Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öskürəyi kəsən ən təsirli təbii üsullar
Öskürəyi kəsən ən təsirli təbii üsullar
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 486
Səs ver:
Öskürəkdən xilas olmaq üçün təbii üsullara müraciət edə bilərsiniz.
  
Heyva
Heyvanın həm meyvəsi, həm də yarpaqları öskürəyə qarşı təsirlidir. O, boğaz infeksiyalarını aradan qaldırır və sinəni yumşaldır. Qurudulmuş heyva yarpaqlarını 10-15 dəqiqə, təzə heyva yarpaqlarını isə 3-5 dəqiqə dəmləyərək gündə 2-3 fincan için.
 
Heyva yarpağı çayına bal və cökə çayı əlavə etməklə, onun təsirini daha da artıra bilərsiniz.
 
1 çay qaşığı əzilmiş heyva toxumunu 1 fincan qaynar suda 5-10 dəqiqə dəmləyin. Bu çayların hər birini gündə 1-2 dəfə içə bilərsiniz. Çaya şəkər əlavə etməmək məsləhətdir. Bitki çaylarını yeməklərdən 30 dəqiqə qabaq və ya 1-2 saat sonra içmək tövsiyə olunur.
 
Qara istiot və bal
Araşdırmalar qara istiotun immunitet sistemini gücləndirdiyini, orqanizmi xərçəngdən qoruduğunu, mədədəki yanğı hissini və spazmı aradan qaldırdığını sübut edib. Qara istiot öskürəyə qarşı da təsirlidir. Onun dənələrini ilıq suda dəmləyib üzərinə bir az bal əlavə edərək içmək olar. Gündə 1 dəfə içmək kifayət edəcək.
 
Hil və yaşıl çay
Hil və yaşıl çay immuniteti gücləndirir. Boğazdakı qıcıqlanmanı, ağrını aradan qaldırır. Yaşıl çay və hildən hazırladığınız çayı həm içə, həm də onunla qarqara edə bilərsiniz.


Şərhlər: 8
Baxılıb: 486
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumatdi

lazimli melumatdi
28 aprel 2016 20:54
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
heyvani cox sevirem xeberim var idi
28 aprel 2016 11:51
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
evli.mutlu.cocuklu
Heyvani çox sevirem
28 aprel 2016 11:47
# 6
son bahar
Heyvani bilirdim...cox tesirli vasitedi
28 aprel 2016 11:23
# 5
...
Antikvar
Heyvanın tumunu qurudub onlardan verirəm uşaqlara öskürən zaman xeyridə çoxdu həqiqətən,bir zamanlar balaca oğlumun öskürəyinə heç bir dərman preparatları təsir etmirdi sonunda bu vastəni sınayıb verdim xeyri çox oldu.
İstiot mədənin yanma hissinin qarşısını alır amma məndə isə əksinə yanma problemi olur hətta bal belə yesəm mədəmdə yanmalar hiss edirəm.Ola bilsin bir çoxlarına xeyrli ola.Təşəkkürlər faydalı məlumat oldu.
28 aprel 2016 11:03
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
YalniZ-ArZu
Usdunuze sagliq,ele xestelenmiwem ki...meslehetler lap yerine duwdu,coooox sagooluuuun....
28 aprel 2016 10:53
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
qanadli melek
Heyvani bilirdim cox tez tesir edir oskureye
28 aprel 2016 10:08
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Bal ve sudden istifade etmisem. Oskureye bire bir effekt gosterir
28 aprel 2016 08:23
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz