Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünüzü həmişə halsız hiss etməyinizin 5 əsas səbəbi
Özünüzü həmişə halsız hiss etməyinizin 5 əsas səbəbi
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 417
Səs ver:
Səhər oyananda, gün ərzində davamlı olaraq özünüzü yorğun, halsız, enerjisi tükənmiş və yuxusuz hiss edirsinizsə və bunun səbəblərini bilmirsinizsə, biz sizə bu yazımızda dünyada geniş yayılmış bu problemin səbəblərini göstərmişik.

1. Az və keyfiyyətsiz yuxu
Keyfiyyətsiz yuxu 2 səbəbdən ola bilər. Yuxu müddətinin azlığı və rahat olmamağınız. Gündə 8 saatı yuxuya ayırmaq sağlamlıq üçün çox əhəmiyyətlidir. Yuxu müddətinizi artırmaq üçün tez yatıb, kifayət qədər dinlənməlisiniz. Əgər yuxunuzun keyfiyyəti azdırsa, buna səbəb özünüzü rahatlatmamağınız, xoruldamaq və ya yatdığınız otağın işıq və səs baxımından yatmaq üçün uyğun olmamasıdır. Bu problemləri həll etmədən halsızlığınızın keçməsi mümkün deyil.

2. Stresli olmaq
Gün boyu stresli olmaq sizin kefinizi poza bilər və insan kefi pozulduğunda yatmaq istəyir, enerjisi və istəyi azalır və özünü halsız hiss edir. Özünüzü rahatlatmağı bacarmalısınız. Çox vaxt bu, elə də asan olmur və kömək istəmək lazım ola bilir. İşdən sonra mütləq özünüzə vaxt ayırın, sevdiyiniz şeyləri edin və başınızı qatın. İnsanlarla münasibətdə də hər şeyi dərt etməməyə çalışın. Həyat 2 günlükdür və buna görə bir az da xoşbəxt olmaq üçün çalışmaq lazımdır.

3. Dəmir və ya vitamin çatışmamazlığı
Dəmir azlığı olduğu halda halsızlıq, baş dönməsi və gün ərzində yuxulu olmaq kimi əlamətlər görülür. Bununla yanaşı, sağlıqsız və yetərsiz qidalanma nəticəsində yaranan vitamin çatışmamazlığı olduqda da həm yuxu keyfiyyətiniz aşağı düşür, həm də gün ərzində özünüzü halsız və yorğun hiss edirsiniz. C, D, B12 başda olmaqla digər B qrup vitaminləri, dəmir, maqnezium və kalsiumla zəngin olan qidaları daha çox istifadə etməyə çalışın. Beləliklə, qidalanma ilə əlaqəli olan halsızlığınız düzəlməyə başlayacaqdır.

4. Yuxu apnesi və xoruldamaq
Yuxunun keyfiyyətini aşağı salıb, sizi halsız edən səbəblərdən biri də gecə yatarkən xoruldamaq və yuxu apnesi xəstəliyinə sahib olmaqdır. Xoruldayan adamın yuxusu keyfiyyətli ola bilməz. Belə insanlarda tez-tez oyanmaq rahat yatmağa və dincəlməyə mane olur. Həmçinin, gecə nəfəs tutulmalarına səbəb olan yuxu apnesi də yuxunun keyfiyyətinin aşağı düşməsinə şərait yaradır. Hər iki problemi həll etmək üçün mütləq tibbi dəstək almalısınız.

5. İnsomniya xəstəliyi
İnsomniya və ya yuxusuzluq xəstəliyi olanlar yuxuya gedə bilməmək, ya da bütün gecəni yata bilməmək kimi problemlər yaşayırlar. Əgər bu problemlərlə üzləşirsinizsə, mütləq həkimə müraciət etməlisiniz. İnsomniya kafeinin çox istifadə edilməsindən, uzun müddət yuxusuz qalmaqdan və qeyri-düzgün yuxu vərdişlərinizin olması hallarında yaranır. İnsomniya ilə mübarizə aparmaq üçün zehni olaraq özünüzü rahatlatmaq, davamlı idmanla məşğul olmaq, düzgün qidalanmaq, kafein istifadə etməmək və rahatladıcı bir yuxu mühiti hazırlamaq olduqca faydalı olacaqdır.


Şərhlər: 9
Baxılıb: 417
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Azəri_Ledi
1 2 3 əlamətlər məndə var
12 mart 2016 19:19
# 9
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
vipbetul
ozumu sukur yaxsi hiss edirem gunun gedisatindan asli olaraq
12 mart 2016 16:47
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Stessli olan zaman kefim pozulur halsizlasiram
12 mart 2016 11:20
# 7
BARBI
Mende sonuncu haldir. Yuxuya getmek problemi var. en tez 1 saata yuxuya gedirem
12 mart 2016 10:11
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
gecələr yaxşı yatmayanda, tez tez oyananda bütün gun esebi oluram
12 mart 2016 10:06
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
ɢüмüş
Meni hemise stress halsiz edir.
12 mart 2016 09:53
# 4
Fidan ALYEVA
Deyesen 3cu mene aiddir
12 mart 2016 07:33
# 3
.O.F.S.
Dosta_inam
Bəzən olur halsızlığım, oda qanım azdır, ondan olur düşünürəm. Yoxsa yuxu filan məndə normadan da artıqdır.
12 mart 2016 05:16
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ulduz
Özümü yüngül rahat hec vaxt hiss etməmisəm. Qanim az oldugu ucun halsız oluram.
12 mart 2016 04:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz