Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mətbəxdə sizə lazım olacaq 20 məsləhət
Mətbəxdə sizə lazım olacaq 20 məsləhət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 744
Səs ver:
1. Tort, puding və dondurmanı incə şokolad dilimləri ilə bəzəmək istəsəniz, şokoladı dilimləmək üçün tərəvəz soyucu istifadə edin.
2. Biskvit və peçenye xəmiri rəngləndirmək üçün qida boyası istifadə edərkən, əllərinizi boyamamak üçün hazırladığınız xəmiri soyuducu paketinə qoyub yemək boyasını damladın və paketi sıxaraq rəng bərabər dağılana qədər yoğurun.
3. Keks hazırladığınızda vəsaitləri qarışdıranda, xəmir qaşığa yapışa bilər. Xəmiri qarışdırmadan əvvəl qaşığı südə vursanız, xəmir yapışmaz.
4. Ağzı dar şüşələri təmizləmək üçün bir az su, yuyucu və bir qaşıq düyü əlavə edib çalxalayın.
5. Dondurmanı qablara doldurarkən, qaşığa yapışmaması üçün, əvvəlcədən qaşığı suya vurun. Bu, dondurmanın qaşığa yapışmamasını və düzgün çıxmasını təmin edər.
6. Bıçağınız paslandısa, yarım quru soğanın üzərinə pudra şəkəri səpin və bıçağı bununla ovun. Ləkə keçməzsə, eyni soğana karbonat səpib bununla ovun.
7. Şüşə qırıqlarını şəffaf yapışqanlı lentin iki ucundan tutaraq toplasanız, əlinizə şüşə batmaz. Görmədiyiniz kiçik şüşə qırıqlarını da, yaş pambıqla asan toplamaq olar.
8. Xəmir işlərindən sonra mətbəx dəzgahını təmizləmək üçün bir az duz səpib nəmli bezlə silin.
9. Pendirin kəsik kənarlarına kərə yağı sürətsəniz sərtləşib qurumaz.
10. Peçenyelərinizin zamanla sərtləşməməsi üçün, qapağı çox yaxşı bağlanan qutuda, bir-iki dilim alma ilə birlikdə saxlayın. Beləcə, peçenyelər uzun müddət təzə qalıb sərtləşməzlər.
11. Peçenye və biskvitləri qoyduğunuz qutuya bir neçə ədəd qənd qoymaq təzəliklərini uzun müddət qorumaqlarını təmin edər.
12. Quruyan, bayat çörəklərinizi kiçik kubik şəklində doğrayın, sonra sobada ya da duru yağda qızardaraq, suxari hazırlayıb yeməklərinizdə istifadə edə bilərsiniz.
13. Buz qəliblərinizi su ilə doldurmadan əvvəl bölmələrə portağal, limon, istədiyiniz meyvə dilimləri, ya da kofe yerləşdirsəniz, dadı xoş və dekorativ buzlar əldə etmiş olarsınız.
14. Qoz və quru meyvələrin qabıqlarını atmayıb manqal yandırmaq üçün istifadə edə bilərsiniz.
15. Qəhvə saxladığınız qaba bir ədəd qənd qoysanız, qəhvəniz bayatlamaz.
16. Paket çayları içdikdən sonra atmayın. Paketi fincandan çıxarıb, çiçəyinizin dibçəyinə qoyun. Beləcə çiçəkləriniz susuz qalmaz. Paketləri bir neçə gündə bir dəyişdirin.
17. Yumurtalar uzunsov tərəfləri aşağı gələcək şəkildə bağlı bir qabda saxlanmalıdır. Beləcə daha uzun müddət təzəliyini qoruyur və digər yeməklərin qoxusunu almaz.
18. Çatlamış yumurtanın çatlaq olan yerinə limon suyu sürüb yumurtanı saxlaya bilərsiniz.
19. Yumurtanın təzə olub olmadığını anlaya bilmək üçün soyuq duzlu su dolu bir kasaya atın. Yumurta dibə çöksə təzədir, suyun səthinə çıxarsa bayatdır.
20. Yumurta qaynatdığınız suyu atmayın. İçindəki minerallar son dərəcə faydalıdır. Bu suyu soyutduqdan onra, çiçəklərinizi sulaya bilərsiniz.


Şərhlər:
Baxılıb: 744
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz