Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ev ximçistkası ləkələri aparırıq
Ev ximçistkası ləkələri aparırıq
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 448
Səs ver:
Bəzən ləkələr xanımlar üçün ciddi problemə çevrilir. Müasir  ləkə aparmaq üçün olan xüsusi vasitələrin istifadəsi heç də hər zaman lazım olan nəticəni vemir, bəzən isə əşya hətta korlanır.

Adi vasitələrin köməyi ilə paltarlara düşmüş bir çox ləkələri ev şəraitində təmizləmək mümkündür. Sizə ev "ximçistkası”nın bəzi reseptlərini təqdim edirik:
– Təzə ləkələr daha tez və asan təmizlənir. Bu səbəbdən paltara, süfrəyə və s. düşən ləkəni dərhal təmizləməyə çalışın. Bu mümkün olmadıqda ləkənin üzərinə qalın qat adi duz tökün.
– Təzə ləkələrin bir çox hissəsini adi su və camaşir tozla aparmaq olur.
– Ləkələri təmizləyərkən ləkənin kənarlarından ortaya doğru təmizləmək lazımdır. Əks halda ləkə daha da yayılacaq.
– Ləkəni apararkən ləkənin altına bir neçə qat qatlanmış təmiz parça qoyun.
– Ləkəni aparandan sonra paltarı mütləq yumaq lazımdır.
– Meyvə və giləmeyvələrdən düşən təzə ləkələri axar qaynar suyun altında ləkə yox olanan kimi saxlayın, sonra isə paltarı adi qaydada yuyun.
– Mürəkkəbdən düşən təzə ləkələri qatıqla və ya limon şirəsi ilə təmizləmək olar.
– Paltara saqqız və ya mum yapışıbsa, bu yerə sellofana bükülmüş buz qoyub saxlayın (və ya paltarı soyuducunun dondurucu kamerasına qoyun). Saqqız donandan sonra onu ehtiyatla küt bıçaqla qaşıyın.
– Təzə qan ləkəsini əvvəl soyuq suyun altında (isti sudan istifadə etmək olmaz!) yaxşı yaxalayın və sonra adi qaydada camaşır tozu ilə yuyun.
– Otdan düşən ləkələri qatıqda isladın, yaxşı yaxalayın və sonra adi qadada yuyun. Digər üsul – 1 stəkan suda 1 xörək qaşığı duz əridin və ləkəni bu məhlulda yuyun.
– Palçıq ləkələrini dərhal yumayın. Palçıq quruyandan sonra ləkəni şotka ilə təmizləyin və sonra yuyun.
– Ütüdən qalan ləkələri soğanın şirəsi ilə təmizləyin (soğanı yarı bölün və ləkəni sürtün) və sonra paltarı yuyun.
– Pas ləkələri limon şirəsi ilə aparmaq olar.
– Yağ ləkələri qab şampunların köməyi ilə təmizləmək olar. Qab şampunu 1 stəkan suya tökün, köpükləndirin və bu köpüklə ləkəni təmizləyin.
– Təzə yağ ləkələri narın duzla təmizləmək olar. Duzu bir qədər su ilə qarışdırın və ləkəni sürtün.
– Çay ləkələri limon şirəsinin köməyi ilə aparmaq olar. Ləkəni limonun dilimi ilə sürtün və sonra paltarı yuyun.
– Şokolad ləkəsini duzlu su ilə təmizləmək olar.


Şərhlər: 10
Baxılıb: 448
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumat oldu
5 aprel 2016 01:09
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
zezema
maraqli melumatlardi. bu shekildeki ele bil menem))))
4 aprel 2016 22:49
# 9
Bir hissimi itirmishem - TEECCUBLENMEK
ayka95
Faydali meslehetlerdi tesekkurler
4 aprel 2016 21:42
# 8
Aybə
YAxşı faydalı məsləhətlərdi çix sağolun.
4 aprel 2016 20:16
# 7
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
sizin 1205
Faydalı meslehetdir
4 aprel 2016 20:15
# 6
L
Aybə
Ütünün altını qab spiralı ilə sürtün gedəcəy
4 aprel 2016 20:14
# 5
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
ulduz
Ütü lekesini yoxda utunun altini nece temizleyim onu deyin
4 aprel 2016 19:47
# 4
BARBI
Faydali melumatlardi. Menim en nifret etdiyim leke pas lekesidir
4 aprel 2016 19:43
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Faydalı məsləhətlər oldu,Paltomda nə ləkəsi olduğunu bilmədiyim qara nöqtə kimi ləkə var,yusamda təmizlənməyib,gərək burda yazılanlardan birini edim bəlkə təmizləndi.Təşəkkürlər.
4 aprel 2016 18:48
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Sara035
Bilmediklerimde vardi.Faydali meslehetlerdir tewekkur
4 aprel 2016 18:07
# 1
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz