Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adət edilmiş məhsulların ağlınıza belə gəlmiyən yerlərdə istifadəsi
Adət edilmiş məhsulların ağlınıza belə gəlmiyən yerlərdə istifadəsi
Göndərən: ALESSANDRA
Şərhlər: 11
Baxılıb: 836
Səs ver:
Çoxları gündəlik istifadə üçün nəzərdə tutulmuş məhsulların iki dəfə daha çox xeyir gətirə biləcəyini heç bilmir. Sizə müxtəlif üsullar ilə istifadə edilə biləcək bir neçə məhsul haqqında faydalı məlumatlar təqdim edirik.

Duz
Çaır ləkələrini uzaqlaşdırmağa kömək edir. Ləkəni isladıb üzərinə duz səpin. 10 dəqiqə sonra isə soyuq su ilə yaxalayın və zəruri olduqda proseduru təkrarlayın.
Duz şamı axmağa qoymur. Şamları bir neçə saatlıq duzlu suya yerləşdirin. Onları qurutduqdan sonra istifadə zamanı görəcəksiniz ki, parafin yanarkən axmayacaq.

Distillə edilmiş ağ sirkə
Solğun tərəvəzlərə və göyərtiyə təravəti qaytarır. Bunun üçün iki stəkan suya 1 x.q. sirkə əlavə edib göyərtini və tərəvəzləri 10 dəqiqəlik alınmış məhlula yerləşdirin.
Yuma vaxtı rəngli paltarların rənglərinin qarışmasının qarşısını alır. Bunun üçün paltaryuyan maşına bir stəkan sirkə əlavə etmək lazımdır. Pendiri kifin yaranmasından qoruyur. Bunun üçün pendiri ağ sirkədə isladılmış kağız dəsmala bükmək lazımdır.

Vazelin
Avtomobilin qapılarını donmadan qoruyur. Bunun üçün avtomobilin qapısında təcrid edilmiş üzləməyə incə qatla vazelin çəkin.
Ev şəraitində edilmiş manikürə peşəkar mükəmməllik verir. Bunun üçün pambıq çubuğunun köməyi ilə dırnağın konturuna vazelin çəkin ki, dırnaq boyası dəriyə düşməsin.

Bal
Xumarlıqdan müdafiə edir. Əgər dünən bir qədər çox içki qəbul etmisinizsə, bu zaman 1 qaşıq bal yeməyə
çalışın.
Kiçik yaralar üçün sarğı kimi istifadə edilə bilər. Bal antibakterial təsirə malik olduğu üçün, yəni xəstəlik törədən mikrobların artmasının qarşısını aldığı üçün kiçik yaralar, yanıqlar, kəsiklər və ya sıyrıntılar vaxtı müalicə məlhəmi kimi istifadə edilə bilər.

Alma sirkəsi
Qırmızı angvillərə qarşı əla vasitədir. Angvil səpgisi zamanı iltihab sahələrə suda həll edilmiş alma sirkəsi çəkmək olar.
Saçlar üçün kondisioner. Bir stəkan ilıq suya 1 x.q. alma sirkəsi əlavə edin və şampunla yuduqdan sonra saçlarınızı alınmış vasitə ilə yaxalayın. Bu saçlardan sabun ərpini uzaqlaşdırmağa kömək edəcək, saçları parlaq və sözəbaxan edəcək!
Balığı pullardan təmizləməyə kömək edəcək. Bunun üçün balığı sirkədə isladılmış salfetlə sürtün, sonra isə onu təmizləməyə başlayın. Bu zaman balığın pulları daha asan təmizlənəcək, əlləriniz isə daha az balıq qoxuyacaq.

Aspirin
Ayaq dərisini yumşaldır. Bunun üçün 6-7 aspirin həbi əzib 1 ç.q. limon şirəsi ilə qarışdırın və sıyıq halına qədər çatdırmaq üçün üzərinə ilıq su əlavə edin. Alınmış qarışığı dəriyə çəkin və dəsmala bükün. 10-15 dəqiqədən sonra həmin sahəni daban daşı ilə təmizləyin.
Otaq bitkilərinin yaxşılaşdırılması üçün vasitə. Bitkiləri sulayarkən suda 1-2 aspirin həbini həll edin. Bu yeni və sağlam kök sistemini formalaşdırmağa kömək edəcək.

Zeytun yağı
Rəngin uzaqlaşdırması üçün vasitə. Dəridən rəngi uzaqlaşdırmaq üçün sadəcə duz və ya şəkər tozu ilə qarışdırılmış zeytun yağından istifadə edin.
Dəri ayaqqabıları parıldatmaq üçün vasitə. Bir az zeytun yağı və yumşaq parça sizin dəri ayaqqabılarınıza qüsursuz görünüş verəcək.
Saçlardan saqqızın çıxarılması üçün vasitə. Saçınıza yapışmış saqqızın və ətraf tüklərin üzərinə zeytun yağı çəkin. Bir az saxladıqdan sonra saçlarınızı yavaşca daramağa başlayın. Sonra isə adi şampun ilə saçlarınızı yuyun.


Şərhlər: 11
Baxılıb: 836
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
coxunu bilmirdim maraqli oldu secilmiwlere atacam muellife tewekkurler
22 aprel 2016 20:13
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Kölge
Maraqli idi......
22 aprel 2016 15:14
# 10
Her şeye gore şukur
Barbaris
twkler xebre gore maraqli melumatdir
22 aprel 2016 14:35
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
tenha cicek
cox maraqlidir bilmek faydalidir
22 aprel 2016 14:08
# 8
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
vipbetul
faydali mehsullardir
22 aprel 2016 12:03
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Gündəlik məişətdə istifadə olunan faydalı və lazımlı məsləhətlər idi, təşəkkür.
22 aprel 2016 11:47
# 6
Antikvar
Duzlu suya şamın qoyulması haqqında olan məlumat mənə görə faydalı oldu,yoxlamağa dəyər ,çünki axmış şamı təmizləməyi heç sevmirəm )
Saqqızın saçdan götürülməsi məlumatıda özüm üçün qeyd etdim,oğlumun başında saqqızlara bəzən görürsən çox rast gəlirəm məcburən həmən yeri qayçıyla kəsirəm)
Təşəkkürlər faydalı məlumatlar oldu
22 aprel 2016 11:31
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
22 aprel 2016 10:58
# 4
BARBI
Her biri faydali melumatlardi. Erzaqlarin bu istifadelerini bilirem.
22 aprel 2016 10:55
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Asprinden bawqa hamisini bilirem
22 aprel 2016 10:36
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
NURANE
Hec bulari bilmirdim twk
22 aprel 2016 10:24
# 1
zalimin zulmu varsa seveninde Allahi var
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz