Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağız qoxusunu aradan qaldırmağın yolları
Ağız qoxusunu aradan qaldırmağın yolları
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 785
Səs ver:
Həyatınızı kabusa çevirən ağız qoxusu 

Ağız qoxusunun ağız içi ilə bağlı və sistematik səbəbləri var. Sistematik səbəblərə mədə problemləri, boğaz infeksiyaları və ağız quruluğundan yaranan ağız qoxusu daxildir. 

Dişlərdə rast gəlinən ən böyük problem diş ətinin qanamasıdır. Diş əti qanamasıyla nəticələnən ağız qoxusu problemi dental xəxtəliklə əlaqələndirilir. Diş əti ilə əlaqəli olan ağız qoxusu hormonal və irsi səbəblərdən baş verə bilər. Dişlərin müalicəsi zamanı ilk öncə dişlərdə baş verən sümük əriməsi səviyyəsi yoxlanılır. 

Dişlərin ilkin müalicəsi zamanı diş daşları təmizlənir. Diş daşları bakteriya düyününün üzərinə mineralların toplanması nəticəsində yaranır. Diş əti bu daşlara sürtündükcə qanamalar baş verir və bakteriya düyünü daha çox artdığından ağız qoxusu yaranır. Diş əti daşları təmizləndiyi zaman diş ətlərinin şişi yatdıqdan sonra dərin toxumaların daha çox zərər gördüyü ortaya çıxarsa, küretaj deyilən yeni bir müalicə üsulundan istifadə edilir. 

Ağız qoxusunun digər səbəblərindən biri də ağıl dişləridir. Ağıl dişləri çıxarkən, ağız içərisində boşluqlar yaradır. Diş gec çıxdığı zaman həmin boşluqlar bakteriyalarla dolur. Onları təmizləmək çətin olduğu üçün dişlər mütləq çəkilməlidir. 

Burun tıxanıqlığı yaşayan adamlar ağızla nəfəs alarkən, diş ətləri quruyur. Quruyan diş ətləri çatladığı üçün bakteriyalar daha çox yığılır və infeksiyalara yol açır. 

Ağız qoxusunu aradan qaldırmağın yolları 

Ağız qoxusunu aradan qaldırmaq üçün gündə ən azı 2-3 litr su içmək lazımdır. Su içmək ağızda tüpürcək axınını artırır və ağızın təmizlənməsini təmin edir. Tüpürcək dişlərin üzərinə bakteriya düyünlərinin yığışmasına mane olur. 

Yeməyi tək tərəfli çeynəmək qanama və ağız qoxusuna səbəb olur. Bir tərəfli yemək yemək hərəkət edilməyən tərəfdə dişlərin üzərinə bakteriyaların yığılmasına səbəb olur. Qidanı hər iki tərəflə çeynəmək lazımdır. 

Yediyimiz, içdiyimiz hər bir qida dilimizə toxunduğu üçün dilimizi də fırçalamalıyıq.


Şərhlər:
Baxılıb: 785
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz