Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Paltar ütüləməyin incəlikləri
Paltar ütüləməyin incəlikləri
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 464
Səs ver:
Paltarların ütüləməsi kifayət qədər mürəkkəb prosesdir. Düzgün ütüləmə paltarın görünüşünü yaxşılaşdırır. Düzgün olmayan ütüləmə isə paltarları korlaya bilər.

Sizə düzgün ütüləmənin bəzi qaydalarını təqdim edirik:
Sağdan sola və paltarın gen hissəsindən dar hissəyə kimi ütüləmək lazımdır. Paltarları eninə yox, uzununa ütüləyirlər.

Əvvəl paltarların xırda detallarını ütüləyirlər – qolları, yaxalıqları, manjetləri, büzmələri, cibləri, naxışları, krujevaları.

Ütülədiyiniz paltar nə qədər nazik olsa, onun altındakı səth bir o qədər qalın olmalıdır və əksinə. Nazik paltarları ütülədikdə ütü stolunun üzərinə bir neçə qat qatlanmış qalın ədyal qoyun. Qalın paltarları ütülədikdə isə ütü stolunun üzərinə nazik parça sərin.

Heç vaxt ləkəsi olan paltarları, ağları və s. ütüləməyin. Onları mütləq təmizləmək lazımdır, çünki üstünə ütü vurulmuş ləkələri sonradan təmizləmək çox çətindir, çox vaxt isə qeyri-mümkündür.

Paltarları tam quruyana kimi ipdə saxlamayın. Bir qədər nəm paltarlar daha asan ütülənir.

Paltarları və s. əşyaları tam quruyana qədər ütüləyirlər, əks halda onlar qatlananda və saxlananda əziləcəklər.

Evdar qadınların çoxu eyni səhvi təkrarlayırlar: ütülənmiş paltarları yığırlar və dərhal şkaflara yerləşdirirlər. Bunu etmək olmaz, çünki ütüləmə vaxtı yığılmış istilik həm parçaya, həm də şkafdakı atmosferə mənfi təsir göstərir. Ona görə də ütüləyəndən sonra ağları və paltarları 2 saatdan az olmayaraq otaqda saxlamaq lazımdır. Bu, xüsusilə cibli, klapanlı, qatlı, relyefli, volanlı və s. paltarlara aiddir.

Avropa və Amerika ölkələrində yataq dəstləri ütüləmirlər. Ütüləmə onların hiqroskopik xüsusiyyətlərinə (rütübəti özünə çəkmək xüsusiyyəti) mənfi təsir edir və bu səbəbdən ziyanlı sayılır.

Yenidoğulmuşların bütün paltarları hər iki tərəfdən ütülənməlidir. Yenidoğulmuşların dərisi çox nazik və həssas olur ki, paltarda olan ən kiçik qat körpənin dərisini sürtə bilər.

Xovlu xalatları, məhrabaları və s. ütüləmək olmaz. Belə etdikdə onlar öz keyfiyyətini itirir, codlaşır. Əgər bunu bilmirdinizsə, səhvi asan düzəltmək olar: onları 15-20 dəqiqəyə ilıq duzlu suya qoyun, sonra sıxın və qurudun. Quruyandan sonra onlar yumşaq və xovlu olurlar.

Yun paltarı ütüləyəndə ütünü parçanın üzərində sürüşdürmürlər, onu bir yerdən o biri yerə qoyurlar. Bu, paltarın formasını dəyişməyə qoymur.

İpək paltarları bir qədər nəm ütüləyirlər. Əgər onlar çox quruyublarsa, yarım saata yaş parçaya bükmək lazımdır.

Bəzi evdar qadınlar səhvə yol verib, ütü çəkməzdən əvvəl ipək paltarları nəmləndirmək üçün onlara su çiləyirlər. Bunu etmək olmaz, çünki su damcıları parçada ləkələr qoyur, həddindən artıq nəmləndirmə parçanı cod edir. Ən yaxşısı budur ki, ipəyi tərs üzündən, üstünə nazik parça qoyub ütüləyəsiniz.


Şərhlər: 9
Baxılıb: 464
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Marta
Paltar utuleye bilirem sadece cox mukemmelciyem yeni qusursuz utulemeye calisiram ona gorede sebrim catmir hetda esebden agladigim da olub)))
4 mart 2016 22:40
# 9
Немного терпения, и у тебя все получится..
vipbetul
paltar utulemirem
4 mart 2016 19:47
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Ütüylə aram yaxşıdır)) buna görə qeyd edilən məsləhətləri bilirəm amma bilməyənlər üçün faydalı məlumatdı)).
4 mart 2016 15:05
# 7
ayka95
Hec sevmediyim bir isdi amma mecburen edirem burda yazilanlarin hamisina emel edirem
4 mart 2016 14:51
# 6
1205
Sevmirem utu işini
4 mart 2016 14:05
# 5
Zinyet
Men birdene walvara ve koyneke xett sala bilmirem alunmir mende biri duz alinsada o birisi eyri olur

En cox sevdiyim weydir paltar utulemek pencere silmekden birde gazan tava yumagdan zehlem gedir
4 mart 2016 13:52
# 4
Tomris Müslümova
Heç sevmədiyim iş bir paltar ütüləməkdir birdə qab yumaq.Ancaq əlimnən gəlir.İstənilən paltarı ütüləyə bilirəm.
4 mart 2016 13:16
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
Heç sevmədiyim hətta nifrət edibdə məcburən etdiyim iş))Paltar ütüləməyi heç sevmirəm o dərəcədəki,bir dolu karzina paltarları neçə dəfə yığıb sonra bir gün onlar üçün vaxt ayırıram demək olar onları iki üç saata qurtarııram ))Bütün incəliklərdən xəbərim var nə qədər sevməsəmdə,məndə təzə ütülənmiş paltarları sırazı şkaflara yerləşdirmirəm hardansa oxumamışam sadəcə özüm düşünərdim isti paltarları sırazı şkaflara qoysaq paltarlara ziyan olacaq mən iki saatdan sonra yox səhəri yerləşdirirəm şkaflara.nəinki yeni doğulmuş mən beş altı yaşdakı oğlanlarımın paltarlarını belə iki tərəfli ütüləyirəm.Tşklər bilməyənlər üçün faydalı məlumatdı.
4 mart 2016 10:41
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Utusuz paltar hec vaxt geyinmerem. Paltari novune gore derecesini dndirib utuleyirem
4 mart 2016 10:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz