Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Paltarları güvədən qorumaq üçün 10 məsləhət
Paltarları güvədən qorumaq üçün 10 məsləhət
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 384
Səs ver:
Güvənin 30-a yaxın növü var. Onların bəziləri yun, digərləri yarmalar, un, quru meyvələri, tərəvəzləri və s. yeyir.
Burada biz paltar yeyən güvədən danışacayıq.
İnsanların əksər hissəsi elə bilir ki, paltarlarımızı uçan güvə yeyir. Bu belə deyil. Yaxından tanıdığımız güvə-kəpənək paltarlara yumurtalarını qoyur, daha sonra oradan qurdlar çıxır. Məhz bu qurdaların böyüməsi üçün qida (yəni bizim paltarlarımız) lazımdır.
Güvənin bu növü yun, xəz, təbii məxmər, tük və s. yeyir.

Paltarlarımızı güvədən necə qoruyaq?
1. Güvə (daha dəqiq desək, onun qurdları) gün şüalarını və təmiz havanı sevmir. Məhz bu səbəbdən tez-tez geyinilən paltarları güvədən qorumağa ehtiyac yoxdur. Lakin uzun müddət ərzində şkaflarda, dolablarda qalan, geyinilməyən paltarlar və s. ev əşyaları (yastıqlar, yorğanlar, döşəklər, yun xalçalar və s.) təhlükə altındadır. Bu səbəbdən belə paltarları və ev əşyaları tez-tez günə vermək, havaya çıxartmaq lazımdır.
2. Paltarları şkaflara yığmamışdan əvvəl onları mütləq yumaq və ütüləmək, mümkün olduqda isə yaxşı təmizləmək lazımdır. Güvə çirkli, tərli paltarları daha çox xoşlayır.
3. Naftalindən istifadə etməyin. Bu vasitə insan orqanizminə kanserogen (xərçəng əmələ gətirən) təsir edir. Naftalin xüsusilə uşaqlar üçün ziyanlıdır.
4. Paltarları və s. ev əşyaları güvədən qorumaq üçün xüsusi müasir güvə əleyhinə vasitələrdən istifadə edin. Bu vasitələr sağlamlığa mənfi təsir etmir və paltarları qoruyur.
5. Lavanda və şam ağacının efir yağları güvəni qovur. Bu yağlarda pambıq diskləri isladın və şkafların və dolabların künclərinə qoyun. Vaxtaşırı olaraq diskləri dəyişin.
6. Nənələrimiz güvədən qorunmaq üçün tütündən istifadə edirdi. Bu sınanmış vasitədir. Tütünü şkafların künclərinə, xəzlərə, yun paltarların, yun ev əşyaların arasına tökün.
7. Güvə ətirşah bitkisinin iyini sevmir. Əturşahın təzə yarpaqlarını paltarların arasına, şkaflara qoyun və vaxtaşırı olaraq qurumuş yarpaqları təzələri ilə əvəz edin.
8. İstiotun, sitrus meyvələrin iyi də güvəni qovur. Şkaflara quru portağal və ya limon qabıqları qoymaq, künclərə istiot tökmək olar.
9. Şkafların və dolabların qapılarını vaxtaşırı olaraq açın və bir müddət açıq vəziyyətdə saxlayın. Təmiz hava güvəni qovur.
10. Onu da nəzərə alın ki, bütün sadaladığımız vasitələr güvəni qovur, onu öldürmür. Əgər güvə artıq şkaflarınızda, dolablarınızda məskən salıbsa, tütün, lavanda, ətirşah və s. bu kimi vasitələr kömək etməyəcək. Paltarları xüsusi vasitələrlə işləmək lazımdır.


Şərhlər: 7
Baxılıb: 384
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazim ola biler bu vasitelerde
12 aprel 2016 00:33
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sizin 1205
Sitat: BARBI
Siqaret qoz yarpagi ya da tutun qoyuruq. Cox effekt verir. Guveden qoruyur
11 aprel 2016 23:49
# 6
L
qanadli melek
Nenem hemise qoz yarpaqi qoyurdu ancaq biz hecne etmirik
11 aprel 2016 19:23
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
zezema
maraqli melumatdi. lavanda diskləri yaxshi olar
11 aprel 2016 19:15
# 4
Bir hissimi itirmishem - TEECCUBLENMEK
BARBI
Siqaret qoz yarpagi ya da tutun qoyuruq. Cox effekt verir. Guveden qoruyur
11 aprel 2016 19:12
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Xebere gore tesekkurler
11 aprel 2016 18:40
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
rəmsə
Mən tütündən istifadə edirəm,dolabımda cürəbəcürə siqaret tapmaq olar02keyifArada lazım olanda yoldaşıma borc verirəm,sonra deyirəm siqaretimi qaytar23
11 aprel 2016 18:09
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz