Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Menstruasiya zamanı istifadə ediləcək yeni vasitə - Flo
Menstruasiya zamanı istifadə ediləcək yeni vasitə - Flo
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 610
Səs ver:
Efiopiyalı gənc qızlar menstrual dövrlərində çirklənmiş parçaları quyulardan çıxardıqları natəmiz suda, sabun işlətmədən yuyur və yataqlarının altında gizlətməklə ertəsi gün yenidən istifadə edirlər. Banqladeşdə isə qızlar aybaşı əskilərini yuyur, qurutmaq üçün küləş örtüklü damların arasına sıxışdırırlar ki, heç kim görməsin.
Büdcələri dar olan ailələrdə yetişkin qızlar əski parçalarından hazırlanmış pedləri natəmiz yollarla yuyur və qurudurlar. Bundan əlavə, sanitariya məhsullarını ala bilməmək və menstrual axıntının olması qorxusu çox qızların aybaşı dövründə məktəbdən yayınmasına, bəzən təhsili tamamilə yarıda buraxmağa vadar edir.
Kaliforniyanın Art Center Colledge of Design təhsil müəssisəsinin 3 tələbəsinin yeni icadı qızlara və qadınlara təkrar istifadəyə yararlı pedləri doğru şəkildə yumaq və qurutmaq imkanı verir. Mariko Higaki İvai, Sohyum Kim və Tatyana Vasilinin "Flo” adı verdikləri ucuz ixtiraları bu il dünyanın ən nüfuzlu dizayn müsabiqələrindən biri olan Beynəlxalq Üstün Dizayn Mükafatına layiq görüldü.
Dünyada qızların böyük əksəriyyəti birdəfəlik pedlərin yerinə, təkrar istifadəsi mümkün, əldə hazırlanmış menstrual vasitələrdən istifadə edirlər. Bəziləri üçün bu vasitələr pedlər və ya əski parçaları, digərləri üçünsə əl atlında olan hopdurma qabiliyyətinə malik istənilən vasitə: köhnə geyim, qəzetlər, hətta yarpaqlar belə ola bilər.
Menstruasiya tabusu güclü olan bölgələrdə qızlar çox zaman istifadə etdikləri vasitələri lazımi qaydada təmizləməyə və qurutmağa çəkinirlər, bununla da bakteriyalar üçün münbit şərait yaradır, xəstəliyə yoluxma risklərini artırırlar. "Flo” bu problemi həll etmək üçün hazırlanan məhsuldur.
Sadə mexanizm iki möhkəm plastik kasaya birləşdirilmiş səbətdən ibarətdir. Qızlar təkrar istifadəyə yararlı pedləri "Flo”nun içinə qoyur, su və yuyucu toz əlavə edirlər. Yuyucu toz əldə yuyacaqları halda istifadə edəcəkləri miqdarın yarısı qədər olur. Daha sonra "Flo”nu iki iplə fırlamağa başlayırlar. Pedlər təmizlənir və qurutma vaxtı qısalır. Qızlar səbəti istədikləri yerdən asa da bilərlər, çünki səbətin sarıldığı kətan materialı içərini göstərmir və günəş şüasının birbaşa düşərək bakteriyaları öldürməsini təmin edir. Məhsul dəstinə zip-zop çanta da daxildir. Çanrta qızlara pedlərini daşıma imkanı verir.
"Flo”nu icad edən şəxslər Yale Menecment Məktəbinin tələbələri ilə birlikdə bu vasitəni dünyanın hər yerində milyonlarla qızın istfadəsinə vermək üçün biznes planı üzərində işləyirlər. Dəstin qiyməti 3 ABŞ dollarından az olacaqdır. Bu isə paketin 60 sentə satıldığı Kenya kimi ölkədə çox uyğun qiymətdir. "Flo” menstruasiya dövründə məktəbə getmək və gigiyena seçimi qarşısında qoyulan qızlar üçün böyük əhəmiyyət daşıyacaq.

 

 

 



Şərhlər: 10
Baxılıb: 610
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YARIM QALMIS XEYALLAR
Anlamiram necenci dovrde yasayirlarki onlari ele qurudada bilmirler. Min sukur allaha.
8 aprel 2016 11:44
# 10
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
bitanesi
Bu gunumuzede $ukur...ama bizdede bezlerin qiymetini ele bahala$diriblarki, deyesen bu gedi$le bizdede ele olacaq:)))duzunu desem bu yeni icad mene catmadi...))
7 aprel 2016 22:55
# 9
ulduz
Maraqli ideadı bu cürə şəraitdə yaşayan qızlar üçün.
7 aprel 2016 17:33
# 8
sizin 1205
Şukur ki afrika öljesi yox azerbaycanda yaşayiriq.ve inanmiram ki indiki zemanede hansisa genc qiz eski işletsin bizde
7 aprel 2016 17:28
# 7
L
Baharim ol
Bugunumuze sukurler olsun.Allaha sukur.Nece veziyyetde yasayanlar var.Allah komeyleri olsun
7 aprel 2016 12:44
# 6
Ama yenede
vipbetul
maraqsiz xeberdir
7 aprel 2016 11:51
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Balacam
Hec eşitməmişdim maraqlı xəbərdi
7 aprel 2016 10:11
# 4
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
zezema
ahhaaa mən bunun içində mətbəx dəsmallarını yuyardım)) axşamlar qapaqlı qabda qaynar paraşoklu suya qoyuram mətbəx dəsmallarını səhərə kimi ləkələri gedir. bu ise yaxşıdı paltaryuyan maşın kimi.))
7 aprel 2016 09:10
# 3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Angela7
Bundan əvvəl istifadə vasitələrinin natəmiz şəraitdə yuyulub quruduması görəsən qızlarda problem yaratmır, üsula gəlincə maraqlıdır.
7 aprel 2016 07:24
# 2
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
BARBI
Maraqli ve yararli usuldur. Hem de cox insanin cibine qenaetdir
7 aprel 2016 06:43
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz