Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çaydanı ərpdən təmizləmə üsulları
Çaydanı ərpdən təmizləmə üsulları
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 671
Səs ver:
Kran suyunu istifadə edərək, zamanla çaydanın dibində möhkəm çöküntülər əmələ gəlir. Bu ərpdir. Çaydanı bu cür çöküntülərdən qorumaq praktiki olaraq mümkün deyil. Əlbətdə xüsusi süzgəclərdən istifadə etməklə siz ərpin əmələ gəlməsini gecikdirə bilərsiniz, lakin tam olaraq onun qarşısını almaq mümkün deyil.

Bu arada sual yaranır: bəs çaydanı ərpdən necə təmizləyək? Ərplə dolu çaydanda su gec qızır və xoşagəlməz dad əmələ gəlir. Təbii ki, indiki zamanda bir çox dükanlarda müxtəlif növ ərpə qarşı kimyəvi vasitələri var. Lakin bu məqalədə biz sınanmış xalq vasitələri istifadə etməklə bu problemin öhdəsindən gəlməyə kömək edəcik.
 
Limon turşusu.
Çaydan 2/3 həcmində soyuq su ilə doldurulur və ora limon turşusu əlavə edilir (1 x/q limon turşusu 1 litr suya hesabı ilə). Su qaynama həddinə çatdırılaraq, 5 dəqiqə qaynadılır. Bu cür çaydanı bir gecə saxlayıb, səhər onu yaxşı yumaq lazımdır. Və ya qaynayandan sonra qapağını açıb sirkələyərək, dibində nə qədər ərpin qalmağını görə bilərsiniz. Çaydan kifayət qədər təmizlənməsə, bu üsulu təkrar etmək olar.
 
Sirkə turşusu.
Limon turşusunun əvəzinə, 2 - 2,5 litr çaydan həcminə 100 ml 9% sirkə turşusu istifadə etmək olar. Məhlulu 15-20 dəqiqə qaynadandan sonra boşaldıb, çaydanı təmiz su ilə bir neçə dəfə yaxalayıb və təmiz su ilə qaynadıb boşaltmaq lazımdır.
 
Qazlı sular.
Son illər bir çox evdan xanımlar ərp əleyhinə "Fanta", "Kola", "Sprayt" və bu kimi qazlı sulardan istifadə etməyə başlayıblar. Bu üsulda qeyri adilik yoxdur - onların tərkibində limon şirəsi var. Onları çaydana tökməzdən əvvəl qazları mümkün qədər çıxarılmalıdır. İçki çaydana yarı həcmində əlavə edilir və 5-10 dəqiqə qaynadılır. Bir gecə çaydanda qalıb soyuyandan sonra atılır və çaydan yaxşı yaxalanır. Ərpdən əsər-əlamət qalmayacaq.
 
Unutmayın: hər hansı üsuldan istifadə etsənizdə, nəticədə çaydanı çox sayda yaxalayın, yoxsa "kimyanın" qalıqları zəhərlənmə verə bilər.


Şərhlər:
Baxılıb: 671
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz