Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Meyvə-tərəvəz və göyərtinin düzgün yuyulması
Meyvə-tərəvəz və göyərtinin düzgün yuyulması
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 403
Səs ver:
Vitamin və minerallar insanın sağlamlığı üçün olduqca vacib maddələrdir. Bu maddələr orqanizmdə gedən bütün proseslərdə iştirak edir.
Vitamin və mineralların uzun müddət ərzində çatışmazlığı müxtəlif pozulmalara səbəb olur. Qidalanmamızda vitamin və mineralların əsas mənbələrdən biri meyvə-tərəvəz və müxtəlif göyərtilərdir.
Meyvə-tərəvəz və göyərtinin insanın sağlamlığında olan rolu əvəzolunmazdır. Lakin meyvə-tərəvəzlərdən və göyərtilərdən fayda almaq üçün onları düzgün yumaq və təmizləmək çox vacibdir.
 
Göyərti
Pis yuyulmuş göyərtidən orqanizmə çoxlu miqdarda qurdların yumurtaları düşür. Yumurtalar göyərtilərin yarpaqlarına bərk yapışır və daha sonra orqanizmə düşür. Burada yumurtalardan qurdlar əmələ gəlir. Qurdlar orqanizmin fəaliyyətinə çox mənfi təsir edir – immun sistemini zəiflədir, allergik və s. xəstəliklərə səbəb olur.
Nəzərinizə çatdıraq ki, qurdaların yumurtaları göyərtilərə o dərəcədə bərk yapışır ki, onları su ilə yumaq çox çətindir. Duz və sirkə qurdların yumurtalarını öldürür.
Göyərtinin düzgün yuyulması çoxmərhələli prosesdir. Əvvəl göyərtini təmizləmək və 15-20 ərzində soyuq suda saxlamaq lazımdır (suyu bir neçə dəfə dəyişin). Daha sonra göyərtini axar suyun altında yaxşı yuyub 20 dəqiqə ərzində duz (1 l suya 1 çay qaşığı duz) və ya sirkə (1 l suya 1 xörək qaşığı sikə) əlavə olunmuş suda saxlamaq lazımdır. Sonda göyərtini yenə də axar suyun altında yumaq lazımdır.
Gül kələmi, kahı da bu qayda ilə yuyulmalıdır.
 
Meyvələr
Xarici ölkələrdən gətirilən meyvələr xüsusi emal olunur ki, gec xarab olsun. Onların üzərinə xüsusi maddə – parafin (mum) çəkilir. Məhz bu səbəbdən xarici meyvələrin üzərində heç bir ləkə və s. olmur, onlar daim parıltılı olur, uzun müddət ərzində təzə qalır.
Belə mum təbii deyil, kimyəvi maddədir. Bu kimyəvi maddə orqanizmdə yığılır və müxtəlif pozulmalara səbəb olur.
Meyvələrin üzərində olan mum hətta su ilə yuduqda getmir, bu səbəbdən belə meyvələrin qabığını təmizləmək lazımdır. Ən yaxşı variant isə – belə meyvələri yeməmək və xüsusilə uşaqlara verməməkdir. Yerli, təbii şəkildə yetişdirilmiş meyvələrə üstünlük verin.
Bütün meyvələri və giləmeyvələri (!) yedikdən əvvəl mütləq 15-20 dəqiqə ərzində soyuq suda saxlamaq, daha sonra isə axar suyun altında yaxşı yumaq lazımdır. Meyvələri yumaq üçün xüsusi fırçalar var. Bu fırçalarla meyvələrin qabığını yüngül sürtmək lazımdır. Bu xüsusilə kivi, şaftalı, ərik kimi "tüklü” meyvələri yuduqda vacibdir.
Nar, banan, qarpız, yemiş kimi meyvələr də mütləq yaxşı yuyulmalıdır. Bu meyvələrin qabığının üzərində çoxlu miqdarda mikroblar yığılır ki, bu mikroblar bıçaqdan, əllərdən insanın orqanizminə düşə bilər.
 
Tərəvəzlər
Tərəvəzləri də mütləq əvvəl soyuq suda islatmaq (suyu bir neçə dəfə dəyişmək lazımdır), daha sonra isə axar suyun altında yaxşı yumaq lazımdır.
Kartof, çuğundur, kök və s. kimi tərəvəzləri suda isladıqdan sonra fırça ilə yaxşı yumaq, daha sonra isə təmizləmək lazımdır.
 
Quru meyvələr
Quru meyvələri mütləq əvvəl soyuq suda islatmaq, sonra axar suyun altında yaxşı yumaq, süzgəcə qoyub üzərinə qaynar su tökmək lazımdır.


Şərhlər: 4
Baxılıb: 403
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
terevez meveler yaxsi yuyulmalidir eks teqdirde ciyerde xesdelikler yaranar
29 mart 2016 01:10
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Biz evdə bu qaydad yuyuruq. Ən çox da göyərtilərin təmizliyinə fikir veririk.
28 mart 2016 20:25
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
BARBI
Temiz yuyulmamis goyerti ve meyveler mikrob menbeyidir. Ona gore mutleq yaxsi yuyulmalidir
28 mart 2016 19:05
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lale.veliyeva19
meyvə və göyərtinin təmiz olmasına çox diqqət edirəm təmiz olması mənim üçün çox önəmlidir
28 mart 2016 18:04
# 1
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz