hüceyrələrinin sayını artırır, bu da qana daha çox oksigen qarışması anlamına gəlir. Oksigen səviyyəsinin hündürlüyü isə orqanizmin səmərəliyini artırır. Eyni zamanda enerjinizi artırar, daha asan məşq etməyinizi təmin edər.
 
Şəkərə möhtəşəm bir alternativdir
Bal şəkərlidir amma tərkibi səhərlər qəhvəyə əlavə etdiyiniz ağ şəkərdən fərqlidir. Kimyəvi quruluşlarına çox girmədən izah etməyə çalışsaq, bal gerçək şəkərdən ibarətdir.
 
Bir çox tibbi istifadəsi var
Bal antibakteriyaldır və bir dezinfeksiya edici olaraq istifadə edilə bilər. Aparılan klinik sınaqlarda saf balın yara və bəzi digər yaralanmalara yaxşı gəldiyi kəşf edilmişdir. Bundan başqa, bəlğəm və astma müalicələrində də istifadə edilir.
 
Cildi yeniləyir
Bal dermatit və kəpək kimi dəri xəstəliklərini azaldır. Xəstəliyə məruz qalan bölgələrə bal sürtüldükdən sonra yaxşılaşdığı müşahidə edilmişdir. Saç tökülməsinə də faydalı olduğu irəli sürülür.
 
Öskürək dərmanına alternativ
Bal xüsusən də uşaqlarda tıxanıqlıq simptomlarını yüngülləşdirir. Sirop konsistensiyalı bal ağız içində bir təbəqə yaradır və beləliklə təhrik olmuş sahələr yatışır, infeksiya yayılması zəifləyir.
 
Allergiya əlamətlərini azaldır
Çiçəklərdən əldə edilən bal peyvənd kimi allergiya simptomlarını yüngülləşdirir. Orqanizmə kiçik miqdarda aşılamaq zaman ərzində sözügedən kimyəvi maddəyə immunitet inşa edir.
 
Sürətli enerji dəstəyi
İdmançılar enerji azalması yaşayanda bir qaşıq bal yeyirlər. Daha əvvəl də qeyd etdiyimiz kimi bal qırmızı qan hüceyrələri üzərində müsbət təsirə malikdir və oksigen səviyyəsini yüksəldir. Əlbəttə, çox oksigen daha çox enerji deməkdir.
 
Xərçəngdən qoruyur
Bal bəzi xərçənglərin riskini azaldan müxtəlif flavonoidlerdən ibarətdir. Klinik olaraq sübut edilməmiş olsa da, siqaret çəkənlərdə və qadınlarda əhəmiyyətli təsirləri görülmüşdür.
 
Bal dolu təriflər
Bal çayda, şirniyyatlarda və bir çox tərifdə yerini alır. Faydalı olduğu qədər də ləzzətlidir.


Şərhlər:
Baxılıb: 509
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz