Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saxta xəzi ayırd etməyin 7 yolu
Saxta xəzi ayırd etməyin 7 yolu
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 263
Səs ver:
Qış aylarının gəlməsi ilə birlikdə bir çox qadın xəz geyimlərinə bürünməyə başladı. Ancaq xəz seçimi edərkən öncədən məlumatlı olmaq saxta xəzləri gerçək xəzlərdən ayırd edə bilmək üçün olduqca önəmlidir. Təbii ki, heç kəs belə yüksək məbləğ ödəyərək saxta xəz almaq istəməz. Həqiqi xəzin qiymətini ödəyib, saxta xəz almamaq üçün isə yazımızı sonunadək oxuyun!

1. Həqiqi xəzin səthinə toxunulduğu zaman həqiqi bir heyvanın tükünə toxunulurmuş kimi hiss olunur.

2. Həqiqi xəz yandırıldığı zaman neylon kimi ərimək yerinə yanmış insan saçı kimi iylənirsə, o zaman bu, həqiqi xəzdir.

3. Həqiqi bir heyvanın tükləri hər zaman dik və yumşaq olur. Misal üçün, əlinizə alanda iç tərəfindəki dəriyə diqqət etməlisiniz. Dəriyə bənzədilmiş saxta xəzlərdə tüksüz olan hissəyə baxanda onun saxta olduğunu anlamaq olar.

4. Saxta xəzi ayırd edə bilmək üçün diqqət edə biləcəyiniz bir digər məqam isə saxta xəzlərin olduqca yüngül olmasıdır. Həqiqi xəzlər isə onlarla müqayisədə çox ağırdır. Həddindən artıq yumşaq tüklərə sahib və yüngül xəzləri həqiqi xəzlərdən ayırd etmək heç də çətin deyil.

5. Saxta xəzlərdə yağış yağdığı zaman xəzin tükləri tamamilə yapışır və heç bir zaman tam şəkildə əvvəlki vəziyyətinə qayıtmır. Həqiqi xəzlərdə isə natural tük örtüyü olduğu üçün yağış suyu üzərindən axıb gedir.

6. Qiymət fərqinə diqqət etməyinizdə də fayda vardır. Saxta xəzlər qiymət baxımından həqiqi xəzlərdən ucuzdur. Həqiqi xəzlər isə kifayət qədər bahalıdır və hər bir xəz geyimin öz sertifikatı vardır.

7. Tülkü xəzlərində isə tülkülərin tükləri olduqca yumşaq və uzun olduğundan, saxta kimi görünə bilər, lakin bunu da ayırd etmək mümkündür. Tüklərin dibinə baxsanız, həqiqi dəri ilə saxtasını ayırd edə biləcəksiniz.

Bütün bunlarla birlikdə mümkün olduğu qədər xəzləri sadəcə xəz-dəri mağazalarından almağınızı məsləhət görürük. Çünki digər mağazalarda hazırlanan və satılan xəzlər arasında saxta xəzlər çoxdur.


Şərhlər: 6
Baxılıb: 263
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
Yoldasim ayird edir illərdi bu işlə məşğuldu.
7 mart 2016 23:57
# 6
Fi-Ra
Xəzi sevənlərçin yaxşı məsləhətlərdir
7 mart 2016 20:52
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Dosta_inam
Yoldaşım ayırd edir, o alır, mən dəqiq bilmirəm doğrusu.
7 mart 2016 17:38
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
xezlerden isdifade etdiyime gore bunlari bilirem
7 mart 2016 14:24
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Nə qədər originala yaxın saxta xəz olsada onun həqiqi olub olmamasını bilmək olur )..
7 mart 2016 11:38
# 2
BARBI
Saxta xezi deqiqesinde anlayiram. Men heqiqi xezden istifade etmirem
7 mart 2016 10:47
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz